İlkin Süleymanov (cinayətkar)

Nərmin Quliyeva cinayətiTovuz rayonunun Dondar Quşçu kəndi sakini 2009 təvəllüdlü Nərmin Quliyevanın öldürülməsi hadisəsi. Nərmin Quliyeva 21 noyabr 2019 tarixində qaçırılmış, 45 gün sonra yanvarın 6-da ölü bədəni yandırılmış şəkildə tapılmışdır.[1]

Nərmin Quliyeva cinayəti
Tarix İtkin düşmə: 21 noyabr 2019
Cəsədin tapılması: 6 yanvar 2020
Yeri
Qurbanlar
Şübhəlilər İlkin Süleymanov

Hadisə[redaktə | mənbəni redaktə et]

Quliyeva Nərmin Şərif qızı 2009 təvəllüdlü Tovuz rayonunun inzibati ərazisində yerləşən Dondar Quşçu kəndinin sakini idi.

Qaçırılma[redaktə | mənbəni redaktə et]

Noyabrın 22-də bir sıra xəbər saytları Nərmin Quliyevanın 21 noyabr günorta saatlarında itkin düşdüyü xəbərini yayımladı. İlkin ifadələrə görə, Nərmin ailəsi ilə qatıldığı toy mərasimində atası tərəfindən gödəkçə gətirmək üçün babasıgilə göndərilib, lakin qayıtmayıb.[2][3]

Noyabrın 27-də Nərminin anası, nənəsi, atası və əmisi "Səni axtarıram" televiziya verilişinə Nərminin qaçırılması faktı ilə bağlı qonaq oldular.[4][5]

Cəsədin tapılması[redaktə | mənbəni redaktə et]

Nərminin cəsədi yanvarın 6-da axşam saatlarında Dondar Quşcu kəndində boş ərazidə yandırılmış şəkildə tapılması xəbəri yayıldı.[1][6] Həmçinin hüquq-mühafizə orqanları tərəfindən Nərminin cansız bədəni yandırılmazdan 5 gün əvvəl öldürüldüyü və başında xəsarət izləri olduğu bildirilib.[4] Kəndin bələdiyyə sədri Elmar Mürşüdovun ifadəsinə görə cinayət qurbanının meyidi qonşulardan biri tərəfindən təsadüfən tapılıb.[7]

Qatil[redaktə | mənbəni redaktə et]

Yanvarın 10-da 1973 təvəllüdlü kənd sakini İlkin Süleymanov hadisənin təqsirkarı olmaqda şübhəli bilinərək saxlanılıb. İstintaq zamanı Süleymanovun cinayəti etiraf etdiyi və "psixoloji problemləri" olduğu iddia edildi.[8][9]

Araşdırma[redaktə | mənbəni redaktə et]

Noyabrın 22-də Tovuz rayon polis şöbəsi tərəfindən araşdırılma başlandı və polis əməkdaşlarının iştirakı ilə kənddə Nərmin Quliyevanın axtarışı baş tutdu.[2] Noyabrın 27-də "Səni axtarıram" televiziya verilişinə zəng vuran anonim tamaşaçı Nərmini Masallıda avtomobildən düşürülərkən gördüyünü iddia edib. Masallı rayon polis şöbəsi isə Nərmin Quliyevanın Masallıda olması ilə bağlı iddiaları təkzib edib.[10]

Yanvarın 6-da yanmış meyitin tapıldığı bildirildikdən sonra Daxili İşlər NazirliyiBaş prokurorluq əməkdaşları kəndə ezam olundu.[6] Yanvarın 9-da Baş prokuror Zakir Qaralov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin hadisəni xüsusi nəzarətinə götürdüyünü açıqlayıb.[7][11] Yanvarın 10-da isə şübhəli qismində saxlanılan İlkin Süleymanovun cinayəti törətdiyini etiraf etdiyi iddiası ilə məsulliyətə cəlb olunduğu açıqlandı.[8][9]

Mübahisə[redaktə | mənbəni redaktə et]

İlkin Süleymanovun ailəsi cinayət ittihamlarını qəbul etməyə yanaşmayıb. Təqsirkar bilinən şəxsin bacısı İlhamə Süleymanova qardaşının əməli "işgəncə altında" etiraf etdiyini iddia edib. Baş Prokurorluq isə işgəncə iddialarını təkzib edib.[7] Daha sonrakı ifadələrdə isə İlkin Süleymanovun əmisioğlu polis əməkdaşı Murad Süleymanova işini tərk etməsi ilə bağlı təzyiqlər olduğu bildirilib. Daxili İşlər Nazirliyi isə təzyiq iddialarının əsassız olduğunu bəyan edib.[12]

Reaksiyalar[redaktə | mənbəni redaktə et]

Kənd əhalisi[redaktə | mənbəni redaktə et]

Kənd sakini Afət Mustafayeva Nərmin itkin düşən gündən bəri "vahimə içərisində" olduqlarını bildirib. Həmçinin, o, hadisədən sonra valideynlərin uşaqları məktəbə artıq özləri ilə birgə aparıb-gətirdiklərini deyib.[7]

Xoşqədəm Hidayətqızı[redaktə | mənbəni redaktə et]

