İlya İliç Suxişvili (gürc. ილია (ილიკო) ილიას ძე სუხიშვილი;22 mart (4 aprel) 1907, Tiflis[1] – 24 mart 1985, Tbilisi) — Sovet, gürcü rəqqası (balet artisti), xoreoqraf, baletmeyster. Sosialist Əməyi Qəhrəmanı (1990), SSRİ xalq artisti (1963).
İlya İliç Suxişvili | |
---|---|
gürc. ილია (ილიკო) ილიას ძე სუხიშვილი | |
| |
Doğum tarixi | 22 mart (4 aprel) 1907 |
Doğum yeri | |
Vəfat tarixi | 24 mart 1985 (77 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri | |
Həyat yoldaşı | |
Fəaliyyəti | balet artisti, baletmeyster, xoreoqraf |
Teatr |
|
Mükafatları |
|
Vikianbarda əlaqəli mediafayllar |
Milliyyətcə osetin olan İlya Suxişvili 1907-ci il martın 22-də (4 aprel) Tiflisdə anadan olub.[2]
1922–1924-cü illərdə Gürcü Xalq Rəqsləri Studiyasında (indiki Tbilisi Xoreoqrafiya Məktəbi) (müəllim A. Q. Aleksidze) və Mariya Perinin rəhbərliyi ilə balet məktəbində təhsil almışdır. İlya Suxişvili 1924-cü ildə səhnədə gürcü xalq rəqslərinin ifaçısı kimi debüt edib.
O, 1926-cı ildən Tiflis Opera və Balet Teatrının truppasının rəqqası olmuş, tamaşalarda gürcü xalq rəqslərini ifa etmişdir.
Suxişvili 1928–1932-ci, 1935–1939-cu və 1941–1945-ci illərdə Tiflis Opera və Balet Teatrında aparıcı rəqqası (balet solisti) və gürcü rəqslərinin rejissoru olub.
1933–1935-ci illərdə Dövlət Akademik Böyük Teatrda təcrübə keçmişdir. Anton Rubinşteynin "Cin" operasının, Mixail Qlinkanın "Ruslan və Lyudmila" operasının, Sezar Puninin "Balaca donqarlı at" baletinin tamaşalarında rəqs etmiş, eyni zamanda teatrda xoreoqraf köməkçisi kimi fəaliyyət göstərmişdir. K. Qoleyzovski teatrında və Moskva Teatr Məktəbində təhsil almışdır.
1935-ci ildə Londonda keçirilən Ümumdünya Peşəkar Xalq Rəqsləri Festivalının laureatı olub.
İlya Suxişvili 1939–1941-ci illərdə SSRİ Qırmızı Bayraqlı Qırmızı Ordu Mahnı və Rəqs Ansamblının solisti olub. Daha sonra ansamblda gürcü rəqslərini səhnələşdirib.
O, gürcü rəqslərini ölkənin digər teatrlarında səhnələşdirib. Bunların arasında Kiyev Musiqili Komediya Teatrı (1939), Kiyev Opera və Balet Teatrı, Moskva Teatrı və Leninqrad Musiqili Komediya Teatrı var.
Suxişvili 1945-ci ildə həyat yoldaşı, SSRİ xalq artisti Nina Ramişvili ilə birlikdə Gürcüstan Xalq Rəqs Ansamblını yaradıb və ömrünün sonuna kimi orada çalışıb. Kollektivdə o solist (1954-cü ilə qədər) və bədii rəhbər kimi çalışaraq, rəqs nömrələri ilə çıxış edib.
Gürcü rəqs folkloru əsasında o, "Lekuri", "Xorumi", "Kartuli", "Xadjeluri", "Kintouri", "Parts" rəqslərini, gürcü və Xevsur süitalarını ifa edib. Suxişvili Şota Rustavelinin "Pələng dərisi geymiş pəhləvan" əsəri əsasında yazılmış kompozisiyanı ifa edib.
Suxişvili rəhbərlik etdiyi ansambl 1968-ci ildə La Skalaa teatrı (Milan, İtaliya) səhnəsində çıxış edən ilk xalq rəqs ansamblı olub.
O, ansamblla birlikdə Macarıstan, Avstriya, Danimarka, İtaliya, ABŞ və s. ölkələrdə qastrol səfərlərində olub.
İlya Suxişvili 1985-ci il martın 24-də Tbilisidə vəfat etmişdir. O, Didube panteonunda dəfn edilmişdir.