Cəlal Şəngör

Əli Mehmet Cəlal Şəngör[2] (24 mart 1955[1], İstanbul) — türk geoloq.[3] İstanbul Texniki Universitetinin Avrasiya Yer Elmləri İnstitutunda elmi fəaliyyət göstərib.[4]

Əli Mehmet Cəlal Şəngör
Ali Mehmet Celâl Şengör
Doğum tarixi 24 mart 1955(1955-03-24)[1] (69 yaş)
Doğum yeri
İş yerləri
Təhsili
Üzvlüyü
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Şəngör ABŞ Milli Elmlər Akademiyası, Amerika Fəlsəfə Cəmiyyəti və Rusiya Elmlər Akademiyasının üzvüdür. Professor Mehmed Fuad Köprülüdən sonra Rusiya Elmlər Akademiyasına seçilən ikinci türk professordur. Şəngör Alman Geologiya Cəmiyyəti tərəfindən Gustav Şteinman Medalına layiq görülmüşdür.[5] Fransa, İngiltərə, AvstriyaAmerika Birləşmiş Ştatlarında qonaq professor olaraq çalışan Şəngör, başda geologiya, xüsusən də struktural yer elmi və tektonika sahəsindəki çalışmalarıyla tanındı. 1988-ci ildə Nevşatel Universitetinin Elm Fakültəsindən fəxri elmlər doktoru dərəcəsi aldı. Şəngör 1990-cı ildə Avropa Akademiyasına qəbul edildi və həmin ildə Avstriya Geologiya Xidmətinin müxbir üzvü, 1991-ci ildə Avstriya Geologiya Cəmiyyətinin fəxri üzvü oldu. 1991-ci ildə Mədəniyyət Nazirliyinin "Bilgi Dövrü" mükafatını aldı.[6] 1992-ci ildə İstanbul Texniki Universitetinin Mədən Fakültəsinin Ümumi Geologiya Bölümü professoru oldu.

1955-ci il 24 martda İstanbulda dünyaya gəlib. İbtidai təhsilə Şişli Terakki İbtidai məktəbində başlamışdır. 5-ci sinifdə müəllimini təhqir etdiyinə görə məktəbdən qovulduqdan sonra Beyazıt İbtidai məktəbinə getdi.[7] Orta məktəb təhsilini İşık Liseyində başladı. Sonra Robert Kollecinə keçdi və orada orta məktəb təhsili başa vurdu.

1973-cü ildə Robert Kollecini bitirib. 1978-ci ildə Albanidəki Nyu-York Dövlət Universitetini geologiya fakültəsini və 1979-cu ildə də eyni universitetin magistr pilləsini bitirmişdir.

1981-ci ildə İstanbul Texniki Universiteti Mədən fakültəsinin ümumi geologiya şöbəsində köməkçi kimi işə başladı. 1982-ci ildə Nyu-York Dövlət Universitetində doktorluq dərəcəsi aldı. 1984-cü ildə London Geologiya Cəmiyyətinin Prezident Mükafatını və 1986-cı ildə TÜBİTAK Elm Mükafatını aldı. Elə həmin il İstanbul Texniki Universitetinin Mədən fakültəsinin ümumi geologiya kafedrasında dosent oldu. 1988-ci ildə Nevşatel Universiteti Elm Fakültəsindən Fəxri Elmlər doktoru olmuşdur. 1990-cı ildəAvropa Akademiasına qəbul edildi və cəmiyyətin ilk türk üzvü oldu. Elə həmin il Avstriya Geologiya Xidmətinin müxbir üzvü, 1991-ci ildə isə Avstriya Geologiya Birliyinin üzvü oldu.

1992-ci ildə İstanbul Texniki Universiteti Dağ-mədən fakültəsinin ümumi geologiya kafedrasında professor vəzifəsinə yüksəldi. 1993-ci ildə Türkiyə Elmlər Akademiyasının ən gənc qurucu üzvü oldu və akademiya Şurasına seçildi. Elə həmin il TÜBİTAK Elm Şurasının üzvü oldu. 1994-cü ildə Rusiya Təbiət Elmləri Akademiyasının üzvü və Fransa və Amerika geoloji birliklərinin fəxri üzvü seçildi. Fransız Fizika Cəmiyyəti və Paris Ali Normal Məktəbi tərəfindən də "Ramm" Medalına layiq görülmüşdür. 1997-ci ildə Şəngör Fransa Elmlər Akademiyası tərəfindən yer elmləri sahəsində nüfuzlu "Lutaud" mükafatına layiq görülmüşdür. 1998-ci ilin may ayında Şəngör, Kollec de Fransın ziyarətçi professoru oldu. Burada "Fransız geoloqlarının 19-cu əsrdə tektonikanın inkişafına verdiyi töhfə" mövzusunda dərs verdi və 1998-ci ilin 28 mayında Fransa KollecininKollec de Fransın medalını aldı. 1999-cu ildə London Geologiya Cəmiyyəti ona "Bigsby" medalı verdi. 2000-ci ilin aprel ayında ABŞ-nin Milli Elmlər Akademiyasının xarici üzvü seçilmiş ilk türk oldu. Fuad Köprülüdən sonra Rusiya Elmlər Akademiyasına seçilən ikinci türkdür. 2013-cü ildə Leopoldina Təbiət Tədqiqatçıları Akademiyasının üzvü seçildi.