"Səni Axtarıram" televiziya verilişinin aparıcısı jurnalist Xoşqədəm Hidayətqızı Nərminin ölüm xəbərindən sonra onu sağ tapa bilmədiyi üçün təəssüf hissi keçirdiyini açıqladı.[13] Bundan əlavə, o, "Səni Axtarıram" verilişinin Nərminin axtarışı prosesini çətinləşdirdiyi ilə bağlı tənqidlərə hədəf oldu. Jurnalist Günel Mövlud "Səni Axtarıram" verilişinin Nərminin qətlində "böyük rol" oynadığı ilə bağlı açıqlamasında Xoşqədəm Hidayətqızını tənqid edib.[14] Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin şöbə müdiri Elgün Səfərov isə verilişin əməliyyat-axtarış prosesinə mane olduğunu və bu səbəbdən inzibati məsuliyyətin yarana biləcəyini deyib.[15]

Həmçinin bax[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. 1 2 Tovuzda itkin düşən 10 yaşlı qızın yandırılmış meyiti tapıldı — FOTO Arxivləşdirilib 2020-10-30 at the Wayback Machine Modern.az, 6 yanvar 2020. İstifadə tarixi: 27 oktyabr 2020
  2. 1 2 Tovuzda 10 yaşlı qız itkin düşüb — VİDEO Arxivləşdirilib 2020-10-31 at the Wayback Machine Xəzər Xəbər, 22 noyabr 2019. İstifadə tarixi: 27 oktyabr 2020
  3. Tovuzda 10 yaşlı qız itkin düşüb — TƏFƏRRÜAT Arxivləşdirilib 2020-10-30 at the Wayback Machine Müsavat, 22 noyabr 2019. İstifadə tarixi: 27 oktyabr 2020
  4. 1 2 İki ay əvvəl "Səni axtarıram"da Nərminin nənəsi və anası kimi ittiham edib? –VİDEO Arxivləşdirilib 2020-12-15 at the Wayback Machine Azpost.info, 8 yanvar 2020. İstifadə tarixi: 27 oktyabr 2020
  5. Ailəsi "Səni Axtarıram"da Nərminlə bağlı nə danışıb? Arxivləşdirilib 2020-10-30 at the Wayback Machine Qafqazinfo.az, 7 yanvar 2020. İstifadə tarixi: 27 oktyabr 2020
  6. 1 2 Tovuzda itkin düşən azyaşlı qızın yanmış meyiti tapıldı Arxivləşdirilib 2020-10-31 at the Wayback Machine Apa.tv, 7 yanvar 2020. İstifadə tarixi: 27 oktyabr 2020
  7. 1 2 3 4 10 yaşlı Nərmin Quliyevanın cinayəti: axtarışlar hansı sualları yaradıb? Arxivləşdirilib 2020-10-30 at the Wayback Machine BBC News Azərbaycanca, 17 yanvar 2020. İstifadə tarixi: 27 oktyabr 2020
  8. 1 2 10 yaşlı Nərminin qatili tapıldı Arxivləşdirilib 2020-10-30 at the Wayback Machine Sia.az, 10 yanvar 2020. İstifadə tarixi: 27 oktyabr 2020
  9. 1 2 10 yaşlı Nərminin qatili tapıldı — Özü etiraf edib Arxivləşdirilib 2020-10-30 at the Wayback Machine Oxu.az, 10 yanvar 2020. İstifadə tarixi: 27 oktyabr 2020
  10. Meyiti yandırılan 10 yaşlı Nərminə görə "Səni axtarıram"a zəng olunubmuş — VİDEO Arxivləşdirilib 2020-11-29 at the Wayback Machine. Yeni avaz, 7 yanvar 2020. İstifadə tarixi: 27 oktyabr 2020
  11. Prezident Nərmin Quliyevanın qətlini nəzarətə götürüb Arxivləşdirilib 2023-08-06 at the Wayback Machine Median.az, 9 yanvar 2020. İstifadə tarixi: 27 oktyabr 2020
  12. 10 yaşlı Nərminin qətli: həbs olunan İlkin Süleymanovun ailəsi şantaj olunduğunu deyir Arxivləşdirilib 2022-09-23 at the Wayback Machine BBC News Azərbaycanca, 31 yanvar 2020. İstifadə tarixi: 27 oktyabr 2020
  13. Xoşqədəm 10 yaşlı Nərminə görə göz yaşı tökdü — VİDEO Arxivləşdirilib 2020-10-30 at the Wayback Machine Baku.ws, 7 yanvar 2020. İstifadə tarixi: 27 oktyabr 2020
  14. "Xoşqədəm Hidayətqızının Nərminin qətlində böyük rolu var" — İTTİHAM Arxivləşdirilib 2020-08-12 at the Wayback Machine Konkret.az, 12 yanvar 2020. İstifadə tarixi: 27 oktyabr 2020
  15. Xoşqədəm Hidayətqızı məsuliyyətə cəlb oluna bilər – RƏSMİ AÇIQLAMA Arxivləşdirilib 2020-10-30 at the Wayback Machine Anews.az, 11 yanvar 2020. İstifadə tarixi: 27 oktyabr 2020

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]