| Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. Lütfən, məqaləyə etibarlı mənbələr əlavə edərək onu təkmilləşdirməyə kömək edin. Mənbəsiz məzmun problemlər yarada və silinə bilər. Problemlər həll edilməmiş şablonu məqalədən çıxarmayın. Daha ətraflı məlumat və ya məqalədəki problemlərlə bağlı müzakirə aparmaq üçün məqalənin müzakirə səhifəsinə diqqət yetirə bilərsiniz. |
Nurəddin Mehdixanlı (əsl adı: Nurəddin Əzulla oğlu Quliyev; 6 oktyabr 1956, Tahirli, Astraxanbazar rayonu) — Azərbaycanın teatr və kino aktyoru, Azərbaycan Respublikasının xalq artisti (2002), Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdüçüsü. Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının Aparıcı səhnə ustası. "Şöhrət" ordeni laureatı (2019)
Nurəddin Mehdixanlı |
Doğum tarixi |
6 oktyabr 1956(1956-10-06) (68 yaş) |
Doğum yeri |
|
Uşağı |
3 |
Fəaliyyəti |
teatr aktyoru, kino aktyoru |
Fəaliyyət illəri |
1978-ci ildən |
Təhsili |
|
Teatr |
|
Mükafatları |
2002 1998 2019 2024 |
Quliyev Nurəddin Əzulla oğlu (Nurəddin Mehdixanlı) (06.10.1956) 1956-cı il oktyabr ayının 6-da Cəlilabad rayonunun Tahirli kəndində doğulub.
1974-cü ildə M. Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram və kino aktyorluğu fakültəsinə daxil olub. Dahi rejissor Adil İsgəndərovun rəhbərlik etdiyi kursu 1978-ci ildə başa vurub təyinatla Akademik Milli Dram Teatrına göndərilərək sentyabr ayının 1-dən aktyor truppasına işə götürülüb.
Romantik pafosa, coşqun daxili temperamentə, gözəgəlimli səhnə görkəminə malik aktyordur.
Mürəkkəb hadisələr burulğanında mənəvi çarpışmalar keçirən, faciə notlu, dramatik xarakterli qəhrəman rollarını yüksək məharətlə yarada bilir. Onun Akademik teatrın səhnəsində oynadığı rolların siyahısını aşağıdakı görümdə ümumiləşdirmək olar:
- Mehdi və İkinci reportyor ("Səhra yuxuları", Anar),
- Muxtar ("Təhminə və Zaur", Anar),
- Xasay və Hidayət xan ("Xurşidbanu Natəvan", İlyas Əfəndiyev),
- Kamran ("Unuda bilmirəm", İlyas Əfəndiyev),
- Təbriz ("Büllur sarayda", İlyas Əfəndiyev),
- Böyük bəy ("Mahnı dağlarda qaldı", İlyas Əfəndiyev),
- Məşədi Təhməz ("Şeyx Xiyabani", İlyas Əfəndiyev),
- Ayaz Turan ("Sevgililərin cəhənnəmdə vüsalı", İlyas Əfəndiyev),
- Eldar və Vaqif ("Vaqif", Səməd Vurğun),
- Ross ("Maqbet", Uilyam Şekspir),
- Aydın ("Aydın", Cəfər Cabbarlı),
- Əbu Übeyd ("Od gəlini", Cəfər Cabbarlı),
- Ərtoğrul ("Afət", Hüseyn Cavid),
- Elxan ("İblis", Hüseyn Cavid),
- Şair ("Fəryad" Bəxtiyar Vahabzadə),
- Şahin ("Rəqabət" Bəxtiyar Vahabzadə),
- Gur Şad ("Özümüzü kəsən qılınc", Bəxtiyar Vahabzadə),
- Yaralı əsgər ("Hələ "sevirəm" deməmişdilər…", R. Novruz),
- İppolit ("Fedra", J. Rasin),
- Rəşid Axundov ("Brüsseldən məktudlar", Həsən Həsənov),
- Bəbir bəy ("Dirilən adam", Mir Cəlal),
- Şəmistan ağa ("Ölüləri qəbiristanlıqda basdırın", İsmayıl Şıxlı),
- Nemət Həsənzadə ("Bu dünyanın adamları", Hidəyət),
- Vətən ("Xəcalət", Hüseynbala Mirələmov),
- Tağıyev ("Mesenat", Əli Əmirli),
- Xan ("Lənkəran xanının vəziri", Mirzə Fətəli Axundov),
- Əmir Teymur ("Əmir Teymur", Hüseyn Cavid).
