İdris Cəfərov

İdris Hikmət oğlu Cəfərov (21 aprel 1983, Bakı) — Azərbaycanlı musiqi prodüseri, sabiq televiziya aparıcısı, jurnalist, "İlin aparıcısı" (2009).

İdris Cəfərov
İdris Hikmət oğlu Cəfərov
Idris ceferov.jpg
Doğum tarixi 21 aprel 1983(1983-04-21) (39 yaş)
Doğum yeri
Vətəndaşlığı
Milliyyəti azərbaycanlı
Dini İslam
Təhsili Azərbaycan Müəllimlər İnstitutu (2000–2004)
Sankt Peterburq Dövlət Kino və Televiziya Universiteti (2008–2013)
Fəaliyyəti jurnalist
prodüser
aparıcı
Fəaliyyət illəri 2000–
Mükafatları "İlin aparıcısı" (2009)

2005-ci ildə "Ostankino" nominasiyasına namizəd olub. 2007–2013-cü illərdə Azərbaycanın əməkdar artisti Zaur Əmiraslanovun, 2015–2022-ci illərdə Çingiz Mustafayevin, 2018–2022-ci illərdə Rumıniya müğənnisi Seyanın prodüseri olub.

Televiziyada 10-a yaxın layihələrin müəllifi və aparıcısı, "Space" telekanalında şou proqramlar departamentinin rəhbəri olub. Cəfərov "Çardaq", "Bazar", "Üçqat xəbər", "Music box", "Yatmayanlar üçün", "Mən də varam", "Pan və ya Propan", "Davam ya tamam" kimi telelayihələrin və digər gənclərin əyləncəli layihələrinin aparıcısı olub. O, həmçinin Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin rəsmi layihəsi olan "Mədəniyyət saatı", Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının rəsmi layihəsi olan "Abituriyent" proqramlarını da yayımlayıb. 2009-cu ildə 2000–2009-cu illər Azərbaycanda tanınmış telelayihələrin müəllifi olmağı səbəbilə "İlin aparıcısı" mükafatına layiq görülüb.

Ümumilikdə, Hüseyn Dərya, Zülfiyyə Xanbabayeva, Faiq Ağayev, L'One, Vaxt və şüşə, Alessandro Safina, Modjo, Seya, 2Unlimited, Çingiz Mustafayev kimi ifaçıların, Kaoma musiqi qrupunun konsertlərinin təşkilatçısı olub. O, Şərqi Avropanın bir sıra musiqiçiləri və bir çox Avropa şou-biznes ulduzları ilə birgə layihələr həyata keçirib.

Həyatı[redaktə | mənbəni redaktə et]

Erkən illəri[redaktə | mənbəni redaktə et]

İdris Hikmət oğlu Cəfərov 21 aprel 1983-cü ildə Bakı şəhərində dünyaya göz açıb.[1] 1999-cu ildə Azərbaycan Memarlıq və İnşaat Universitetinin kimya fakültəsinin — riyazi təmayüllü liseyində təhsilini bitirib.[1][2]

2000-ci ildə Azərbaycan Müəllimlər İnstitutuna daxil olub. 1990-cı illərin sonlarında – 16 yaşı olanda Azərbaycanda ilk kompüter jurnalında işləməyə başlayıb.[3] Bir ildən sonra isə o, biznes jurnalının reklam şöbəsinə rəhbərlik edib. Elə həmin illərdə televiziyanın diqqətini çəkib və fəaliyyəti ilə əlaqədar olaraq "Space" telekanalında "Çardaq" verlişinin qonağı olub.[4] Telekanal rəhbərliyinin Cəfərovun fəaliyyəti ilə tanışlığından sonra ona prodüser kimi əməkdaşlıq təklif edilib.[3] Cəfərov telekanalın iki həftəlik hava təlim kurslarından keçdikdən sonra, efirə çıxıb.[1] Elə həmin ildən "Space" telekanalında müxbir kimi fəaliyyətə başlayıb.[3]

İdris Cəfərov 2000-ci ildən prodüser kimi fəaliyyətə başlayıb. İlk dəfə elə həmin ildə müğənni Zülfiyyə Xanbabayevanın konsertinin təşkilatçısı olub.[3] Bundan sonra o, dərhal Faiq Ağayevin konsertini hazırlamağa başlayıb. Cəfərov sözügedən günləri bu cür xatırlayır:[3]

