Bu məqaləni vikiləşdirmək lazımdır. |
Anton Qriqoryeviç Rubinşteyn (Rusca:Антóн Григóрьевич Рубинштéйн), (28 noyabr, 1829 – 20 noyabr 1894) Rus pianoçu, bəstəkar və dirijoru. Sankt-Peterburq konservatoriyasının qurucusu.
Anton Rubinşteyn | |
---|---|
rus. Антон Рубинштейн | |
Ümumi məlumatlar | |
Doğum tarixi | 16 (28) noyabr 1829[1][2][…] |
Doğum yeri | |
Vəfat tarixi | 8 (20) noyabr 1894[1][2][…] (64 yaşında) |
Vəfat yeri |
|
Dəfn yeri |
|
Musiqiçi məlumatları | |
Fəaliyyəti | klassik musiqi bəstəkarı, pianoçu, dirijor, musiqişünas, musiqi pedaqoqu, universitet müəllimi[d], bəstəkar |
Janrlar | opera, simfoniya, romantizm |
Musiqi aləti | piano |
Mükafatları | |
Vikianbarda əlaqəli mediafayllar |
Rus pianoçusu və bəstəkarı Anton Rubenşteyn 1829-cu il noyabrın 28-də Sankt-Peterburqda anadan olub. O, həm də Rusiya musiqi tarixinə ilk orkestrin və konservatoriyanın qurucusu kimi düşüb. Onun anası pianoçu idi. Buna görə də kiçik yaşlarından Antonun musiqi ilə maraqlanması təsadüfi deyildi. İlk pianino dərslərini də bəstəkar məhz anasından alıb. Lakin, əvvəllər ailəsi onun bu marağına sadəcə həvəs kimi baxırdısa da, sonralar Antonun istedadının fərqinə vardılar. 1844-cü ildə yeniyetmə qardaşı Nikolay ilə birgə Berlinə gedərək orda musiqi təhsilinə davam edir. 4 il sonra vətənə qayıdaraq burada pianoçu və orkestr rəhbəri kimi bədii fəaliyyətə başlayır. 1854–58-ci illər isə Rubenşteynə şöhrət gətirən müddət oldu. Belə ki, o, öz əsərlərini Avropa ölkələrində ifa edərək konsertlər verirdi.[4]
Silsilə konsertlər ona şöhrət gətirdi. Lakin, bəstəkar şöhrətdə batmadı…1862-ci ildə öz vətənində konservatoriyanın açılmasına nail oldu.
1872–1873-cü illər bəstəkarın Amerika Birləşmiş Ştatlarına səfəri ilə yadda qalır. Bir il ərzində Rubenşteyn Amerika musiqisi ilə yaxından tanış olur, hətta, burda bir çox bəstəkarlarla işbirliyinə imza atır. Alman romantizmi isə daim onun yaradıcılığında özünü büruzə verirdi.
Bəstəkar öz əsərləri ilə tamaşaçılara elə bir duyğu bəxş edirdi ki, sanki insan ruhu göylərdə uçurdu.
Ümumiyyətlə, rus musiqisində qərb meyllərinin izləri Antonun əsərlərində nəzərə çarpırdı. O, Avropa ölkələrində yetərincə sevilən və şöhrətlənən 19 operanın müəllifi kimi də tarixdə öz izini qazanıb.