Günəşli (əvvəlki adı: Pokrovka) — Azərbaycan Respublikasının Cəlilabad rayonunun Günəşli kənd inzibati ərazi dairəsində kənd.[1] Azərbaycan Respublikası Milli Məclisinin 27 mart 2001-ci il tarixli, 110-IIQ saylı Qərarı ilə Cəlilabad rayonunun Pokrovka kənd inzibati ərazi dairəsi tərkibindəki Pokrovka kəndi Günəşli kəndi, Pokrovka kənd inzibati ərazi dairəsi Günəşli kənd inzibati ərazi dairəsi adlandırılmışdır.[2]
Günəşli | |
---|---|
39°17′19″ şm. e. 48°34′11″ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Oykonim oğuz türkmənlərinin tərkib hissələrindən biri olan günəşli (gündəşli) oymağının adı ilə bağlıdır.[3]
Pokrovka Rusiyanın köçürmə siyasəti zamanı salınmış kəndlərdən biridir. 1914-cü ildə kənddə məktəb tikildi. Lakin 20-ci əsrin ortalarından – təxminən 60-cı illərdən başlayaraq ruslar Pokrovkadan köçdükcə onların yerlərini azərbaycanlılar tutdular. Hazırda Pokrovka kəndinin hamısı azərbaycanlılardan ibarətdir. Kəndin adı 2001-ci ildə dəyişdirilərək Günəşli adlandırılıb.
Kənddə rusların keçmişdə yaşadığını göstərən yeganə abidə pravoslav kilsəsidir. İki əsrə yaxın yaşı olan rus kilsəsi bu gün də tarixi abidə kimi qorunub saxlanmaqdadır.[4]
2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 6176 nəfər əhali yaşayır.[5]
Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı — əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.
Cəlilabad rayonu haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |