İmad Fayez Muğniyə (ərəb. عماد فايز مغنية; Soyadı müxtəlif cür yazılır Muğniye, Murniye, Muğniyah; 7 dekabr 1962, Tayr-Debba[d], Əl-Cənub mühafəzəsi[d] – 12 fevral 2008[1][2]) — Hizbullahın fəalı, gizli xidmətin rəisi.
İmad Muğniyə | |
---|---|
ərəb. عماد مغنية | |
Doğum tarixi | 7 dekabr 1962 |
Doğum yeri | |
Vəfat tarixi | 12 fevral 2008[1][2] (45 yaşında) |
Dəfn yeri | |
Təhsili | |
Partiyası | |
Vikianbarda əlaqəli mediafayllar |
İmad Muğniyə 1962-ci ildə Livanın Cənubunda Sur şəhəri yaxınlığında yerləşən Təyr kəndində dünyaya göz açmışdır. Çox imanlı və təqvalı ailənin tərbiyəsi ilə tərbiyələnmişdir. Dini təriqətlər, müxtəlif dini cərəyanlarla qarışıq olan Livanda Əhli-beyt (ə) sevgisi ilə yetişdirildi İmad Muğniyə. Ədalət və haqq tərəfdarı olan İmad ölkəsində və onun hüdudlarında baş qaldıran ədalətsizlik, haqsızlıq acılarında daim narahatlıq keçirər, dünyada yalanççı insan haqları, ədalətin gözlənilməsi kimi gözdən pərdə asan BMT, ATƏT kimi təşkilatların Fələstində baş verən qanlı olaylarında nümayiş etdirdiyi ikili oyunu pisləmişdir.
Buna nifrət hissini tez-tez ölkəsində keçirilən etiraz yığıncaqlarında hələ azyaşlı olmasına baxmayaraq bildirməyi bir vicdani vəzifə bildi özünə. Gənc yaşlarına qədəm qoyma ərəfəsində (hələ 15 yaşı tamam olmamış) Fələstinin Livandakı Əl-Fəth təşkilatına üzv olur. Lakin bir müddət keçdikdən sonra təşkilatın Qərb yönlü fəaliyyətindən narahat olan İmad təşkilat sıralarından xaric olur. Bu zaman artıq fəaliyəti Livanın bütün bucaqlarında hiss olunan İmam Musa Sədrin başçılıq etdiyi "Əməl" təşkilatına üzv olur. Burada axtardığını tapdığını həmişə qeyd edən İmad təşkilat gəncləri arasında fəallığı ilə seçilən gənclərdən olur.
Əvvəlcə əməliyyatlara sadəcə seyirçi qismində çıxış edən İmad sonralar daha aktiv fəaliyyətə başlayaraq öncə ölkədaxili irticaçı qüvvələrə qarşı, daha sonra isə sionist İsrail rejminin Livan ərizisindəki işğalına son qoyma layihələrinin yaxından iştirakçısı olur. İmam Musa Sədrin Livan daxili birlik və vəhdəti istiqamətində apardığı çox şaxəli siyasəti Livanı vahid bir ideya ətrafında birləşdirərkən İmad Muğniyə də bu birliyin düşmən hədəfinə dəqiq zərbə vurulması istimətində silahlı hazırlıqlar almağa başlayır.
1978-ci il, İranda baş qaldıran dini azadlıq hərəkatı və qısa müddətdən sonra bu hərəkatın Livana də öz təsirini qoyacağından təhlükəyə düşən Qərbin planı əsasında Liviyanın baş naziri Muhəmməd Qəzzafi "Əməl" təşkilatının lideri İmam Musa Sədri ölkəsinə, Liviyaya rəsmi dəvət edir. Dəvətdən bir gün sonra isə ölkənin rəsmi xəbər aygentlikləri İmam Musa Sədr, bir jurnalist və bir sürücüsü ilə Liviya sərhəddini keçərkən oğurlandığını elan edir. Əlbəttə ki, dəqiq hazırlanmış plan əsasında oğurlanan İmam Musa Sədr Liviya ərazisindən kənara çıxmamışdı. Bu oğurluq İmam Musa Sədrin başçılıq etdiyi "Əməl" təşkilatının nüfuuzunun artması təhlükəsindən qorxan Qərbin maraqları çərçivəsi və ona nökərlik edən Liviya kimi dövlətin məkirli siyasəti əsasında icra edilmişdi. Fikirlər də Livanda fəaliyyət göstərən Əməl təşkilatını süquta uğratmaq idi.
