İldırımlı yollarla

İldırımlı yollarla — böyük Azərbaycan bəstəkarı Qara Qarayevin Piter Abrahamsın romanının motivləri əsasında 1958–1959-cu illərdə yazdığı balet.

İldırımlı Yollarla
Tipi Klassik
Bəstəkar Qara Qarayev
Librettist Yuri Solominski
Yaradılıb Piter Abrahamsın "İldırımlı yollarla" romanı əsasında
Premyera
Rəssam V. Dorer
İldırımlı Yollarla baletinin musiqisindən fraqment
İldırımlı Yollarla baletinin musiqisindən fraqment

Piter Henri Abrahamsın romanı Afrika xalqlarının azadlıq uğrunda çarpışmaları dövründə yazılıb. Əsər məzmununun ana xətti ağ irqdən Sari adında qızla ağ irqdən olmayan Lenni adlı oğlanın ülvi məhəbbətidir. İrqçiliyin sarsılmaz qanunlarını pozmuş Lenni bütün yerli fermer və varlıların qəzəbinə gəlir. Yeni il gecəsi Sari, nəhayət nifrət bəslədiyi evdən baş götürüb qaçır. Azğınlaşmış təqibçilər öz şəxsi azadlığını və məhəbbətini hər şeydən uca tutan hər iki gənci vəhşicəsinə öldürürlər.

Hadisələr Cənubi Afrikada XX əsrin 40-cı illərində baş verir.

Cənubi Afrika, kiçik bir qəsəbə meydanı. Bir qrup tələbə yeməkxanada ziyafət verirlər. Lenni əynində məzun forması bu ziyafətə qoşulur. O xoşbəxtdir , yenicə aldığı universitet diplomunu sevinclə yoldaşlarına göstərir. Lenni "sevimli tələbə" mahnısını oxuyur. Tələbə yoldaşları ilə vida saatı gəlmişdi. Lenny artıq evə qayıdir, Coşğun sevincli gənclər, həyatin sərt reallığıni unudurlar. O isə buna görə onlardan intiqam alır. Mindikləri vaqonda güclü bir zərbə, tələbələrdən birini yerə yıxır – vaqon nəzarətçisi qara dərililərin, ağlar üçün vaqonlara minməsinin qadağan olduğunu , onlarin yadına salır. "Qəm yemə, irəli" tələbə mahnısını , zərbə alan oğlan yavaş səslə oxumağa davam edir. Qatar hərəkətə gəlir.

Budur Lenni öz doğma kəndindədir. Çamadanlı və yaxşı geynimiş Lennini kəndin rəngli dərili uşaqları ağ insana bənzədirdilər. Uşaqlar qərib bir adamım gəlişi haqqında kənd küçələri ilə qaçaraq, məlumat verirlər. Bir evin qapısı açılır. Astanada vaxtından əvvəl qocalmış bir qadın görünür. O, yaxşı geyimli qərib qarşısında təzim edir. Lenny , oğul nəvazişini unutmuş anasını qucaqlayır. Ana əlləri oğlunun başını sığallayır.

Uşaqlar yeni xəbəri tez bir zamanda bütün kəndə yayırlar. Anası oğlunu kəndlilərə və uşaqların məktəbdə oxumasını çoxdan arzulayan qoca kənd rahibinə təqdim edir. Lizzi qardaşının boynuna sarılır. Qızlar Lenni üçün rəqs etməyə başlayır. Gözəl Fanni gitara rəqsinə qoşulur. İnsanlar Linninin papağına və mantisinə maraqla baxırlar. Anasının xahişi ilə, o, bu qərib geyimləri insanlara təqdim edir və insanlan onu böyük bir alim sanırlar.

Bu vaxt kənd meydanında mülkədar Gert, onun nəzarətçisi Vildcon və köməkçisi Smit görünür. Kənd əhalisi olların qarşısında baş əyir . Lenni isə baş əyməyərək mülkədarın gözlərinin içinə baxır. Birdən Smit vuraraq Lenninin papağını yerə salır, lakin Lenny yenə papağı başına qoyur. Bu Smiti daha da qəzəbləndirir . Bu zaman Fanni Gert ilə Lenninin arasından keçərək öz gözəl rəqsi ilə Gertin nəzərlərini Lennidən yayındırır. Bununla təhlükə sovuşur.