" 18 yaşımda ilk dəfə Zülfiyyə Xanbabayevanın, daha sonra Faiq Ağayevin konsertini hazırlamağa başladım. 2000-ci ildə. Təsəvvür edin, vergi xidmətinin nümayəndələri Faiq Ağayevin konsertinin keçiriləcəyi məkana daxil oldular. Mənim nə konsert təşkil etmək üçün lisenziyam var, nə də öz şirkətim. Biletlərin üzərinə qiyməti yazıb tapdığım möhürü vurmuşam. Məni cərimə edib, ardınca biletləri müsadirə etdilər. Bu, mənə gələcək fəaliyyətim üçün bir dərs oldu. "

İdris Cəfərov "Space" telekanalında müxbir kimi fəaliyyətə başladıqdan sonra telekanalda yayımlanan "Çardaq" verlişinin aparıcısı olub.[4][5][6][7] Elə bu zamanlarda reper Hüseyn Dərya ilə tanışlıqları yaranıb.[3][1] İdris Cəfərov 2002–2003-cü illərdə reper Hüseyn Dəryanın prodüseri olub.[8] Cəfərov Hüseyn Dərya ilə işlədiyi zamanlar barədə bildirir ki, "Hüseyn Dərya üçün böyük stadionlarda konsert təşkil edəndə mənim cəmi 20 yaşım var idi. Özü də təkcə Bakıda deyil, reperin Qazaxda, Gəncədə də konsertlərinin təşkilatçısı oldum. Ayrı bir müsahibəyə layiq çoxlu maraqlı xatirələr var."[8]

Karyerası[redaktə | mənbəni redaktə et]

İdris Cəfərov 2004-cü ildə Azərbaycan Müəllimlər İnstitutunu ibtidai sinif müəllimliyi ixtisası üzrə bitirərək, ali təhsilini tamamlayıb.[1] 2005-ci ildə "Internews BBC" xəbər-jurnalistika kursunu keçib. Elə həmin ildə "Ostankino" nominasiyasına namizəd olub.[2] 2007–2013-cü illərdə Azərbaycanın əməkdar artisti Zaur Əmiraslanovun prodüseri olub.[1] 2008–2013-cü illərdə Sankt Peterburq Dövlət Kino və Televiziya Universitetinin televiziya proqramlarının quruluşu ixtisasını bitirərək, ikinci ali təhsilini tamamlayıb.[1][4][2]

2009-cu ildə 2000–2009-cu illər Azərbaycanda tanınmış telelayihələrin müəllifi olmağı səbəbilə "İlin aparıcısı" mükafatına layiq görülüb.[2] Cəfərov "Çardaq", "Bazar", "Üçqat xəbər", "Music box", "Yatmayanlar üçün", "Mən də varam", "Pan və ya Propan", "Davam ya tamam" kimi telelayihələrin və digər gənclərin əyləncəli layihələrinin aparıcısı olub.[9] O, həmçinin Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin rəsmi layihəsi olan "Mədəniyyət saatı", Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının rəsmi layihəsi olan "Abituriyent" proqramlarını da yayımlayıb.[10]

Cəfərov verlişlərin onun karyerasına rolu ilə əlaqədar bildirir:[4]

" “Bazar” verilişi ilə daha çox tanındım. “Mədəniyyət saatı”, “Mən də varam” verilişlərinə görə digər təbəqədən olan insanlar da məni tanıdı. Küçədə insanlar mənə yaxınlaşır, “Mədəniyyət saatı” ilə bağlı fikirlərin bildirirlər. Yaşlı nəsil, dövlət qurumları məni “Mədəniyyət saatı”nın aparıcısı kimi tanıyırlar, izləyirlər. “Bazar” verilişində daha çox şou-biznes nümayəndələri, müğənnilər, “Mən də varam” verilişi ilə isə repçilər, gənclər də məni tanıdı. "

Televiziyada 10-a yaxın layihələrin müəllifi və aparıcısı, "Space" telekanalında şou proqramlar departamentinin rəhbəri olub.[11] O, tanınmış rejissor Vaqif Mustafayevin "Dövlət Neft Fondu" və "Azərbaycanın neft tarixi" adlı iki filmində rol alıb.[11] 2012-ci ildə Azərbaycan Gənclər və İdman Nazirliyinin rəsmi layihəsində və Batumidə "Qızıl İstedad" müsabiqəsində mükafatlara layiq görülüb.[3][11]

