İlham İsmayıl oğlu Mehdiyev (2 avqust 1965, Hənifə, Balakən rayonu) — Azərbaycan Dövlət Sərhəd Xidmətinin general-leytenantı, Dövlət Sərhəd Xidməti rəisinin döyüş hazırlığı üzrə müavini, Vətən Müharibəsi Qəhrəmanı.
İlham Mehdiyev | |
---|---|
Azərbaycan Dövlət Sərhəd Xidməti rəisinin döyüş hazırlığı üzrə müavini | |
– hal-hazırda | |
Prezident | İlham Əliyev |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Hənifə, Balakən rayonu, Azərbaycan SSR |
Vətəndaşlığı | Azərbaycan |
Hərbi xidmət | |
Xidmət illəri | 1986— |
Mənsubiyyəti | Dövlət Sərhəd Xidməti |
Qoşun növü | Sərhəd mühafizəsi |
Döyüşlər |
Qarabağ müharibəsi (2020) • Cəbrayıl döyüşü • Zəngilan döyüşü Azərbaycan–Ermənistan sərhəd toqquşması (2022) |
Rütbəsi |
General-leytenant |
|
|
Təltifləri |
|
Vikianbarda əlaqəli mediafayllar |
İlham Mehdiyev 1965-ci il avqustun 2-də Balakən rayonunun Hənifə qəsəbəsində anadan olub. 1983–1987-ci illərdə Odessa Ali Artilleriya Komandirləri Hərbi Məktəbində təhsil alıb.
İlham Mehdiyev 1987–1991-ci illərdə Sovet Ordusunda Hava-Desant Qoşunlarında xidmət edib.
Azərbaycan Prezidenti Heydər Əliyevin 16.08.2002-ci il tarixli Sərəncamı ilə mayor İlham Mehdiyev "Hərbi xidmətlərə görə" medalı ilə təltif edildi.[1]
İlham Mehdiyev Azərbaycan Prezidenti Heydər Əliyevin 1 iyul 2003-cü il tarixli Sərəncamı ilə Dövlət Sərhəd Xidmətinin Beynəlxalq Əlaqələr İdarəsinin rəisi vəzifəsinə təyin edildi.[2]
İlham Mehdiyev Azərbaycan Prezidenti İlham Əliyevin 6 aprel 2004-cü il tarixli Sərəncamları ilə Dövlət Sərhəd Xidmətinin Beynəlxalq Əlaqələr İdarəsinin rəisi vəzifəsindən azad edildi və Dövlət Sərhəd Xidməti rəisinin şəxsi heyət üzrə müavini — Şəxsi Heyət üzrə Baş İdarənin rəisi vəzifəsinə təyin edildi.[3][4]
Azərbaycan Prezidenti İlham Əliyevin 16.08.2007-ci il tarixli Sərəncamı ilə general-mayor İlham Mehdiyev "Vətən uğrunda" medalı ilə təltif edildi.[5]
Azərbaycan Prezidenti İlham Əliyevin 18.08.2008-ci il tarixli Sərəncamı ilə İlham Mehdiyev 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edildi.[6]
Azərbaycan Prezidenti İlham Əliyevin 14.08.2012-ci il tarixli Sərəncamı ilə İlham Mehdiyev "Azərbaycan Bayrağı" ordeni ilə təltif edildi.[7]
Azərbaycan Prezidenti İlham Əliyevin 15.08.2014-cü il tarixli Sərəncamı ilə İlham Mehdiyev "İgidliyə görə" medalı ilə təltif edildi.[8]
Azərbaycan Prezidenti İlham Əliyevin 16 avqust 2016-cı il tarixli Sərəncamı ilə İlham Mehdiyevə "general-leytenant" hərbi rütbəsi verildi.[9]
Azərbaycan Prezidenti İlham Əliyevin 16.08.2019-cu il tarixli Sərəncamı ilə İlham Mehdiyev 3-cü dərəcəli "Rəşadət" ordeni ilə təltif edildi.[10]
İlham Mehdiyev 2020-ci ilin Qarabağ müharibəsi zamanı Dövlət Sərhəd Xidməti rəisinin döyüş hazırlığı üzrə müavini vəzifəsində idi.
2020-ci ilin Qarabağ müharibəsi zamanı Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev tərəfindən Dövlət Sərhəd Xidmətinin qarşısında qoyulan döyüş tapşırıqları Dövlət Sərhəd Xidmətinin rəisi Elçin Quliyev, rəisin birinci müavini — Qərargah rəisi Rəşad Sadiqov, rəisin döyüş hazırlığı üzrə müavini İlham Mehdiyev, Döyüş Hazırlığı Baş İdarəsinin rəisi Rəsul Tağıyev, Sərhəd Qoşunlarının Qərargah rəisi Aqşin Məhərrəmov, ÇHB Komandanı Ehram Hacıyevin rəhbərliyi altında icra olundu, Füzuli, Cəbrayıl, Zəngilan və Qubadlı rayonlarının, Hadrut qəsəbəsinin və Şuşa şəhərinin azad olunmasında Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçuları fərqləndi.
Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlıq nümunəsinə görə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirən zamanı igidliyin və mərdliyin nümayiş etdirilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 09.12.2020-ci il tarixli Sərəncamına əsasən İlham İsmayıl oğlu Mehdiyevə "Vətən Müharibəsi Qəhrəmanı" adı verildi.[11][12]
Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il və 25.12.2020-ci il tarixli Sərəncamları ilə İlham Mehdiyev "Cəbrayılın azad olunmasına görə" medalı və "Zəngilanın azad olunmasına görə" medalı ilə təltif edildi.[13][14]
Azərbaycan Prezidenti İlham Əliyevin 2 fevral 2024-cü il tarixli Sərəncamı ilə Heydər Əliyevin 100 illiyi (1923–2023)" yubiley medalı ilə təltif edilmişdir.