Cənubi Afrika, kəndin kənarında dalğavarı geniş ərazi . Burada nəfəs almaq kənddəkindən daha rahatdır. Lenni kənddə açacağı məktəb haqqında düşünür. Bu zaman qəfildən onun başına zərbələr vurulur. Lenni yerə yıxılaraq huşunu itirir. Vildconla Smit onun "dərsini" verməyə gəlmişdilər. Qaranlıqda addım səsləri, onları cəzanı davam etməkdən çəkindirir və onlar qaranlıqda gözdən itirlər. Bu zaman əlində fənər olan, mülkədarın qızı Sari görünür. O sərin və sakit gecənin keyfini çıxararaq fənərlə yoluna işıq salir və az qala huşsuz vəziyyətdə yerdə uzanmış Lennini ayaqlayqcaqdı. Sari kömək etmək məqsədilə, fənəri Lenninin üzünə salır. "Zəncidir" – Sari qorxaraq kənara çəkilir. Lenni ağ qızı görüb ayağa qalxmaq istəyir , lakin gücsüzlükdən yenidən yıxılır. Sari şarfını çıxararaq, yazığı gəldiyi zəncinin yarasını sarıyaraq oradan uzaqlaşır.

Məktəbin sinif otağı. Lenni uşaqlarla məşğuldur. Lizzi, qardaşına heyranlıqla baxan qızları başına yığaraq, məktəbdə gətirir. Bu zaman Vildcon gəlir və Lennini mülkədarın evinə aparır. Qonşu kəndin zənci müəllimi Mako bir dəstə şagird ilə ora yaxınlaşır, amma kənd rahibi uşaqların Makonun qara dərili tələbələri ilə yaxınlaşmasına imkan vermir. Mako isə əksinə, qaraların və rəngli dərililərin arasında fərq qoyanların əleyhinədir. Rahib qara uşaqları oradan qovmağa çalışır . Bu vaxt Lenni ora qayıdır. Gertlə görüşdən sonar, o çox fikirli idi. Nə, həyəcanlı uşaqları, nə də tələbə yoldaşı olmuş Makonu sanki görmür.

Mako tələbə mahnısını zümzümə edəndən sonra, Lenni özünə gəlir və onlar qucaqlaşırlar. Uşaqlar da müəllimləri kimi edirlər. Sonra hamı dağılışır.

Sari yavaş-yavaş artıq boşalmış məktəb binasına yaxınlaşır. O məktəbə yenicə qayıtmış Lenni ilə rastlaşır. Uzun müddət onlar bir – birinə baxırlar. Lenni narahat olmağa başlayır. Əgər onları bir yerdə görsələr bu zaman Sari məhv olar. Qoy burdan, qaralar yaşayan kənddən getsin. Sari zəncinin bu sözlərini təhqir kimi qəbul edir və uzaqlaşır. Lenni irqçiliyin əleyhinə çıxarkən, anası onun ayaqlarına düşərək ağ qızı qəlbindən çıxarmasını yalvararaq ona söyləyir. Əks halda onun ailəsinı, kəndliləri ölüm gözləyir. Lenni anasına söz verir.

Orkestr yüksək səslə çalmağa başlayır. Rəngli dərililər hər tərəfdən bura axışırlar. Ağ insanlar qələbə marşı ilə üzərində gülümsəyən rəngli dərili uşağın şəkli olan plakatla addımlayırlar. Onlar provakatorlardır. Onlar guya xalq bayramı keçirərək , əhaliyə yemək və başqa hədiyyələr paylayırlar. rəngli dərililəri qaralara qarşı qızışdırırlar. İçki və pivəyə qonaq olan sadəlövh insanlara bəzək əşyaları, konfet , yorğan paylamaqla öz tərəflərinə çəkərək aranı qatmaqda onlardan istifadə edirlər Belə bir yorğan üstündə, qaraların lideri, bir rəngli dərili ilə əlbəyaxa olaraq onu öldürmüşdü. Mako araqatanların bu işə son qoymalarını qətiyyətlə tələb edirdi. Makonu aradan götürmək istəyən Smit ona atəş açır, lakin güllə yan keçərək qaraların liderinə dəyir, artıq, yerdə iki cəsəd vardı. Rəngli dərili və qaralar qəmə qərq olurlar.

Gertin evinin həyəti. Rəngli dərili qadınlar işləyirlər. İstidən gizlənən Larri səbətin altında mürgüləyir. Lizzi və rəfiqələri onunla əylənmək istəyirlər Yaxinlaşan Gerti görən Fanni onları dayandırır. Ev sahibinin gözünə görünməmək üçün ollar dağılışırlar. Gert bir az kobud şəkildə Fannini tutur və onu qucaqlamaq istədikdə, Fanni onun əlini dişləyir. Tabe olmaq istəməyən qızı Gert təpiyi ilə vurur. Bu zaman Sari gəlir və ara sakitləşir. Ata və qızı gedirlər. Xidmətçilər işə davam edirlər. Lizzi, qardaşı Lenninin papağı başında xidmətçilərə yaxınlaşır. O, Lenniyə bənzəyir. Xidmətçi qızlar zarafatla Lenniyə necə aşiq olduqlarını bəyan edirlər. Bu zaman Larri görünür, o bunları Lenniyə söyləyəcəyini deyir. Qızlardan biri zarafatla yuduğu balınc üzünü unun başına atır. Heç bir şey görməyən Larri qızı tutmaq istərkən, evdən çıxan Sarini qucaqlayır. Bundan hiddətlənən Sari balınc üzünü başından götürüb, onun sifətinə vurur.

