Suarası — Azərbaycan Respublikasının Laçın rayonu Səfiyan kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 54-XII saylı Qərarı ilə Laçın rayonunun Aşağı Fərəcan kənd Sovetindən Suarası kəndi Səfiyan kənd Sovetinin tərkibinə verilmişdir.[1] 1992-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 1 dekabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin nəzarətindədir.
Suarası | |
---|---|
39°33′37″ şm. e. 46°40′06″ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
Yaşayış məntəqəsini XIX əsrdə həmin rayondakı Səfiyan kəndindən köçüb gəlmiş ailələr Binələr adlı sahədə salmışlar. Kəndin adı onun coğrafi mövqeyini əks etdirir. Oykonim su və arası sözlərindən ibarət olub, kəndin iki kiçik çay (sağda Vəlilər suyu və solda Noxudlu suyu) arasında yerləşdiyini bildirir. Hər iki su Xanalılar kəndinin yaxınlığında birləşərək Həkəri çayının qolu olan Zurdərə çayını əmələ gətirir.[2]
Kənd Qarabağ silsiləsinin ətəyində yerləşir.
2006-cı ilin statstikasına görə kəndin əhali sayı 250 nəfər olmuşdur.
Əsas təsərrüfatı heyvandarlıq idi.
Laçın rayonu haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |