İlanlı — İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında kənd adı[1].[2]
Tarixi İrəvan quberniyası əraziləri | |
Şərur-Dərələyəz | |
---|---|
Ümumi məlumatlar | |
Bölgə | |
Əsası qoyulub | 1728 |
Ləğv edilib | 1918 |
1728-ci ildən mə'lumdur[3] 1918-ci ildə əhalisi qovulduqdan sonra kənd dağılmışdır.[4].
Azərbaycanda və Ermənistanda "ilan" komponentli çoxlu coğrafi adlar vardır. Azərbaycanda İlanlıdağ (Füzuli rayonu), İlanlı Güney (Kəlbəcər rayonu), İlanlı təpə (Ağdam rayonu, Aşağı Qərvənd k.), İlanlı dərə (Babək, Qazax, Gədəbəy, Masallı rayonları), İlanlı Qobu (İmişli rayonu), İlandağ (Naxçıvan), İlanqaya (Laçın rayonu) və b. Bu toponimlərdə "ilan" sözünün konkret mə'nalarını ayırd etmək çətindir. XIX əsrdə Qars əyalətinin Qars mahalında üç İlanlı kənd adı[5] ilə mənşəcə eynidir. İlanlı kəndin əsasını qoymuş tayfa adıdır. Bu tayfa qədim türkmənşəli Alan tayfasına bağlıdır. Şimali Qafqazda yaşayan qaraçayların və balqarların özünüadlandırmaları "Alan"dır. Ehtimal ki, alanlar eranın əvvəllərində hunların, ya da balqarların tərkibində gəlmişlər. Türkmənistanda Ersari tayfasının bir qolu İlanlar adlanır (orada Yılanlı və İlan dağ adı)[6] Azərbaycanda İlanlı (Şamaxı rayonu) kənd və İlandağ (Culfa rayonu) dağ adı ilə mənşəcə eynidir.