Alban üsyanı (1910)

1910-cu ildəki alban üsyanı (alb. Kryengritja shqiptare e vitit 1910, türk. 1910 Arnavutluk İsyanı) — Albaniyadakı Gənc Türk Osmanlı hökumətinin yeni mərkəziləşdirmə siyasətlərinə bir reaksiya idi[2]. Bir sıra böyük həcmli üsyanların ilki idi. Üsyançılar Serbiya Krallığı tərəfindən dəstəklənmişdi[3]. 1910-cu ilin ilk aylarında alınan yeni vergilər, İsa Boletininin 1909-cu ildə bir üsyana qarışan alban rəhbərləri Osmanlı İmperiyasına qarşı bir üsyan qaldırmaq üçün razı etməsinə yol açdı. Priştine-də (indiki Priştina) və Ferizovik-də (indiki Ferizay) alban hücumlarında, İpek (indiki Peç) şəhərindəki Osmanlı komandirinin öldürülməsində və müqavimətçilərin Kaçanik Keçidindəki Skopyeyə gedən dəmiryolunun bağlaması Osmanlı hökumətinin bölgədə hərbi vəziyyət elan etməsinə səbəb oldu.

1910 Albaniya üsyanı
Üsyanın təsviri (avqust, 1910)
Tarix May – İyun, 1910
Yeri Kosovo vilayəti, Osmanlı İmperiyası
Nəticəsi Üsyan yatırıldı
Münaqişə tərəfləri

Alban üsyançılar

Osmanlı İmperiyası

Komandan(lar)

İsa Boletini
İdris Səfər

Şövkət Turqut Paşa
Mehmet Şövkət Paşa

Tərəflərin qüvvəsi

55,000[1]

50,000-dən çöx

İki həftədən çox bir vaxtdır gedən şiddətli döyüşdən sonra alban qüvvələri Drenisa bölgəsinə çəkilərkən, Osmanlı ordusu Prizren və Yakova (İndiki Qyakova) şəhərlərini zəbt etdi. Osmanlı əsgərləri 1910-cu ilin İyun ayının 1-də Peç şəhərini yenidən zəbt etmişdir. Bundan iki ay sonra Şkoder şəhərini də zəbt etdilər. Bunun nəticəsində bir çox məktəb bağlandı və iki il əvvəl Monastir Konqresində təsdiq edilən Alban əlifbasındakı nəşrlər qeyri-qanuni elan edildi.

İdris Səfər üsyanın rəhbərlərindən biri idi.

1910-cu ilin ilk aylarında, İsa Boletini, 1909-cu ildəki daha kiçik üsyanın müvəffəqiyyətsizliyindən sonra Monteneqroya qaçan alban klanlarını ziyarət edərək qüvvələri yeni bir üsyan üçün razı etməyə çalışdı. Bu vaxt yeni qubernator Masar Bəy, əmtəələrin üzərinə dərhal sevilməyən yeni bir vergi sistemi gətirdi. Alban rəhbərlər, İpək (indiki Peç) şəhərində və Ferizoviçdə (indiki Ferizay) iki yeni iclas təşkil etdilər və burada yeni Osmanlı hökumətinin mərkəziləşmə siyasətinə qarşı birləşmək üzrə besa andını içdilər. İsa Boletini rəhbərliyindəki qüvvələr Priştina və Ferizoviçdə Osmanlı qüvvələrinə hücum etdilər. Peç şəhərindəki Osmanlı qüvvələrinin komandiri yerli xalq tərəfindən öldürüldü. Osmanlı hökuməti hərbi vəziyyət elan etdi və 1910-cu ilin Aprel ayında Skopyeyə gedən Şövkət Turqut Paşa rəhbərliyindəki 16.000 nəfərlik bir hərbi ekspedisiya göndərdi.[4][5]

İsa Boletini üsyanın rəhbərlərindən biri idi.

Eyni vaxtda İdris Səfərin rəhbərliyindəki 3 min alban Kaçanik Keçidində yerləşən və Skopyeyə gedən dəmiryolunu bağladı[5][6]. Priştinadan Osmanlı garnizonuna əsgər və hərbi təchizat göndərən bir qatarı tutmuş, əsgərləri silahsızlandırmış və təchizatları özlərinə götürmüşdülər[6]. Osmanlı qüvvələri Kaçanik Keçidinə hücum etdi ancaq orada İdris Səfər rəhbərliyindəki albanlar tərəfindən göstərilinən müqavimət, Osmanlı hökumətinə 16 min əsgərin üsyanı yatırmaq üçün qeyri-kafi olduğunu öyrətdi. Buna görə ordudakı əsgərlərin sayı 40 minə qalxdı[5][7]. İki həftədən çox vaxtdır ki sərt döyüşən Osmanlı əsgərləri, Kaçanik Keçidini zəbt etdilər və eyni vaxtda Ferazovik-Prizrenin Karraleva Keçidinə olan yolunu bağlayan İsa BoletiniHəsən Budakova rəhbərliyindəki alban qüvvələrinə hücum etdilər.

