İlkin Məmmədov

İlkin Əfqan oğlu Məmmədov (25 sentyabr 1981, Bakı) Azərbaycan Respublikası Milli Məclisinin Beynəlxalq Münasibətlər şöbəsinin müdiridir.[1]

İlkin Məmmədov
Ilkin_Mammadov
Vəzifədədir
1 May 2020-ci ildən
Şəxsi məlumatlar
Doğum tarixi 25 Sentaybr, 1981
Doğum yeri Bakı
Təhsili Bakı Dövlət Universiteti
Fəaliyyəti Dövlət qulluqçusu

Təltifləri Tərəqqi medalı "Dövlət qulluğunda fərqlənməyə görə" medalı "Azərbaycan Respublikası diplomatik xidmət orqanlarının 100 illiyi (1919–2019)" yubiley medalı

Həyatı[redaktə | mənbəni redaktə et]

25 sentyabr 1981-ci ildə Bakı şəhərində doğulub.

1988–1998-ci illərdə Bakı şəhəri, 6 saylı orta məktəbdə oxuyub. 1998–2004-cü illərdə Bakı Dövlət Universitetinin Beynəlxalq Münasibətlər və Beynəlxalq Hüquq fakültəsini fərqlənmə diplomu ilə bitirib.

2000–2002-ci illərdə Fransanın Strasburq şəhərində "Mark Bloch" Universitetində fransız dili, daha sonra isə beynəlxalq münasibətlər ixtisası üzrə təhsil alıb.

2002-ci ildə Avropa Şurasının inzibati qurumlarında diplomqabağı təcrübə keçib.

2003-cü ildə Britaniya Şahzadəsi Dianaya həsr edilmiş “İngiltərənin qızıl gülü” adlı kitabını dərc eləyib.[2]

2003–2006-cı illərdə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Dövlət Protokolu İdarəsi-referent, Attaşe

2006–2018-i illərdə Azərbaycan Respublikası Milli Məclisinin Beynəlxalq münasibətlər şöbəsinin Protokol sektorunun müdiri

2018–2020-ci illərdə Azərbaycan Respublikası Milli Məclisinin Beynəlxalq münasibətlər şöbəsinin müdir müavini-Protokol sektorunun müdiri[3]

01.05.2020-ci il tarixindən Azərbaycan Respublikası Milli Məclisinin sədri xanım Sahibə Qafarovanın sərəncamı ilə Beynəlxalq münasibətlər şöbəsinin müdiri vəzifəsinə təyin edilib.

Milli Məclis ilə xarici ölkələrin parlamentləri arasında imzalanan müxtəlif ikitərəfli sənədlərin hazırlanması və imzalanmasını təşkil edib.

3-cü dərəcə dövlət müşaviridir.[4]

Mükafatlar[redaktə | mənbəni redaktə et]

2015-ci ilin 22 iyun tarixində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə "Dövlət qulluğunda fərqlənməyə görə" medalı ilə təltif edilib.[5]

2016-cı ilin may ayında Paris Dövlət İdarəçilik Məktəbində "Yeni münasibətlər, administrasiya və vətəndaşlar" kursunu bitirib sertifikat alıb.

2017-ci ilin mart ayında Rusiya Federasiyası Federal məclisi Federal Şurasının sədri xanım Valentina Matviyenko tərəfindən imzalanmış "Parlamentarizmin inkişafı, qüvvətləndirilməsi, beynəlxalq münasibətlər və parlamentlərarası əməkdaşlığ yolunda gördüyü xidmətlərinə görə "MDB PA-25" medalı ilə təltif edilib.

2018-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin 100 illik yubileyi ilə bağlı Azərbaycan Respublikası Milli Məclisində yaradılmış gərargahda təşkilat qrupunun rəhbəri olub.

2019-cu ilin 9 iyul tarixində "Azərbaycan Respublikası diplomatik xidmət orqanlarının 100 illiyi" Azərbaycan Respublikasının yubiley medalı ilə təltif edilib.

22 iyun 2023-cü ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə "Tərəqqi" medalı ilə təltif edilib.[6]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "Milli Meclis". meclis.gov.az. 2024-03-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-03-30.
  2. "Milli Məclisin yeni şöbə müdiri İlkin Məmmədov kimdir? - DOSYE". 1news.az (az.). 2023-04-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-04-03.
  3. "Milli Məclisin yeni şöbə müdiri İlkin Məmmədov kimdir? - DOSYE". 1news.az (az.). 2023-04-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-03-30.
  4. Crocusoft. "E-QANUN". e-qanun.az (ingilis). 2023-04-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-03-30.
  5. Crocusoft. "E-QANUN". e-qanun.az (ingilis). 2023-04-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-03-30.
  6. Crocusoft. "E-QANUN". e-qanun.az (ingilis). 2023-07-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-03-30.