Qızlar sahibənin qəzəblənəcəyini düşünərək çox qorxurlar. Sari isə Lezziyə baxaraq, Lenni haqqında düşünür. O, işarə ilə xidmətçiləri ordan uzaqlaşdırır. Uzaqdan çalınan gitaranın səsi Sariyə, gönlündən keçən adamı xatırladır. Gecə. Lenni həyətdə təkdir, o Sarini gözləyir? Ya onunla görüşməkdən qaçır? Sari ona yaxınlaşır, Lennini sevdiyini etiraf etmək istəyir. Onlar bir – birinə baxırlar. Lenni əlləri ilə gözlərini örtür. Ona, ağ qıza baxmaq qadağandır. Hətta onu həyatından artıq sevsə belə. Sari onun əllərini gözündən çəkməyə çalışarkən, bunu Mako görür. Mako bu hadisənin başqasının görməsindən nələr baş verəcəyindən çox qorxur. Kiminsə keyfli səsi həyətdəki sakitliyi pozur. Mako Lennigili görməsin deyə, onların başını qatmağa çalışlr və buna nail olur, lakin ağ keyli adamlar onu yaxşıca döyürlər. Mako ayaq üstə güclə dayanır. Linni əlini onun çiyninə qoyur. Mako dik baxışla Sariyə baxir. O bu cütlüyün sirrini artıq bilir, amma bunu kimsəyə deməyəcəyinə Sari inanır.

Gertin evində yeni il şənliyidir. Qonaqlar rəqs edirlər, Sarinin fikri isə burdan uzaqlarda, Lenninin yanindadır. Saatin zəngi səslənir. Sarrinin həyəcanı bir az da artır, Lenni ilə qaçmağın vaxtı çatmışdı. Sari oradan uzaqlaşır. Bunu görən Vildcon, Gertə xəbər verir ki Sari evdən qaçdı. Vildcon və Gert Sarini qaytarmağa tələsirlər.

Gertin bağı, pəncərədən rəqs edənlərin silueti görünür. Lenni ehtiyatla bağa girir, Sarri ona tərəf qaçır. Onlar qucaqlaşırlar. Fanni onları xəbərdar etmək istəyir, ancaq gecdir. Artıq Smit bağin çıxış yolunu kəsmişdi. Evdən çıxan Vildcon və Gert, Linni ilə Sarini eyni kəndirlə bağlayırlar. Gert Sarrinin üzünə şillə vurur. Qonaqlar evdən bağa çıxırlar, və nifrətlə Sariyə baxırlar. Kişilər Lennini yerindəcə cəzalandırmaq istəyirlər. Qucaqlaşmış Lenni və Sari qəzəblənmiş insanlara baxirlar, amma onları heç nə ayıra bilməz hətta ölüm belə. Gert, onları özü cəzalandırmaq istəyir. Qonaqları evə göndərir.

Gertlə Lenni əlbəyaxa olurlar. Sari Lennini atasının əlindən xilas etməyə çalışır, lakin atası onu kənara itələyir. Savaş davam edir. Gert bu saat Lennini öldürəcək. Birdən Fanni bıçaqla Gertə zərbə vurur, Gert yerə yıxılır. Vildconun çağırdığı silahlılar Lenni ilə Sarini əhatəyə alırlar.

Kənddə ocaqlar tüstülənir. Lenninin yerlə suruklənmiş anası oğlunun mantisinı sinəsinə sixmışdı. Rahib insanları dua etməyə çağırır. Mako Lenni ilə Sarinin məhəbbətindən danışır, onun səsi getdikcə sərtləşir. Qaralar və rəngli dərililər onun əhatəsinə toplaşır. Onların qarşısında Afrikanın geniş və sonsuz çölləri canlanır. Üfüqdəki qara buludlar getdikcə seyrəkləşir. İldırımlar, əl-ələ, çiyin-çiyinə vermiş qəzəbli rəngli dərili və qaralarin qarşısından çəkilməyə başlayır.

Qara Qarayevin baletləri

Yeddi gözəl (1952)
İldırımlı yollarla (1957)
Leyli və Məcnun (1958)

Əsərlərinin siyahısı