İlyas Cabbarov — Qarabağ müharibəsi iştirakçısı, şəhid, ölümündən sonra 1994-cü ildə "Azərbaycan Bayrağı" ordeni ilə təltif edilmişdir.
İlyas Cabbarov | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Güləbird, Laçın rayonu, Azərbaycan SSR, SSRİ |
Vəfat tarixi | |
Vəfat yeri | Laçın rayonu Xanalılar, Azərbaycan |
Vəfat səbəbi | Şəhid |
Dəfn yeri | Laçın rayonu, Azərbaycan |
Vətəndaşlığı |
SSRİ→ Azərbaycan |
Milliyyəti | azərbaycanlı |
Hərbi fəaliyyəti | |
Təltifləri |
Cabbarov İlyas Vaqif oğlu 2 mart 1966-cı ildə Laçın rayonunun Güləbird kəndində doğulmuşdur. 1973-cü ildə Güləbird kənd orta məktəbinə getmiş, orta məktəbi başa vurduqdan sonra 1983-cü ildə Şuşa Kənd Təsərrüfatı Texnikumuna qəbul olmuşdur. 1986-cı ildə Ukraynaya hərbi xidmətə yollanmışdır. 1990-cı ildən könüllü olaraq Milli Ordu sıralarında kəşfiyyatçı kimi xidmət etmiş, Güləbird batalyonunun kəşfiyyat bölüyünün komandiri təyin edilmişdir. İlyasın öz öz silahdaşları ilə birlikdə gətirdiyi qiymətli kəşfiyyat məlumatları nənki batalyonun, hətta bütün bölgənin uğurlu döyüş planlarının hazırlanmasına çox böyük təsir göstərmişdir.
706 saylı hərbi hissənin kəşfiyyatçısı Dəyhan, Fərəcan, Səfiyan, Suarası, Dəyirmanyanı, və digər kəndlərimiz uğrunda gedən döyüşlərdə mərdliklə vuruşmuş, 1993-cü ilin iyunun 20-də kəşfiyyatdan qayıdarkən Xanalılar kəndi yaxınlığında minaya düşərək həlak olmuşdur. Güləbird kəndində dəfn edilmişdir. Subay idi.
Azərbaycan Respublikası Prezidentinin 9 oktyabr 1994-cü il tarixli 218 saylı fərmanı ilə Azərbaycan Respublikasının torpaqlarının erməni işğalçılarından müdafiə edilməsində göstərdiyi xüsusi xidmətlərə, şəxsi igidlik və şücaətlərə görə sıravi Cabbarov İlyas Vaqif oğlu (ölümündən sonra) "Azərbaycan Bayrağı" ordeni ilə təltif edilmişdir.