İdris Cəfərov teleaparıcı olmaqla yanaşı, həm də radionun DJ-i olub.[11] O, "İdrisin təqdimatında" adlı radio proqramın aparıcısı olub.[11][12][13] İdris Cəfərov radio fəaliyyəti ilə əlaqədar bildirir ki, "Radioda 4 ildən çoxdur fəaliyyət göstərirəm, televiziyada 10-a yaxın telelayihənin müəllifiyəm. Radio insanlara daha yaxındı, səmimiyyət, sərbəstlik daha çoxdu. Radioda verilişin uğurlu olması səndən daha çox asılıdı."[4]

2013-cü ilin oktyabrında İdris Cəfərov "Space" telekanalındakı fəaliyyətini yekunlaşdırıb.[14][15] Ardınca Polşaya köçüb, daha sonra isə o, SlovakiyayaMacarıstana gedib.[3][16] Bir müddət sonra səfərini Kiyevdə qərarlaşdırıb.[17] 2013-cü ilin sonundan 2014-cü ilin may ayına qədər Ukraynada təhsil alıb, lakin dil bariyeri səbəbilə televiziya və radioda iş imkanı olmayıb.[3]

İdris Cəfərov əvvəlcə dostları ilə birlikdə "AllEvents" şirkətini açıb.[3] Bu fəaliyyəti ilə Azərbaycanda rəssamların sifarişi ilə məşğul olub – Bakıya Lara Fabian, Alessandro Safin, Modjo və s.[3] 2016-cı ildə İdris Cəfərov Ukraynada "Baku TV" televiziya kanalının direktoru Ramin Cəfərovla birgə "Djafarov Creative" şirkətini təsis edərək, şəxsi biznes fəaliyyəti ilə məşğul olub.[2] 2019-cu ildə isə onların əməkdaşlığı yekunlaşıb.[18]

Kiyevdə azərbaycanlıların bir neçə konsertini təşkil edib – Çingiz Mustafayevin çıxışı və BahhTee konserti.[19][20] İdris Cəfərov Kiyevdəki fəaliyyəti ilə əlaqədar bildirir ki, "İstəyirdim ki, təkcə muğamla, mətbəxlə tanınım, amma bir neçə uğursuzluqdan sonra bu ideyadan əl çəkməli oldum. Başa düşdüm ki, bunlar məndən və dostlarımdan başqa heç kimə lazım deyil. Və bizneslə məşğul olmağa başladım."[3]

2019-cu il "Məşuqə" (rus. Любовь Ницца) musiqi layihəsinin müəllifidir.[2] 2015–2022-ci illərdə Çingiz Mustafayevin, 2018–2022-ci illərdə isə Rumıniya müğənnisi Seyanın prodüseri olub.[21][22][18] Eyni zamanda, 2015-ci ildən bəstəkar kimi fəaliyyət göstərib.[2] Ümumilikdə, Hüseyn Dərya, Zülfiyyə Xanbabayeva, Faiq Ağayev, L'One, Vaxt və şüşə, Alessandro Safina, Modjo, Seya, 2Unlimited, Çingiz Mustafayev kimi ifaçıların, Kaoma musiqi qrupunun konsertlərinin təşkilatçısı olub.[2] O, Şərqi Avropanın bir sıra musiqiçiləri və bir çox Avropa şou-biznes ulduzları ilə birgə layihələr həyata keçirib.[2][5]

Şəxsi həyatı[redaktə | mənbəni redaktə et]

İdris Cəfərov iki aksessuar həvəskarıdı – saat və eynək. Onun 100-ə yaxın eynəyi, 30–40 saatı var.[4] Sarı rəngin həvəskarı olduğundan geyimlərində daha çox sarı rəngə üstünlük verir. Cəfərov bildirir ki, "geyimimdə hər hansı bir element sarı olmalıdı. Bu rəng mənə uğur gətirir və evimdə ayrıca bir otağın divarlarını təmiz sarı rənglətdirmişəm."[4]