- Kişi ("21:15 qatarı", Toyqun Orbay)
- Şeyx Nəsurllua ("Ölülər", Cəlil Məmmədquluzadə)
- Hacı Əhməd ("Almaz", Cəfər Cabbarlı)
- Qonaq ("Cəhənnəm sakinləri", Elçin)
- İmamyar ("Yaşar", Cəfər Cabbarlı)
Aktyor Azərbaycan Dövlət Televiziyasında:
- Ə. Əhmədovanın "Pəncərədə işıq" (Toğrul),
- C. Cabbarlının "Solğun çiçəklər" (Bəhram),
- N. Həsənzadənin "Kimin sualı var?" (İlham),
- B. Vahabzadənin "Vicdanla üz-üzə" (Hakim)
teletamaşalarında iştirak edib.
"Dədəm Qorqudun kitabı" dastanın motivləri əsasında "Dədə Qorqud" çoxseriyalı televiziya filmində Bayandur xan, "Bəyaz həyat"da Vüqar Quliyev rollarına çəkilib.
1992-ci ildən Vətəndaş Həmrəyliyi Partiyasının üzvüdür. 1995-ci ildən 14 fevral 2021-ci ilədək Vətəndaş Həmrəyliyi Partiyası sədrinin siyasi məsələlər üzrə müavini olmuşdur.
Nurəddin Əzulla oğlu Quliyev 23 iyun 1986-cı ildə Naxçıvan Muxtar Respublikasının əməkdar artisti, 1998-ci ildə Azərbaycan Respublikasının Əməkdar Artisti, 2002-ci ildə Xalq Artisti fəxri adlarına layiq görülüb. Prezident təqaüdçüsüdür. 9 may 2012-ci ildə, 30 aprel 2014-cü ildə,[1] 6 may 2015-ci ildə[2] və 6 may 2016-cı ildə[3] Prezident Mükafatına layiq görülmüşdür. Azərbaycan teatrının inkişafında xidmətlərinə görə 6 oktyabr 2016-cı ildə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünə layiq görülmüşdür.[4] 2017-ci ildə Cəfər Cabbarlı mükafatına layiq görülmüşdür.[5][6]
29 oktyabr 2019-cu ildə Azərbaycanda teatr sənətinin inkişafındakı xidmətlərinə görə 2019-cu ildə "Şöhrət" ordeni ilə təltif olunub.[7] Azərbaycan Respublikası Prezidentinin 2 fevral 2024-cü il tarixli Sərəncamı ilə "Heydər Əliyevin 100 illiyi (1923–2023)" yubiley medalına layiq görülmüşdür.[8]
- Absurdistan (film, 2008) (tammetrajlı bədii film)-arıçı
- Araqarışdıran (film, 1987)
- Azərbaycan xanlıqları. Naxçıvan və İrəvan xanlıqları. 5-ci film (film, 2003)
- Bəyaz həyat (film, 2003) — rol: Vüqar
- Bizim qəribə taleyimiz (film, 2005)
- Cavad xan (film, 2009) — Cavad xan
- Cavad xan. Filmin filmi (film, 2007)
- Cavid ömrü (film, 2007) — Əhməd Cavad
- Doğan Günəş (film, 2002)
- Ənvər Həsənov. Yeddi oğuldan biri (film, 2007)
- Ərazi (film, 2005)
- Güllələnmiş heykəllər (film, 2002) — rol: Vaqif
- Gürzə (2008)
- Həkimlər
- İlahi məxluq (film, 2011)
- İşarəni dənizdən gözləyin (film, 1986) — Kazım bəy
- Kimin Sualı var? (İlham)
- Qafqaz (film, 2007)
- Məhkumlar (film, 2007) — Ənvər
- Pəncərədə işıq (film, 1987)
- Səni axtarırıq... (film, 2013)
- Solğun çiçəklər (film, 1987)-Bəhram
- Son arzu (film, 2003)
- Təlatüm (film, 2006) — Hakim
- Vicdanla Üz-Üzə (Hakim)
- Əli və Nino (film, 2015) — film səsləndirən: Fətəli Xan Xoyski (Xalid Ərgənc)