İlham Məmmədov (riyaziyyatçı)

İlham Tofiq oğlu Məmmədov (1 iyul 1955, Bakı10 dekabr 2003, Bakı) — riyaziyyat elmləri doktoru (1981), professor (1988), AMEA-nın müxbir üzvü (2001), Azərbaycan Lenin komsomolu mükafatı laueratı (1982).[1][2]

İlham Məmmədov
İlham Tofiq oğlu Məmmədov
Doğum tarixi 1 iyul 1955(1955-07-01)
Doğum yeri
Vəfat tarixi 10 dekabr 2003(2003-12-10) (48 yaşında)
Vəfat yeri
Vətəndaşlığı SSRİ SSRİ
Azərbaycan Azərbaycan
Elmi dərəcəsi
Elmi adı
İş yerləri
Təhsili
Üzvlüyü
Mükafatları Lenin komsomolu mükafatı

İlham Məmmədov 1 iyul 1955-ci ildə Bakı şəhərində anadan olub. Əslən Qazax rayonundan olan Məmmədov 1970-ci ildə orta məktəbi qızıl medalla bitirib. Daha sonra Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin Tətbiqi-riyaziyyat fakültəsinə daxil olub və 1975-ci ildə universiteti fərqlənmə diplomu ilə bitirib.[1][2]

Əmək fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

İlham Məmmədov əmək fəaliyyətinə Azərbaycan Dövlət Neft və Sənaye Universitetində başlayıb. 1975-1982-ci illərdə Azər­­bay­­can Dövlət Neft və Sənaye Universitetinin Tətbiqi-riyaziyyat kafedrasında assistent olaraq çalışıb. O, 1982-ci ildən həyatını Azərbaycan Milli Elmlər Akademiyasının Riyaziyyat və Mexanika İnstitutu ilə bağlayıb. Belə ki, 1982-2001-ci illərdə AMEA Riyaziyyat və Mexanika İnstitutunda böyük elmi işçi, elmi işlər üzrə direktor müavini, şöbə müdiri, 2001-2003-cü illərdə isə direktor vəzifəsini icra edib.[1][2]

İlham Məmmədov 1992-2001-ci illərdə Azərbaycan Respublikası Prezidenti yanında Ali Attes­tasiya Komissiyasının Rəyasət Heyətinin, Azərbaycan Riyaziyyat Cəmiy­yətinin üzvü olub. 2000–2002-ci illərdə NATO-nun elm komitəsinin ilk azərbaycanlı eksperti olan Məmmədov AMEA Riyaziyyat və Mexanika İnstitutunun və Bakı Dövlət Universitetinin nəzdində Birləşdirilmiş Dissertasiya Şurasının həmsədri (2003), "Riyaziyyat və Mexanika İnstitutunun əsərləri" jurnalının baş redaktoru, "AMEA-nın xəbərləri" jurnalının fizika-riyaziyyat və texnika buraxılışının redaktor müavini olub.[1][2]

Elmi fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

İlham Məmmədov 1976-cı ildə riyaziyyat üzrə fəlsəfə doktoru, 1981-ci ildə riyaziyyat üzrə elmlər doktoru elmi dərə­cələrini, 1988-ci ildə professor elmi adını al­ıb. 2001-ci ildə isə AMEA-nın müxbir üzvü seçil­ib.

İlham Məmmədov tətbiqi riyaziyyat sahəsində səmərəli elmi fəaliyyət göstərən tanınmış alimlərdən olub. Kəsilən əmsallı ikinci tərtib kvazi-xətti parabolik tənliklərin həllərinin hamarlığı, mənfi olmayan xarakteristik formaya malik tənliklərin həllərinin sərhəd xassələri və parabolik tənliklərin keyfiyyət nəzəriyyəsi ilə əlaqədar bir sıra ciddi nəticələr alınıb. İlham Məmmədov 80-dən çox elmi məqalənin və bir kitabın müəllifidir. Onun rəhbərliyi altına 16 fəlsəfə dok­toru və 1 elmlər doktoru hazırlanıb.[1][2]

Elmi əsərlərin adları

[redaktə | mənbəni redaktə et]
  • 1. О регулярности граничных точек для линейных уравнений параболического типа. Математические заметки, 1976, т.20, № 5, стр.717–724
  • 2. Об априорной оценке нормы Гельдера решений квазилинейных параболических уравнений с разрывными коэффициентами. Докл. АН СССР, 1980, т.252, № 5, стр.1052–1054
  • 3. О поведении вблизи границы решений вырождающихся эллиптических уравнений второго порядка. Математические заметки, 1981, т.30, № 3, стр.343–352
  • 4. О поведении решений вырождающихся параболических уравнений второго порядка вблизи граничной точки. Дифференциальные уравнение, 1983, т.19, стр.437–445
  • 5. Оценка модуля непрерывности решений первой краевой задачи для уравнения теплопроводности в граничной точке. Труды ИММ АНА, 1996, т. V(XIII), стр.30–50

İlham Məmmədov 10 dekabr 2003-cü ildə Bakıda vəfat edib.[1][2]

İlham Məmmədov 1982-ci ildə elm və texnika sahəsində Azərbaycan Lenin komsomolu müka­fatı laureatı olub.[1][2]

  1. 1 2 3 4 5 6 7 "Məmmədov İlham Tofiq oğlu" (Azərbaycan). science.gov.az. 21.09.2021 tarixində arxivləşdirilib.
  2. 1 2 3 4 5 6 7 "İlham Tofiq oğlu Məmmədov" (Azərbaycan). azertag.az.