İhsan Ketin (türk. İhsan Ketin; 10 aprel 1914, Kayseri – 16 dekabr 1995, İstanbul[1]) — Türkiyə alimi, geoloq, professor. Türkiyədə “Geologiyanın atası” kimi tanınan geologiya professoru İhsan Kətin 1948-ci ildə Şimali Anadolu fay xəttinin quruluşunu kəşf etməsi ilə tanınır.[2]
İhsan Ketin | |
---|---|
türk. İhsan Ketin | |
Doğum tarixi | 10 aprel 1914 |
Doğum yeri | |
Vəfat tarixi | 16 dekabr 1995 (81 yaşında) |
Vəfat yeri | |
Vətəndaşlığı | |
İş yeri | |
Təhsili | |
Vikianbarda əlaqəli mediafayllar |
1914-cü ildə Kayseridə doğulan İhsan Ketin orta və liseyi internat-təqaüdlə Kayseridə oxuyub. Daha sonra Atatürkün inkişaf üçün başlatdığı xaricə təqaüd üçün müraciət edən Ketin təqaüdü qazanaraq 1932-ci ildə Almaniyaya gedib. Ketin iki illik dil təhsilindən sonra 1934-cü ildə Berlin Universitetində geologiya üzrə təhsil almağa başlayır. Berlindəki siyasi qarışıqlıq və müəllimləri arasında yaranan fikir ayrılıqları səbəbindən Berlin Universitetini Bonn Universitetinə dəyişir.
Məşhur geoloq Hans Kloosla işləməyə davam edən Ketin 1938-ci ildə doktorluq dissertasiyasını tamamlayaraq Türkiyəyə qayıdır. İstanbul Universiteti Elmlər Fakültəsinin Geologiya İnstitutunda dosent kimi işə başlayan Ketin o zaman 24 yaşında idi və ölkədə doktorluq dərəcəsi alan ilk geoloq oldu.
Ərzincan zəlzələsi və sonrakı il 33.000 insanın ölümü nəticəsində zəlzələlər üzərində işləməyə başlayan Kətin ölkənin müxtəlif bölgələrində baş verən irili-xırdalı çoxsaylı zəlzələlərin tədqiqi ilə məşğul oldu. 1939-cu ildən apardığı tədqiqat işlərini 1948-ci ildə "Anadolu Bloku" adı ilə nəşr etdirərək dünya miqyasında tanınmağa başladı.[3][4] Şimali Anadolu fay xətti”nin varlığını sübut edən bu əsər xüsusilə təhsil aldığı Almaniyada böyük diqqət çəkmiş və bu səbəbdən Ketin geologiyada yüksək səviyyəli mükafat sayılan “Qustav Steinmann Medalı”na layiq görüldü.[5]
1950-1951-ci illər arasında ABŞ-a gedən Ketin, qayıtdıqdan qısa müddət sonra İstanbul Texniki Universitetinə keçdi və iki universitet (İstanbul Universiteti və İstanbul Texniki Universiteti) arasında uzun və hələ də davam edən rəqabətə başladı.
1953-cü ildə o, San Andreas və Şimali Anadolu qırılmalarının məşhur müqayisəsini nəşr etdirdi. Ketin, 1960-cı ildə nəşr olunan "Avropanın Beynəlxalq Tektonik Xəritəsi"nə dörd əsas məqalə ilə töhfə verib. O burada Türkiyəni şimaldan cənuba yığılmış dominant asimmetrik bir orogen kimi təsvir edib. Onun tektonik və kinematik baxışları Türkiyədə bir çox irimiqyaslı tektonik modellərin əsasını təşkil edir.
1942-ci ildə Bedia Hanımla evliliyindən ilk övladı Əlini 1,5 yaşında ikən (1943) itirən Ketin, 1969-cu ildə appendisitin vaxtında düzgün diaqnozu qoyulmaması və partlaması səbəbindən ikinci oğlu 1946-cı il təvəllüdlü Mehmeti itirdi.
Üçüncü övladları Əhməd inşaat mühəndisliyi təhsili alıb və ABŞ-da məskunlaşıb. 1983-cü ildə təqaüdə çıxsa da, vəfat etdiyi günə qədər universitetdə çalışıb. 1995-ci ildə dünyasını dəyişən Kətinin məzarı İstanbuldakı Qaracaəhməd qəbiristanlığındadır.
Ketin böyük yaddaş qabiliyyətinə malik idi. Tələbələrindən Cəlal Şəngör, onun Quran ayələrinin hamısını ərəb və türk dillərində oxuya bilən bir hafiz olduğunu söyləyir.
Seçilmiş əsərləri