Şəxsi həyatı

[redaktə | mənbəni redaktə et]

Cəlal Şəngör 1986-cı ildə Oya Şəngör ilə evlənmişdir. H.C.Asım adlı oğlu 1989-cu ildə dünyaya gəlib.

  • "Zümrütname" (1999)
  • "Hasan Ali Yücel ve Türk Aydınlanması" (2001)
  • "Zümrüt Ayna: Bilimsel Düşünce Üzerine Denemeler" (2003)
  • "Yaşamın evrimi fikrinin Darwin döneminin sonuna kadarki kısa tarihi" (2004)
  • "99 Sayfada İstanbul Depremi" (2006)
  • "Bilgiyle Sohbet - Popüler Bilim Yazıları" (2014)
  • "Dahi Diktatör" (2014)
  • "Aptalı Tanımak" (2015)
  • "Newton Neden Türk Değildi?" (2015)
  • "Bir Toplum Nasıl İntihar Eder?" (2016)
  • "Cehennemdeki Üniversiteliler" (2016)
  • "Bilimin Büyüsü" (2019)
  • "Jeolojinin Eduard Suess'e Kadarki Kısa Tarihi" (2020)
  • "Senin Cahilliğin Benim Yaşamımı Etkiliyor" (2023)
  • "Cehaletten Kurtulma Sanatı & Kim Kimdir?" (2024)
  • "Cehaletten Kurtulma Sanatı & Ne Nedir?" (2024)
  • "Orogeny" (with A. Miyashiro and K. Aki, 1982)
  • "Cimmeride Orogenic System and The Tectonics of Eurasia" (1985)
  • "Tectonic Evolution of the Tethyan Region" (1989)
  • "The Large Wavelength Deformations of the Lithosphere: Materials for a History of the Evolution of Thought from the Earliest Times to Plate Tectonics" (1996)
  • "Rifts of the World" (with Boris Natalin, 2001)
  • "Is the Present the Key to the Past or the Past the Key to the Present?: James Hutton and Adam Smith versus Abraham Gottlob Werner and Karl Marx in Interpreting History" (2001)
  • "The Large Wavelength Deformations of the Lithosphere" (2003)
  • "The Permian Extinction and the Tethys: An Exercise in Global Geology" (with Saniye Atayman, 2009)
  • "The Face of the Earth: The Legacy of Eduard Suess" (2014)
  • "Revising the Revisions: James Hutton's Reputation Among Geologists in the Late Eighteenth and Nineteenth Centuries" (2020)
  • "Орогенез" (с А. Миясиро и К. Аки, 1985)
  • "Рифты мира (учебно-справочное пособие)" (c Б. А. Натальиным, 2009)
  • "Une Autre Histoire De La Tectonique" (2005)
  • "Globale Geologie und ihr Einfluss auf das Denken von Eduard Suess: Der Katastrophismus-Uniformitarianismus-Streit" (2009)
  1. 1 2 Deutsche Nationalbibliothek Record #121259730 // Ümumi tənzimləmə nəzarəti (GND) (alm.). 2012—2016.
  2. http://www.nasonline.org/member-directory/members/3010034.html (#bare_url_missing_title). 2 Mart 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22 fevral 2016.
  3. "Celal Şengör kimdir? Ünlü profesör Celal Şengör hakkında merak edilenler". hurriyet.com (türk). "Hürriyyət" qəzeti. 2 mart 2018. 24 fevral 2020 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 25 fevral 2020. (#redundant_parameters); (#redundant_parameters); (#invalid_param_val)
  4. "Prof. Dr. A. M. Celâl Şengör". itu.edu.tr. 4 avqust 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25 fevral 2020.
  5. AWI-Tiefseeforscherin Antje Boetius mit Gustav-Steinmann-Medaille ausgezeichnet. Arxivləşdirilib 2015-03-15 at the Wayback Machine Alfred-Wegener-Institut (awi.de); abgerufen am 2. Oktober 2014.
  6. "BİLGİ ÇAĞI ÖDÜLÜ'NÜN SAHİBİ: CELAL ŞENGÖR" (türk). iyi haber. 2018-05-02. 2021-09-11 tarixində arxivləşdirilib.
  7. "'Atatürk akılcılığına sıkı sıkı sarılalım'" (türk). "Şalom" qəzeti. 20 noyabr 2019. 2021-07-21 tarixində arxivləşdirilib.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]