Dəyirmanyanı

DəyirmanyanıAzərbaycan Respublikasının Laçın rayonu Mığıdərə kənd inzibati ərazi dairəsində kənd.[1]

Dəyirmanyanı
39°34′59″ şm. e. 46°36′00″ ş. u.HGYO
Ölkə
Tarixi və coğrafiyası
Saat qurşağı
Xəritəni göstər/gizlə
Dəyirmanyanı xəritədə
Dəyirmanyanı
Dəyirmanyanı

Laçın rayonunun Mığıdərə inzibati ərazi vahidində olan kənd Qarabağ silsiləsinin ətəyindədir. Keçmiş adı Dəyirmandərəsi olmuşdur. Kəndi XIX əsrdə Məlikpəyəsi kəndindən dənkanlı, imamverdiuşağı və Malxələf kəndindən ibrahimuşağı nəsillərinə mənsub ailələr Dəyirman çayının (Həkəri çayının qolu) dərəsində, köhnə dəyirmanın yanında saldıqları üçün yaşayış məntəqəsi əvvəlcə Dəyirman dərəsi, sonralar isə Dəyirmanyanı adlandırılmışdır[2].

1992-ci ildə Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilib. 2020-ci ildə İkinci Qarabağ müharibəsi sonunda imzalanmış atəşkəs bəyanatına əsasən 1 dekabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad olunub. Kənd 2022-ci ilin avqustunda Laçın dəhlizini əvəz edən Rusiya sülhməramlılarının nəzarətində olan Ermənistan və Dağlıq Qarabağ arasında yeni dəhlizdə yerləşir. [3][4] 19 sentyabr 2023-cü ildə aparılan lokal xarakterli antiterror əməliyyatları nəticəsində yenidən Azərbaycan Respublikasının nəzarətinə qayıtmışdır.

Kəndin ərazisinə elektrik, rabitə və qaz xətləri çəkilmiş, kənddə ibtidai məktəb, kitabxana mövcud olmuşdur.

Coğrafiyası və iqlimi

[redaktə | mənbəni redaktə et]

Kəndin ərazisi Kiçik Qafqaz dağ massivinə mənsub olan Qarabağ vulkanik yaylasının ətəyində yerləşir. Kənddən rayon mərkəzinə olan məsafə 23-km-dir.

2006-cı ilin statstikasına görə kəndin əhali sayı 100 nəfər olmuşdur.

Milli tərkibinə görə azərbaycanlılardan ibarət olan kənd əhalisinin ümumi sayı 75 nəfər, ailələrin sayı isə 18-dir (01 yanvar 2011-ci il tarixli məlumata əsasən).

İqtisadiyyatı

[redaktə | mənbəni redaktə et]

Kənd əhalisinin əsas məşğuliyyəti heyvandarlıq , əkinçilik, bağçılıq, bostançılıq və bağçılıqdan ibarət olmuşdur. Əhalinin istehsal etdiyi əsas məhsullar ət, yağ, pendir, yun, xalça, bal və müxtəlif tərəvəzlərdən ibarət idi.

  1. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. "İnzibati ərazi bölgüsü təsnifatı" (PDF) (az.). stat.gov.az. 2019. 2020-04-16 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-04-16.
  2. Dəyirmanyanı // Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. I cild. Bakı: Şərq-Qərb. 2007. səh. 231. ISBN 978-9952-34-155-3.
  3. Busaat.az. "Sülhməramlılar yeni yolu "Laçın dəhlizi" kimi RƏSMİLƏŞDİRDİ – ŞOK MƏQSƏDİN DETALLARI" (az.). Busaat.az. 10.09.2022. 2023-12-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 13 dekabr 2023.
  4. ""Laçın dəhlizi"nə çəkilən alternativ yolla bağlı rəsmi AÇIQLAMA - Tikinti başa çatır". modern.az. 2022-06-21. 2022-08-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-08-27.