Seysmologiya - geofizikanın zəlzələləri, onların baş vermə səbəblərini və tikintilərin mühafizə tədbirlərini öyrənən bölməsidir Azərbaycan Sovet Ensiklopediyası\vııı\səh.331
Respublika ərazisinin seysmikliyinin, zəlzələlərin kinematik və dinamik parametrlərinin öyrənilməsi ilə məşğul olur. Seysmoloji tədqiqatlar 84 telemetrik seysmik stansiyalardan ibarət müşahidə şəbəkəsi əsasında respublika ərazisinin seysmik rejimi, zəlzələ episentrlərinin paylanması qanunauyğunluğu, ocaq zonalarındakı seysmik proseslərin dinamikası tədqiq edilir, dərinlik qırılmalarının aktiv hissələri müəyyənləşdirilir və bu sahələrdə mümkün maksimal güclü zəlzələlərin intensivliyi qiymətləndirilir. Güclü zəlzələ ocaqlarının mexanizmi öyrənilir, böyük şəhərlərin seysmik riski qiymətləndirilir, iri tikinti obyekt sahələrinin seysmikliyi tədqiq edilir.[1]
2003 - cü ildə AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi respublika ərazisində seysmik monitorinq sistemini yenidən qurmağa başlamışdır. ABŞ-nin “Kinemetrics” şirkətindən alınan telemetrik avadanlıqlarla bölgələrdə seysmik monitorinq aparılır. 2009-2010-cu illərdə seysmoloji müşahidələr şəbəkəsinin inkişafı və seysmologiya sahəsində elmi tədqiqatların təkmilləşdirilməsi məqsədilə daha 11 "Kinemetrics” stansiyası alınaraq quraşdırılmışdır. 2011-ci ildə RSXM tərəfindən daha 6 telemetrik seysmik stansiya quraşdırılaraq işə salınmışdır və bununla da seysmik stansiyaların sayı 31-ə çatmışdır. 2013-cü ildə isə RSXM tərəfindən daha 4 telemetrik seysmik stansiyalar quraşdırılaraq işə salınmış və bununla da seysmik stansiyaların sayı 35-ə çatmışdır. Seysmik stansiyaların qurulması üçün Azərbaycan ərazisinin ayrı-ayrı sahələrinin seysmikliyinin səviyyəsi nəzərə alınmaqla seçilərək yerləşdirilmişdir. Hazırda Respublika Seysmoloji Xidmət Mərkəzinin respublika ərazisində 84 seysmik stansiyası fəaliyyət göstərir.