"Vətən Müharibəsi Qəhrəmanı" medalı — Azərbaycanın dövlət təltifi (medal). Azərbaycan Prezidenti İlham Əliyevin 20 noyabr 2020-ci il tarixli Sərəncamına əsasən İkinci Qarabağ müharibəsində qələbə münasibəti ilə təsis edilən medaldır. Azərbaycanın ən ali fərqlənmə dərəcəsidir.[1]
"Vətən Müharibəsi Qəhrəmanı" medalı | |
---|---|
Vətən Müharibəsi Qəhrəmanının fərqlənmə nişanı — "Vətən Müharibəsi Qəhrəmanı" medalı |
|
Ölkə |
![]() |
Tip | medal |
Təltif edir | |
Status | təqdim olunur |
Statistika | |
Təsis tarixi | 20 noyabr 2020 |
Təltif sayı | 83 |
Ardıcıllıq | |
Yüksək mükafat | "Heydər Əliyevin 100 illiyi (1923-2023)" yubiley medalı |
Aşağı mükafat | "Qızıl Ulduz" medalı |
![]() |
2020-ci il noyabrın 20-də Azərbaycan Milli Məclisinə "Vətən müharibəsində qələbə münasibətilə Azərbaycanın orden və medallarının təsis edilməsi ilə əlaqədar "Azərbaycanın orden və medallarının təsis edilməsi haqqında" Azərbaycanın Qanununda əlavələrin edilməsi barədə Azərbaycanın Qanununun dəyişdirilməsi" layihəsi təqdim edildi.[2] Qanun layihəsinə əsasən 2 orden və 16 medal təsis edildi, həmçinin onların status və təsvirləri təsdiq olundu.[3]
"Vətən Müharibəsi Qəhrəmanı" medalının əsasnaməsi Azərbaycan Prezidenti İlham Əliyevin Fərmanı ilə təsdiq edilməlidir.[3]
"Vətən Müharibəsi Qəhrəmanı" medalının təsviri Azərbaycan Prezidenti İlham Əliyevin Fərmanı ilə təsdiq edilməlidir.