Üç gün davam edən döyüşdən sonra alban qüvvələri Drenisa bölgəsinə çəkildilər[8]. Osmanlı qüvvələri 1910-cu ilin May ayının ortalarında Prizren şəhərini zəbt etdilər. İyun ayının 1-də isə Yakova və İpək şəhərlərini zəbt etdilər. Hökumət əmri ilə, ordunun bir qismi Skutari (indiki Şkoder) şəhərinə, digər qismi isə Debre bölgəsinə (Albaniyada indi Dibare, Makedoniya Respublikasında isə Debar olaraq bilinir) getdi[5][9]. Skutariyə gedən ilk ordu, Zəhər Xəlil, Abdullah XocaŞaban Binaku rəhbərliyindəki, Qaç, Krasnik və Bitiç bölgələrindən gələn alban qüvvələri ilə döyüşərək Morine keçidini zəbt etdi. Osmanlı qüvvələri, Prel Tuli, Mehmet ŞupendiMaraş Deliya rəhbərliyindəki Albaniyanın Salem, Şose, Nikay və Mertur bölgələrindən gələn qüvvələr tərəfindən Aqri Keçidində 20 gündən çox dayandırıldı[9]. 1910-cu ilin İyul ayının 24-də Osmanlı qüvvələri Skutari şəhərini zəbt etdi. Skutari zəbt olunandan sonra üsyan yatırıldı.[10][11]

Osmanlı qüvvələrinin sayı 50 minə qədər yüksəlmiş olmasına baxmayaraq[6], yalnız ovalıqları və şəhərləri nəzarət altına almışdırlar, amma dağlıq bölgələrin nəzarəti ələ keçirməyi bacara bilməmişdirlər[12]. Osmanlı komandiri Mehmet Şövkət Paşanın tələbi üzərinə Osmanlı hökuməti, alban klanlarının dağlıq qanunu olan "Leke Dukaqyini Aktı"-ın qaldırıldığını elan etdi[5]. Bəzi alban klanları Monteneqroya qaçdılar, Osmanlı hökumətindən bir əfv tələb edərək üsyandan əvvəl verilən şərtlərin geri gətirilməsini istədilər. Bu, alban əlifbasının və onun içində nəşr olunan kitabların qadağan edilməsini də ehtiva edirdi. Bu şərtlər Osmanlı hökuməti tərəfindən qəbul edilmədi. Alban dil məktəbləri qeyri-qanuni elan edildi və alban hərflərində bir kitab saxlamaq cəza halına gəldi[13][14]. Sayı və mövqesi ilə güclü olan Osmanlı ekspedisiyaları, Albaniyanın mərkəzində və cənubunda yeni qadağanları əhaliyə çatdırmaq üçün yürüşünə davam etdi. Alban məktəbləri bağlanıldı və Latın qrafikasındakı nəşrlər qeyri-qanuni elan edildi[14][15]. Alban üsyan yatırılmışdı, amma 1912-ci ildə də yeni bir üsyan baş verdi.[16][17]