Lakin təşkilata başçılığı üzərinə götürən Seyyid Əbbas Musəvi İmam Musa Sədrin qarşısına qoyduğu məqsədin bir anlıq olsun belə dayanmasına yol vermədi. Bunun üçün İmad Muğniyə kimi pak amallı gənclər də bu işdə birlik nümayiş etdirmələri şərt idi. 1979-cu il İranda baş verən inqilabdan böyük ruh alan İmad Muğniyə bir qrup gənclə Əməl təşkilatının nəznində silahlı qanad yaratmaq qərarını təşkilat başçısına bildirir. Müsbət cavab aldıqdan sonra sonralar "Xomeyninin gücləri" adlanan döyüşçülərdən ibarət bir dəstə yaranır. Bu dəstə qısa bir zamanda Livanın cənubunda hazırlıqlar keçərək cəsur, cəngavər, vətənpərvər döyüşçülər yaradır.
1979–1980-ci illərdə daxili ziddiyyət səbəbi ilə Seyiyd Əbbas Musəvi Əməl təşkilatından ayrılaraq bu təşkilatın fəallarını bir yerə toplayıb Hizbullah təşkilatını yaradır. Əməl təşkilatının silahlı qanadı olan gənclər və bu gənclərə başçılıq edən İmad Muğniyə də Hizbullah sıralarına qatılır. 1982-ci ildə Beyrutun girişindəki "Haled" bölgəsində İsrail ordusunun işğalçı qoşunlarına qarşı aparılan müharibədə İmad Muğniyə və onun silahdaşları gözəl bir döyüş nümayiş etdirərək İsrail əsgələrini o bölgədən uzaqlaşdırırlar. Məhz bu müharibə İmad Muğniyəni təkcə üzvü olduğu Hizbullah təşkilatına deyil, bütün Livanın azadlıq sevən xalqına sevdirərək tanıtdı.
Bundan sonra İsrail əleyhinə olan döyüşlərdə xüsusi vəzifədə fəaliyyət göstərən İmad Muğniyə bir çox uğurlara imza atır. Bu uğurlar da onu İsrailin qara siyahısında olan şəxslər sırasında öncülə çevirir. 2000-ci ildə boynuna götürdüyü komandanlıq vəzifəsini çox dəqiqliklə yerinə yetirən İmad Muğniyə İsrail ordusunu Livanın cənubundan geri çəkilməyə məcbur edi. Bu İsrailin Livan ərazisində ilk ən genişmiqyaslı geriləməsi olur. 2006-cı il "33 günlük" Hizbullah-İsrail müharibəsində İmad Muğniyənin göstərdiyi xüsusi rəşadət isə İsrail haqqında olan yalançı mifiq qüdrət əfsanəsini alt-üst edir. İmad Muğniyə bu müharibədən sonra "Ərəb komandanı" kimi ərəb dünyasının qəhrəman şəxsiyyətinə çevrilir.
Əlbəttə ki, mövcud hallar Sionist terrorçu İsraili getdikcə daha çox narahat edir və İmad Muğniyənin qətli üçün planlar hazırlayırdı. Belə planların biri 2006-cı ildə Beyrutta hazırlansa da bu İmad Muğniyənin də olacağı, ancaq yaranan təcili bir iş səbəbindən qardaşının mindiyi maşında düzənlənən partlayış oldu. Bu terror aktında İmad Muğniyənin qardaşı Fuad Muğniyə şəhid oldu. Təbii ki, bu İsrail üçün yetərli deyildi. Nə qədər ki, İmad Muğniyə yaşayırdı İsrail istədiyi layihəni həyata keçirməsində problemlə qarşılaşacaqdı.
2008-ci il fevral ayının 12-də Suriyada, Şamda havadan bombardman nəticəsində İmad Muğniyənin də olduğu maşın İsrail hərbçiləri tərəfindən partladılır. Üç nəfərin şəhid olduğu bu partlayışda Hizbullahın komandanı İmad Muğniyə şəhid olur. Lakin bu şəhidlik nəinki Hizbullah təşkilatının fəaliyyətini dayandırmır, əksinə bu təşkilata müsbət enerji verərək haqq uğrunda mübarizədə daha da rəşadəti olmaq əzmi bəxş edir.