Məlumatı yoxla. Bu məqalədə verilən faktların dəqiqliyini və məlumatların etibarlılığını yoxlamaq lazımdır. Müzakirə səhifəsində aydınlaşdırılmalıdır. |
İkram Kərimov (Azərbaycan SSRİ - Şabran) — ilk tektonik silahın yaradıcısı, zəlzələşünas alim. Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyəti nəzdində Seysmologiya Elmi Mərkəzinin direktoru, fizika-riyaziyyat elmləri doktoru, professor.[1]
İkram Hacıağa oğlu Kərimov | |
---|---|
Doğum yeri | 1942 - Şabran (Dəvəçi), Azərbaycan SSR, SSRİ |
Vətəndaşlığı |
SSRİ→ Azərbaycan |
Milliyyəti | azərbaycanlı |
Elm sahəsi | seysmologiya |
Elmi dərəcəsi | |
Tanınır | İlk tektonik silahın yaradıcısı |
İkram Hacı oğlu Kərimov Şabran rayonunda (Dəvəçi) anadan olmuşdur.
İkram Kərimov 40-a yaxın elmi işin müəllifi olan Şamo Rəhimovunun tövsiyəsi ilə seysmologiya ixtisasını seçmişdir. Professor dərəcəsi alan Kərimovun 1968-ci ildə "Merkuri-18" məxfi proqramı (kod: NİR № 2M 08614 PM) Qırğızıstanın Batken şəhərindən 50 kilometr məsafədə yerləşən poliqonda işə başlayıb və dünyanın ilk tektonik silahını ixtira edib.[2]
SSRİ Müdafiə Nazirliyi İkram Kərimov başda olmaqla, bir qrup alimi gizli seysmik laboratoriyalarda aparılan və tektonik silahın kəşf edilməsinə yönələn tədqiqat işlərinə cəlb etdi.[2] Sonralar “Soverşenno sekretno” qəzeti yazırdı:
"1970-ci illərin sonlarında azərbaycanlı alim İkram Kərimov və onun rəhbərlik etdiyi elmi-tədqiqat qrupu zəlzələlərdən öncə yüksək tezliklərdə baş verən anormal dəyişikliklərə diqqət yetirdilər. Əvvəllər belə zəlzələ xəbərçilərini yalnız xüsusi rəqəmsal aparatların köməyi ilə müəyyən etmək olurdu. Amma Kərimov və onun qrupu yeni elmi metodla adıçəkilən cihazlara ehtiyac olmadan öncədən zəlzələ əlamətlərini müəyyən etmişdilər".[2]
Bir neçə il ardıcıl olaraq keçirilən sınaqlardan sonra SSRİ Kəşflər və İxtiralar Komitəsi Kərimovun yeni metoduna patent verərək, onu qeydə aldı.[3] Bu kəşf məhz SSRİ Müdafiə Nazirliyi tərəfindən "Merkuri" kodu adı altında həyata keçirilən geofiziki (tektonik) silahın hazırlanmasında istifadə edilməyə başladı.[3] SSRİ Nazirlər Kabinetinin 1384-345 nömrəli qərarı ilə 30 noyabr 1987-ci ildə İkram Kərimova böyük səlahiyyət verilir. 1995-ci ilə qədər öz qrupu ilə Azərbaycanda qalmışdır. Dünyanın müxtəlif bölgələrinə səpələnən rus kəşfiyyatındakı sızmadan sonra Kərimovun evinə basqın edən Amerika kəşfiyyatı bütün tədqiqatların surətini oğurlamağa nail olur. Bu hadisədən sonra Kərimov öz qrup üzvlərini ancaq Cənubi Afrika Respublikasında təhlükəsiz yaşayacağına dair təminat alır. Amerikalılar isə oğurladıqları araşdırmalar əsasında 1990-cı illərdə, Alyaskada HAARP seysmik stansiyasını qurub ordan təbii iqlimə müdaxilələrə başladılar[4].
Ermənilər Spitakda 1988-ci ildə baş verən zəlzələdə onu ittiham edirdilər. Onlar hesab edirdilər ki, Kərimov silahı Ermənistan üzərində sınayıb və ermənilərdən qisas alıb.[3]
İkram Kərimovun adı bu günə qədər Rusiya arxivləri tərəfindən gizli saxlanılır və onun barəsində məlumatları əldə etmək olduqca çətindir.
Hazırda alimin adı dünyanın 10 qızıl aliminin adı arasındadır və onun kəşfləri bütün dünya alimlərini heyrətləndirməkdə davam edir[5].