İlanbaş (lat. Ophisops) — heyvanlar aləminin xordalılar tipinin sürünənlər sinfinin pulcuqlular dəstəsinin əsl kərtənkələlər fəsiləsinə aid heyvan cinsi.
İlanbaş | ||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||
Domen: Ranqsız: Ranqsız: Ranqsız: Ranqsız: Ranqsız: Aləm: Yarımaləm: Klad: Klad: Tipüstü: Tip: Klad: Yarımtip: İnfratip: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Sinifüstü: Klad: Klad: Klad: Sinif: Klad: Klad: Klad: Klad: Klad: Klad: Dəstəüstü: Dəstə: Fəsiləüstü: Fəsilə: Yarımfəsilə: Cins: İlanbaş |
||||||||||
Beynəlxalq elmi adı | ||||||||||
|
||||||||||
|
Göz qapaqları ilanlarda olduğu kimidir (adı da buradandır). Alt göz qapağının ortasında iri şəffaf dairəcik var. Şimali Afrikada, Cənub-Şərqi Avropada, Kiçik, Ön və Cənubi Asiyada (Hindistanda) 5 növü yayılmışdır. Azərbaycanda 1 növü — zərif ilanbaş (Ophisops elegans) məlumdur. Uzunluğu 60 sm-dək olub, üstdən zeytunu-qəhvəyi, yanlardan uzununa açıq rəngli zolaqlı, aşağıdan isə ağdır. Əsasən, yarımsəhralarda yaşayır. Cücü və onların sürfələri ilə, həmçinin hörümçəklərlə qidalanır. Mövsüm ərzində hər dəfə 4–6 yumurta qoymaqla 2–3 dəfə yumurtlayır.