Xəzər neftçiləri haqqında dastan (film, 1953)

1949-1953-cü illərdə Bakı neftçiləri tərəfindən Xəzər dənizində neft yataqlarından istifadə olunması haqqında poetik hekayədir. Bu bədii-sənədli film nəinki Azərbaycan kinosunda, həm də bütünlükdə sovet sənədli kinematoqrafiyasının inkişafında görkəmli rol oynamışdır.

Xəzər neftçiləri haqqında dastan
Janr sənədli film
Rejissor Roman Karmen
Ssenari müəllifləri İosif Osipov
İmran Qasımov
Roman Karmen
Operatorlar Roman Karmen
Cavanşir Məmmədov
Arkadi Zenyavin
Sergey Medınski
Bəstəkar Qara Qarayev
İstehsalçı Bakı Kinostudiyası
İlk baxış tarixi 1953
Filmin növü tammetrajlı bədii-sənədli film
Müddət 53 dəq.
Ölkə SSRİ SSRİ
İl 1953
Texniki məlumatlar 6 hissə
1547 metr
35 mm
Rəng rəngli

Kino əsəri dünyada ilk dəfə dənizin dibindən neft çıxarmağa başlayan Bakı neftçilərinin əmək qəhrəmanlığından bəhs edir.

Burada Neft daşlarının yaradılmasından, əmək qəhrəmanları Qurban Abbasov, Mixail Kaveroçkin və başqa neftçilərin hünərindən, ilk buruğun neft fontanı vurmasından, neftçilərin qəhrəmanlıq göstərərək buruqda baş verəcək fəlakətin-yanğının qarşısını almalarından danışılır.

Festivallar və mükafatlar

[redaktə | mənbəni redaktə et]
1) 1960-cı ildə
Rejissor Roman Karmen, operatorlar Cavanşir Məmmədov, Sergey Medınski filmə görə Lenin Mükafatı almışdır.

2008-ci ildə filmin ilk rəngli elektron nüsxəsi Rusiya arxivindən Dövlət Film Fonduna hədiyyə olunmuşdur. O vaxta qədər fondda filmin ağ-qara versiyası saxlanılırdı.

Film üzərində işləyənlər

[redaktə | mənbəni redaktə et]
Rejissor: Roman Karmen
Ssenari müəllifi: İosif Osipov, İmran Qasımov, Roman Karmen
Operator: Roman Karmen, Cavanşir Məmmədov, Arkadi Zenyavin, Sergey Medınski
Bəstəkar: Qara Qarayev
Səs operatoru: Ağahüseyn Kərimov
İkinci rejissor: Məmməd Əlili
Sualtı çəkilişlərin operatoru: F. Leontoviç
Mahnıları ifa edən: Rəşid Behbudov

Filmdə iştirak edən

[redaktə | mənbəni redaktə et]
Rəşid Behbudov
  • Şəmsəddin Abbasov. "Sovet Azərbaycanının kinosu" //Kommunist. — 1958.- 29 avqust.
  • М. Рзаева. О двух фильмах Романа Кармена. "Изв. АН Азерб. ССР (серия общ. наук), 1962, № 9.
  • Азербайджанской ССР кинематография. Кино: Энциклопедический словарь / Гл. ред. С. И. Юткевич; Редкол.: Ю. С. Афанасьев, В. Е. Баскаков, И. В. Вайсфельд и др. — Москва: Советская энциклопедия, 1987. — стр. 13.
  • Xamis Muradov. Kinofabrikdən başlanan yol. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 5.
  • Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 118; 130-139.
  • Azərbaycan Milli Ensiklopediyası: Azərbaycan. Ramiz Məmmədov. Kino. Azərbaycan Milli Ensiklopediyası Elmi Mərkəzi, 2007.- səh. 814.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]