Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Zakir Bəkir oğlu Qaralov (13 yanvar 1956, Ormeşən, Dmanisi rayonu) — Azərbaycan Respublikasının sabiq Baş Prokuroru, I dərəcəli dövlət ədliyyə müşaviri.
Zakir Qaralov | |
---|---|
25 aprel 2000 – 1 may 2020 | |
Əvvəlki | Eldar Həsənov |
Sonrakı | Kamran Əliyev |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 13 yanvar 1956 (68 yaş) |
Doğum yeri | |
Təhsili | |
Fəaliyyəti | siyasətçi |
Rütbəsi |
I dərəcəli dövlət ədliyyə müşaviri |
|
|
Təltifləri |
|
Vikianbarda əlaqəli mediafayllar |
Zakir Qaralov 1956-cı il yanvarın 13-də Gürcüstan SSR-nin Başkeçid rayonunun Ormeşən kəndində anadan olmuşdur.
1979-cu ildə Bakı Dövlət Universitetinin Hüquq fakültəsini bitirdikdən sonra prokurorluq orqanlarına işə qəbul edilərək 1981-ci ilədək Bakı şəhərı Səbail rayon prokurorunun köməkçisi, 1981–2000-ci illərdə Baş Prokurorluğun ümumi nəzarət şöbəsinin prokuroru, böyük prokuroru, Bakı şəhəri Nəsimi rayon prokurorunun müavini, Nəsimi rayon prokuroru, Baş Prokurorluğun Milli təhlükəsizlik orqanlarında istintaqa nəzarət şöbəsinin, Ümumi nəzarət idarəsinin prokuroru və böyük prokuroru, Bakı şəhəri Sabunçu rayon prokuroru, Gəncə şəhər prokuroru vəzifələrində işləmişdir.
25 aprel 2000-ci ildən 1 may 2020-ci ilədək Azərbaycan Respublikasının Baş prokuroru olmuşdur. I dərəcəli dövlət ədliyyə müşaviri ali xüsusi rütbəsindədir. Beynəlxalq Prokurorlar Assosiasiyasının üzvüdür.
Azərbaycan Respublikası prokurorluq orqanlarının inkişafında xidmətlərinə görə 29 sentyabr 2006-cı ildə isə "Azərbaycan Bayrağı" ordeni ilə, 29 sentyabr 2008-ci ildə "Azərbaycan Respublikasının əməkdar hüquqşünası" fəxri adı ilə, 13 yanvar 2016-cı ildə isə "Şöhrət" ordeni ilə təltif olunmuşdur.
Ailəlidir, iki övladı var.