İdris Səfər (alb. Idriz Seferi) — Millətpərəst bir Albaniya partizan döyüşçüsü. 1910-ci ildə, Osmanlı İmperiyasına aid olan Kosovo vilayətində üsyan başladan İsa Boletininin sağ qolu idi. Həmçinin, Prizren İttifaqı və İpək İttifaqının bir üzvü idi. Üsyanın bitməsindən sonra Səfər, 1912-ci ildəki Albaniya üsyanını rəhbərlik etdi. Birinci Balkan müharibəsi zamanı Boletini və Səfər, 1910 və 1912-ci ildəki üsyanları zamanı daha əvvəl özlərinə müttəfiqlik edən Serbiyaya qarşı üsyan etdilər və Birinci Dünya Müharibəsinin sonrasında və ilk mərhələsində (1913-1915) Serb qüvvələrinə qarşı olan hücumlarını davam etdirdilər. Birinci Dünya Müharibəsinin son mərhələlərində isə (1916-1918) eskandronlarını Bolqar qüvvələrinə qarşı yönəltdi.
İdris Səfər | |
---|---|
alb. Idriz Seferi | |
Şəxsi məlumatlar | |
Ləqəbi | İdris Bəy |
Doğum tarixi | |
Doğum yeri | Səfər, Kosovo vilayəti, Osmanlı İmperiyası |
Vəfat tarixi | (80 yaşında) |
Vətəndaşlığı | |
Hərbi fəaliyyəti | |
Xidmət illəri | 1878 – 1918 |
Rütbəsi | Komandir |
Döyüşlər | |
Təltifləri | Kosovo Milli Qəhrəmanı (Ölümündən sonra) |
Vikianbarda əlaqəli mediafayllar |
İdris Səfər, Monteneqronun şimalında yerləşən, o zamanlarda Osmanlı İmperiyasının Kosovo vilayətinin və indiki Serbiya sərhədləri içərisində yerləşən Preşevada anadan olmuşdur[1]. Erkən yaşlarda alban millətpərəstlərinə qoşulan Səfər, Prizren İttifaqının və İpək İttifaqının üzvü olmuşdur.[1][2]
1910-cu ilin Aprel ayında, İsa Boletini və İdris Səfər rəhbərliyi ilə, Kosovo vilayətində Osmanlılara qarşı bir üsyan başladıldı[3]. Səfərin rəhbərliyindəki 5 mindən çox üsyançı Kaçanikdən keçən Priştina-Skopye dəmiryolunu kəsdi və həmçinin Kaçanik keçidində Osmanlı qüvvələrinə müqavimət göstərə bildi[3]. Şövkət Turqut Paşa, on üç saat davam edən qarşıdurmanın ardından üsyanı yatırdı[4], amma İdris Səfər rəhbərliyindəki üsyançılar, 2 mindən çox Osmanlı əsgərini öldürmüşdü.[5]
İdris Səfər, 1912-ci ilin Avqust ayının 12-də 30 mindən çox əksəriyyətlə albanlardan təşkil olan nizamsız bir ordu ittifaqı ilə Kosovonun mərkəzini, heç bir müqavimətlə qarşılaşmadan ələ keçirdi[4]. Səfər, həmçinin ən şiddətli döyüşlərin baş verdiyi Ferizovik (alb. Ferizaj, serb. Uroševac) bölgəsindəki milisləri də təşkil etdi.