İlqar Saab oğlu Qafarov (22 iyul 1978, Bığır, Göyçay rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin general-mayoru, Hərbi Hava Qüvvələrinin Əməliyyat və Döyüş Hazırlığı İdarəsinin rəisi.
İlqar Qafarov | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | 22 iyul 1978 (45 yaş) |
Doğum yeri | |
Vətəndaşlığı | |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Azərbaycan Silahlı Qüvvələri |
Qoşun növü | Azərbaycan Hərbi Hava Qüvvələri |
Xidmət illəri | 1999— |
Rütbəsi |
General-mayor |
Vəzifəsi | Əməliyyat və Döyüş Hazırlığı İdarəsinin rəisi |
Döyüşlər | 2020-ci il Qarabağ müharibəsi |
Təltifləri |
İlqar Qafarov 1978-ci il iyulun 22-də Göyçay rayonunun Bığır qəsəbəsində anadan olub. 1984–1994-cü illərdə Bığır qəsəbəsi Əli Əfəndi adına 1 nömrəli tam orta məktəbdə təhsil alıb. 1994-cü ildə Türkiyə Hərbi Hava Məktəbinə (HHO) qəbul olub və 1998-ci ildə oradan təyyarəçi/sənaye mühəndisi ixtisası üzrə məzun olub.
Birləşmiş Ştatların Alabama ştatının Montqomeri şəhərində Komanda Qərargah Akademiyasında, Türkiyə İstanbul şəhəridə Ali İdarəetmə və Nəzarətin Təşkili Akademiyasında, Birləşmiş Ştatların Vaşinqton şəhərində Milli Təhlükəsizlik və Resursların Təminatı Strategiyası Akademiyasında magistr təhsili alıb.
İlqar Qafarov Macarıstanın Budapeşt, Birləşmiş Ştatların San-Antonio və Vaşinqton şəhərlərində təkmilləşdirmə kurslarında, Bəhreyn, Estoniya, İtaliya, Pakistan və Türkiyədə isə seminarlarda olub.
sentyabr 1998-fevral 1999-cu illərdə Türkiyədə təyyarəçi ixtisası üzrə təcrübədə olub. 1999-cu ilin fevralından Azərbaycan Hərbi Hava Qüvvələrinin N saylı hərbi hissəsində təyyarəçi, baş təyyarəçi, Manqa Komandiri, Eskadrilya Komandirinin müavini — şturman, Eskadrilya Komandirinin müavini — Eskadrilyanın qərargah rəisi, Eskadrilya Komandiri, Hərbi Hissə Komandirinin müavini — Hərbi Hissənin qərargah rəisi, Hərbi Hissə Komandiri vəzifələrində xidmət edib.
2019–2022-ci illərdə Hərbi Hava Qüvvələrinin Aviasiya rəisinin şturman hazırlığı üzrə müavini – Hərbi Hava Qüvvələrinin baş şturmanı vəzifələrində xidmət edib.
2022-ci ildə Hərbi Hava Qüvvələrinin Əməliyyat və Döyüş Hazırlığı İdarəsinin rəisi vəzifəsinə təyin edilib.
Azərbaycan Prezidenti İlham Əliyevin 25 iyun 2023-cü ild tarixli 3947 nömrəli Sərəncamı ilə İlqar Qafarova general-mayor ali hərbi rütbəsi verilib.