Bığır kəndi — Azərbaycan Respublikasının Göyçay rayonunun inzibati ərazi vahidində kənd. Göyçay rayonunun mərkəzi hissəsində, rayon mərkəzindən cənub-şərqdə, Yuxarı Şirvan kanalının sol sahilində, Şirvan düzündə, Cırqurd və Qaraman kəndlərin yaxınlığında yerləşir. Bığır İnzibati Ərazi Vahidinin mərkəzidir.
Bığır | |
---|---|
40°36′24″ şm. e. 47°51′08″ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
Vikianbarda əlaqəli mediafayllar |
Əhalisi 6431 (2022) nəfərdir. Göyçay rayonunda əhalinin sayına görə Bığır ən böyük kənddir. Bığırda müqəddəs övliyalar, qədim qəbiristanlıq vardır. Deyilənə görə, keçmişdə kəndin adına Bığır Murtaz da deyirlərmiş.
1933-cü ilin məlumatlarına görə Bığır kəndində 452 təsərüffatda 2200 nəfər əhali yaşayırdı (1,198 kişi, 1,022 qadın). Əhalinin 98,3% -i Azərbaycan türklərindən ibarət idi.[1]
Bığır toponimi 1917 və 1933-cü illərdə Buğur variantında qeydə alınmışdır. Tədqiqatçılara görə, Şamaxı rayonundakı Niyaldağın ətəyində yerləşən Buğurt qalası 1537-ci ildə dağıldıqdan sonra əhalinin bir hissəsi köçüb indiki yerdə məskunlaşmışdır. Azərbaycan dilində və dialektlərində "bığır" "üçyaşar erkək dəvə", "buğur" kök, qüvvətli, güclü"; "birlik" mənalarında işlənir. Qədim türk dillərində "buqor, buxur, bokur" sözləri "dağ çıxıntısı", "dağlıq", "əyri" və ya "qozbel" mənasındadır. Bəzi tədqiqtçılara görə "bığır, buğur" – qullə, qala deməkdir.
Belə fikir də var ki, Bığır (Göyçay r-nu) və Buğur (İsmayıllı r-nu) adları eyni mənanı verir. Bığır toponimindəki buğur, bığır, buğır, buğra sözü ikihürgüclü dəvənin adıdır. Göyçay rayonunnan Bığır kənd adı gətirilmə addır. Çinin Sintszyan rayonunda Bığır adlı şəhər, çay, vadi və s. də var.
Bığır sözünü "dəvə", "dəvə yatan yer", "buğa", "dağ dibi" və s. kimi yozanlar da var.[2]
Şirvan kanalının kəndin ərazisindən keçən hissəsində 2010-cu ilin fevralında ölkə Prezidenti tərəfindən Göyçay SES-nin təməli qoyulmuş və 6 oktyabr 2015-ci ildə həmin SES-in açılışı olmuşdur.[3]
Göyçay narı yalnız Azərbaycanda deyil, başqa ölkələrdə də tanınır. Ən yaxşısı əlverişli iqlimi və becərilməsi üçün münbit torpaq olduğundan Bığır kəndindəki narlardır. Parlaq, zəngin, şirin və turş bir dadı var, meyvələri böyük ölçüdə, parlaq tünd qırmızı rəngdədir. Ona görə də onun vətəni, Göyçayın xaricində olan Bığır kəndi haqqında da bilirlər.
1963-cü ildə burada nar yetişdirmək üçün bir sovxoz quruldu. 1990-cı ilin məlumatlarına görə buradakı nar bağlarının sahəsi 677 hektara çatmışdır.[4]
Kənddə Bığır kənd məscidi dini icması fəaliyyət göstərir.[5]
Kənd ilə əlaqədar bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |