Vətən Müharibəsi Qəhrəmanı

Vətən Müharibəsi QəhrəmanıAzərbaycan Respublikasının ən yüksək fərqlənmə dərəcəsi. Vətən müharibəsində qələbə münasibətilə təsis edilmişdir.

Vətən Müharibəsi Qəhrəmanı
Vətən Müharibəsi Qəhrəmanının xüsusi fərqlənmə nişanı — "Vətən Müharibəsi Qəhrəmanı" medalı

Ölkə Azərbaycan Azərbaycan
Tip ad (fərqlənmə dərəcəsi)
Təltif edir
Statistika
Təsis tarixi 26 noyabr 2020
İlk təltif
  • 9 dekabr 2020
Təltif sayı 83
Ardıcıllıq
Yüksək mükafat yoxdur
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Tarixi və əsasnaməsi

[redaktə | mənbəni redaktə et]

20 noyabr 2020-ci ildə Azərbaycan Respublikası Milli Məclisində "Vətən Müharibəsi Qəhrəmanı" adının təsis edilməsi haqqında qanun layihəsi irəli sürülmüş[1] və Azərbaycan Respublikasının 26 noyabr 2020-ci il tarixli 205-VIQ nömrəli Qanunu ilə təsis olunmuşdur.[2] Qanun Azərbaycan Respublikası Prezidentinin 1 dekabr 2020-ci il tarixli Fərmanı ilə tətbiq edilmişdir.[3]

"Vətən Müharibəsi Qəhrəmanı" adı Azərbaycan Respublikasının işğal olunmuş ərazilərinin azad olunması zamanı düşmənin əlverişli ərazilərdə yerləşməsinə və inadlı müqavimətinə baxmayaraq, düşmən qüvvələrinin tam məğlub edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırıqlarına və Azərbaycan Respublikasının dövlət sərhədinin bərpa edilməsi üzrə döyüş əməliyyatlarına yüksək peşəkarlıqla rəhbərlik edilməsinə, həmçinin döyüş əməliyyatlarında göstərdiyi şəxsi qəhrəmanlığa görə verilir. Ad müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən onun öz təşəbbüsü ilə və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən irəli sürülmüş vəsatətlərə əsasən verilir.[4]

"Vətən Müharibəsi Qəhrəmanı" adı almış şəxsə "Vətən Müharibəsi Qəhrəmanı" medalı və adın verilməsi haqqında müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) aktı təqdim olunur.[4]

"Vətən Müharibəsi Qəhrəmanı" adı eyni şəxsə bir dəfə verilir və bu adı almış şəxslər qanunla müəyyənləşdirilmiş güzəştlərdən istifadə edir.[4]

"Vətən Müharibəsi Qəhrəmanı" adı almış şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdü verilir.[5]

Təltif edilənlər

[redaktə | mənbəni redaktə et]

"Vətən Müharibəsi Qəhrəmanı" adına 83 nəfər layiq görülmüşdür.[6] Bu adı almış generallar aşağıdakılardır:

  1. "20.11.2020 "Azərbaycan Respublikasının "Vətən Müharibəsi Qəhrəmanı" adının təsis edilməsi haqqında" Azərbaycan Respublikası qanununun layihəsi barədə". meclis.gov.az. 20 noyabr 2020. 2021-08-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29 dekabr 2020.
  2. "Azərbaycan Respublikasının "Vətən Müharibəsi Qəhrəmanı" adının təsis edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu". president.az. 1 dekabr 2020. 2021-07-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29 dekabr 2020.
  3. ""Azərbaycan Respublikasının "Vətən Müharibəsi Qəhrəmanı" adının təsis edilməsi haqqında" Azərbaycan Respublikasının 2020-ci il 26 noyabr tarixli 205-VIQ nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı". president.az. 1 dekabr 2020. 2020-12-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29 dekabr 2020.
  4. 1 2 3 "Azərbaycan Respublikasının "Vətən Müharibəsi Qəhrəmanı" adı haqqında Əsasnamə". president.az. 1 dekabr 2020. 2020-12-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29 dekabr 2020.
  5. "Azərbaycan Respublikasının "Vətən Müharibəsi Qəhrəmanı" adı verilmiş şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı". president.az. 31 dekabr 2020. 2020-12-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 1 yanvar 2021.
  6. "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularına "Vətən Müharibəsi Qəhrəmanı" adının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". president.az. 9 dekabr 2020. 2020-12-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29 dekabr 2020.