Musiqinin hər janrına qulaq asmağı sevir, lakin daha çox caz, rok, rep janrlarına üstünlük verir. Hobbisi alternativ tibb, ezoterizmdir.[4] O, Azərbaycanrus dillərini bilir.[4]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. 1 2 3 4 5 6 7 O KİMDİR?. "İdris Cəfərov: Dostlarıma nikah müqaviləsi bağlamağı məsləhət görürəm" (az.). Baku TV. 2022-08-02. İstifadə tarixi: 2022-11-25.
  2. 1 2 3 4 5 6 7 8 9 "КТО ТАКОЙ ДОФАМИН?" (rus). baku.ws. 2022-11-05. 2022-11-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-11-25.
  3. 1 2 3 4 5 6 7 8 9 10 11 12 Османов, Джавид. "Экс-ведущий Space TV Идрис Джафаров спустя пять лет вернулся в Азербайджан. Мы поговорили с ним о насущном" (rus). media.az. 2019-02-20. 2022-11-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-11-25.
  4. 1 2 3 4 5 6 7 8 9 Zeynallı, Turanə. "İDRİS CƏFƏROV: «XARAKTERİMƏ UYĞUN OLMAYAN VERLİŞLƏRDƏ ROLA GİRİRƏM» – FOTOSESSİYA". Layihələr (az.). simsar.az. 2013-06-10. 2022-11-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-11-25.
  5. 1 2 Məmmədsalahov, Hüseyn. "İdris Cəfərov 5 il sonra Bakıda - VİDEO" (az.). baku.ws. 2022-11-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-11-25.
  6. "Tanınmış teleaparıcı "Space"dən getdi" (az.). news.milli.az. 2013-10-21. 2022-11-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-11-25.
  7. Məmmədov, Teymur. "Azərbaycandan qalmaqalla köçən aparıcı: "Televiziyaya qayıtmaq maraqlı deyil"". Şou-biznes (az.). news24.az. 2021-07-23. 2022-11-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-11-25.
  8. 1 2 "Идрис Джафаров поделился воспоминаниями о Гусейне Дарье" (rus). baku.ws. 2022-01-25. 2022-11-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-11-25.
  9. İltifatqızı, Sevinc. "Məşhur aparıcı "Space"i tərk etdi". Şou-biznes (az.). azvision.az. 2013-10-21. 2022-11-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-11-25.
  10. Nizamiqızı, Həmidə. "Mövzu mədəniyyətdən olanda. Maddi-mənəvi irsimizə güzgü tutan «Space»nin 100-cü «Mədəniyyət saatı»na" (az.). "Mədəniyyət" qəzeti. 2009-02-07. 2022-11-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-11-25.
  11. 1 2 3 4 5 "Известный ведущий покинул телеканал Space TV" (rus). star.life.az. 2013-10-21. 2022-11-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-11-25.
  12. "Гостем Идриса Джафарова стал участник конкурса "Azeri star" (аудио)". Интересное (rus). 2013-10-08. 2022-11-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-11-25.
  13. "Азад Шабанов - из армии в прямой эфир: "Служба в армии - долг каждого гражданина Азербайджана" (аудио, видео, фото)". Интересное (rus). trend.az. 2013-10-12. 2022-11-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-11-25.
  14. "İdris Cəfərov: "Vaqif Mustafayevə görə ölkəni tərk etdim" - VİDEO" (az.). azerforum.com. 2022-08-22. 2022-11-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-11-25.
  15. "Идрис Джафаров: В Азербайджане нет ни одного лейбла - ВИДЕО". Шоу-Бизнес. paralel.az. 2022-09-24. 2022-11-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-11-25.
  16. ""Space"in qalmaqallı aparıcısı ARB-də" (az.). xalqxeber.az. 2019-02-06. 2022-11-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-11-25.
  17. Vahid, Rəsul. "İdris Cəfərov sığınacaq alır EKSKLÜZİV" (az.). hafta.az. 2013-11-04. 2022-11-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-11-25.
  18. 1 2 Aslanov, Mübariz. "Rumıniyanın "Eurovision-2022" təmsilçiliyinə real namizədin prodüseri azərbaycanlıdır" (az.). report.az. 2022-01-06. 2022-05-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-05-12.
  19. Гусейн, Мина. "Молодая певица из Украины с азербайджанскими корнями покоряет шоу-бизнес своим новым синглом «Не сойти с ума»". Культура (rus). m.zerkolo.az. 2021-12-08. 2022-11-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-11-25.
  20. "Молодая певица с Украины с азербайджанскими корнями покоряет украинский шоу-бизнес (ФОТО)". Культура (rus). korrespondent.az. 2021-12-08. 2022-11-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-11-25.
  21. Асланов, Мубариз. "Азербайджанец стал продюсером румынской певицы Seeya". Шоу-бизнес (rus). report.az. 2022-01-06. 2022-11-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-11-25.
  22. "Известный азербайджанец стал продюсером румынской певицы - ВИДЕО" (rus). aqreqator.az. 2022-05-04. 2022-11-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-11-25.

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]