İkinci Dünya Müharibəsində Finlandiya üç böyük müharibəyə girdi. Bunlardan ilk ikisi Sovet İttifaqına qarşı keçirildi. Sonuncu müharibəni isə müttəfiq olduğu Nasist Almaniyasına qarşı etdi.
Döyüşlər nəticəsində Finlandiya müstəqilliyini qorumağı bacardı, lakin ərazisinin təxminən 10% -ni, o cümlədən ikinci böyük şəhəri Viipurini itirməli oldu. Sovet İttifaqına da böyük miqdarda müharibə təzminatı ödəməli oldu. Bu torpaq itkisindən sonra bölgədə yaşayan bir çox fin torpaqlarını tərk etdilər.
1809-cu ildə Rusiya imperiyası Finlandiyanı İsveçdən aldı. Bu yeri aldıqdan sonra Rusiya imperiyası finlərə geniş muxtariyyət verdi. Rusiya dövrü yaşayarkən bu region inkişaf edirdi. Lakin XX əsrin əvvəllərində Finlər arasında müstəqillik arzusu artdı. Rusiyadakı daxili problemlər Finlandiyada müstəqillik elanına səbəb oldu. Müstəqillik elan edildikdən sonra Almanların dəstəklədiyi sağ qanadla Sovet İttifaqının dəstəklədiyi sol qanad arasında vətəndaş müharibəsi başladı. Finlandiya vətəndaş müharibəsi kimi tanınan müharibədə sağçılar qalib gəldi.
İki Dünya Müharibəsi arasındakı dövrdə Finlandiya ilə Sovet İttifaqı arasında münasibətlər gərgin idi. Finlandiyadakı ifrat millətçi ünsürlər "Böyük Finlandiyanı" xəyal edirdilər. Bu torpaqlar Kareliya adlanırdı və bu torpaqlar Sovet nəzarətində olan ərazilər idi. Sovet İttifaqı üçün ən vacib olan məsələlərdən biri inqilabın lideri Leninin adını daşıyan və ölkənin ən böyük şəhərlərdən biri olan Leninqradın (indiki Sankt-Peterburq) təhlükəsizliyi idi.
24 avqust 1939-cu ildə Almaniya ilə Sovet İttifaqı Molotov-Ribbentrop paktı imzalandı. Bu paktın imzalanması ilə Finlandiya Sovet İttifaqını təbrik etdi. Daha sonra Sovet İttifaqı, Leninqradın təhlükəsizliyini təmin etmək üçün Finlandiya ilə danışıqlara başladı. Leninqradın təhlükəsizliyini təmin etmək üçün Sovetlər Finlandiyadan Karelia İsthmus, Finlandiya körfəzi adaları və Hanko yarımadasını tələb etdi. Stalinin Finlərdən istədiyi bu torpaqların ümumi sahəsi 1700 km² təşkil edirdi. Bunun müqabilində SSRİ Finlandiyaya Finlandiya-Sovet sərhədinin mərkəzi hissələrindən 3500 km²-lik ərazi təklif edirdi. Bu danışıqlardan heç bir nəticə alınmadı. Noyabrın 26-da Mainila kəndi bombalandı. Sovet İttifaqı bu bombardmana görə Finlandiyanı günahlandırdı. Bunun ardınca 4 gündən sonra SSRİ Finlandiyaya müharibə elan etdi. Millətlər Liqası hücumu qınadı. Bununlada kifayətlənməyən liqa və 14 dekabrda Sovetləri cəmiyyətdən qovdu.