  1. Cozef von Hammer
  2. Akçam, Taner (2004), From empire to republic: Turkish nationalism and the Armenian genocide Arxivləşdirilib 2022-01-03 at the Wayback Machine, (azərb. İmperiyadan respublikaya: Türk millətpərvərliyi və Erməni soyqırımı‎). Zed Books, səhifə 129. ISBN 978-1-84277-527-1
  3. Con R. Lamp (28 mart 2000). Yugoslavia as History: Twice There Was A Country. Arxivləşdirilib 2022-05-06 at the Wayback Machine (azərb. Tarix kimi Yuqoslaviya: İki Dəfə Ölkə Oldu‎) Kembric Universiteti Mətbuatı. Səhifə. 92. ISBN 978-0-521-77401-7. 2013-cü ilin İyul ayının 22-də alındı. By 1910, an armed Albanian revolt was spreading from Pristina, ironically supported by aid of Serbia. (azərb. "1910-ci ilə gəlindiyində, istehzayana bir şəkildə Serbiyanın yardımı ilə dəstəklənən silahlı Alban üsyanı Priştinadan yayılırdı."‎)
  4. Fraşeri, Kristo (1984), Historia e popullit shqiptar në katër vëllime (azərb. Alban xalqının tarixi dörd cilddə‎), II Cild, səhifə 439. Tirana, OCLC 255273594
  5. 1 2 3 4 5 Qavriç, Corc Valter (2006), The crescent and the eagle: Ottoman rule, Islam and the Albanians, 1874–1913 Arxivləşdirilib 2021-11-20 at the Wayback Machine (azərb. Hilal və qartal: Osmanlı rəhbərliyi, İslam və Albanlar, 1874-1913‎), səhifə 177. İ. B. Tauris, ISBN 978-1-84511-287-5
  6. 1 2 3 Pirson, Oven (2004), Albania and King Zog: independence, republic and monarchy 1908–1939 Arxivləşdirilib 2021-10-13 at the Wayback Machine, (azərb. Albaniya və Kral Zoğu: müstəqillik, respublika və monarxiya 1908-1939‎) I. B. Tauris, səhifə 11. ISBN 978-1-84511-013-0
  7. Fraşeri, Kristo (1984), Historia e popullit shqiptar në katër vëllime (azərb. Alban xalqının tarixi dörd cilddə‎), II Cild, səhifə 440. Tirana, OCLC 255273594
  8. Fraşeri, Kristo (1984), Historia e popullit shqiptar në katër vëllime (azərb. Alban xalqının tarixi dörd cilddə‎), II Cild, səhifə 440–441. Tirana, OCLC 255273594
  9. 1 2 Fraşeri, Kristo (1984), Historia e popullit shqiptar në katër vëllime (azərb. Alban xalqının tarixi dörd cilddə‎), II Cild, səhifə 441. Tirana, OCLC 255273594
  10. Qavriç, Corc Valter (2006), The crescent and the eagle: Ottoman rule, Islam and the Albanians, 1874–1913 Arxivləşdirilib 2021-11-20 at the Wayback Machine (azərb. Hilal və qartal: Osmanlı rəhbərliyi, İslam və Albanlar, 1874-1913‎), səhifə 178. İ. B. Tauris, ISBN 978-1-84511-287-5
  11. Leyn Kinq; Vit Meyson (2006). Peace at Any Price: How the World Failed Kosovo Arxivləşdirilib 2020-11-19 at the Wayback Machine. (azərb. Hər Hansı bir Qiymətdə Sülh: Dünya Kosovoda Necə Müvəffəqiyyətsiz Oldu.‎) Kornell Universiteti Mətbuatı. səhifə 30. ISBN 0-8014-4539-6.
  12. Celaviç, Barbara (1983), History of the Balkans: Twentieth century Arxivləşdirilib 2020-01-11 at the Wayback Machine, (azərb. Balkanların Tarixi: İyirminci əsr‎) Kembric Universiteti Mətbuatı, Səhifə 188. ISBN 978-0-521-27459-3
  13. Fraşeri, Kristo (1984), Historia e popullit shqiptar në katër vëllime (azərb. Alban xalqının tarixi dörd cilddə‎), II Cild, səhifə 444–445. Tirana, OCLC 255273594
  14. 1 2 Qavriç, Corc Valter (2006), The crescent and the eagle: Ottoman rule, Islam and the Albanians, 1874–1913 Arxivləşdirilib 2021-11-20 at the Wayback Machine (azərb. Hilal və qartal: Osmanlı rəhbərliyi, İslam və Albanlar, 1874-1913‎), səhifə 183. İ. B. Tauris, ISBN 978-1-84511-287-5
  15. Fraşeri, Kristo (1984), Historia e popullit shqiptar në katër vëllime (azərb. Alban xalqının tarixi dörd cilddə‎), II Cild, səhifə 445. Tirana, OCLC 255273594
  16. Elsi, Robert (2004), Historical dictionary of Kosova Arxivləşdirilib 2022-04-03 at the Wayback Machine (azərb. Kosovonun Tarixi Lüğəti‎), Scarecrow Mətbuatı, ISBN 978-0-8108-5309-6, səhifə xxix-xxx. 2010-cu ilin Noyabr ayının 21-də alındı.
  17. Finkel, Karolin (2006), Osman's dream: the story of the Ottoman Empire, 1300–1923 Arxivləşdirilib 2022-04-17 at the Wayback Machine (azərb. Osmanın xəyalı: Osmanlı İmperyasının hekayəsi, 1300-1923‎), səhifə 521. Basic Books, ISBN 978-0-465-02396-7