Əsgərzadə İman Novruz oğlu (12 mart 1962, Kəbirli, Ağcabədi rayonu[1]) — fizika-riyaziyyat elmləri doktoru,professor[2].
İman Əsgərzadə | |
---|---|
İman Əsgərzadə | |
Doğum tarixi | |
Doğum yeri | Azərbaycan Respublikası, Ağcabədi rayonu, Kəbirli kəndi |
Vətəndaşlığı | Azərbaycan |
Milliyyəti | Azərbaycanlı |
Atası | Novruz |
Anası | Cavahir |
Elm sahəsi | Fizika |
Elmi dərəcəsi | fizika-riyaziyyat elmləri doktoru |
Elmi adı | Professor |
İş yeri | AMEA Fizika İnstitutu |
Təhsili | |
Elmi rəhbəri | akademik Firudin Haşımzadə |
İman Əsgərzadə 1962-ci ildə Ağcabədi rayonu Kəbirli kəndində müəllim ailəsində anadan olmuşdur. Fizika-riyaziyyat elmləri doktoru, professor, AMEA Fizika İnstitutunun aparıcı elmi işçisi[3], Ankara Universitetinin kompüter mühəndisliyi kafedrasının müdiridir. İ. N. Əsgərzadə ifratkeçiricilərin nəzəriyyəsi və tətbiqi sahəsini tədqiqatları ilə zənginləşdirən tanınmış fizikdir. 1979-cu ildə Respublika 1 saylı fizika-riyaziyyat təmayüllü məktəbini və 1985-ci ildə Moskva Dövlət Universitetinin Fizika fakültəsini bitirmişdir. 1995-ci ildə AMEA Fizika İnstitutu nda namizədlik və 2004 ildə doktorluq dissertasiyası müdafiə etmişdir.
2000-ci ildən etibarən araşdırma qrantları müsabiqələrində galib gələrək dünyanın müxtəlif Üniversitetlərində və elmi mərkəzlərində uzunmüddətli ezamiyyətlərdə olmuşdur. (CRDF (Amerika), DAAD (Almaniya-Dresden Helmholtz İnstitutu), NATO postdoc (Türkiyə-Bilkənd Universiteti), NATO reintegration (Amerika), CNRS-ANAS (Fransa), TUBİTAK (Türkiyə-Ankara Universiteti)). 2002–2011 tarihləri arasında Abdus Salam Beynəlxalg Nəzəri Fizika Mərkəzinin (İtaliya) assosiativ üzvü seçilmişdir. 16 mart 2022-ci ildə fizika elmləri doktoru, professor İman Əsgərzadənin 60 illik yubileyi təntənəli qeyd edilib [4]. Rusiya Elmlər Akademiyasının (REA) nüfuzlu beynəlxalq nəşri olan “Physics-Uspekhi” jurnalında tanınmış azərbaycanlı alim, AMEA-nın Fizika İnstitutunun aparıcı elmi işçisi, fizika üzrə elmlər doktoru, professor İman Əsgərzadənin 60 illik yubileyi münasibətilə məqalə dərc olunub.[5]
İ. N. Əsgərzadənin araşdırmaları laylı və coxzonalı ifratkeçiricilərin ümumiləşdirilmiş Ginzburg-Landau və Eliashberg nəzəriyyələri əsasında öyrənilməsinə həsr olunmuşdur. İlk dəfə Ginzburg-Landau nəzəriyyəsini iki zonalı hal üçün ayrıntılı bir şəkildə tədgig etmişdir. Bu əsərə Nobel mükafatı laureatı, akademik V. L. Ginzburg Springer-Verlag ‘Superconductivity and Superfluidity’, 2009 kitabında istinad etmişdir. O həmçinin Josefson elementlərindən əmələ gələn impuls və magnit seli kvantlı dövrələrin dinamikası, Josefson sxemlərində xaos problemləri ilə məşgul olmuşdur. Anharmonik Josefson cərəyan-faza effektlərlərinin nəticələrə təsiri tədgig olunmuşdur. Son zamanlar o ifratkeçirici kvant kompüterlərin əsas elementi olan kvant bitler və geyri-səlis məntigin tətbigi mövzusunda araşdırmalar həyata keçirməkdədir.professor İman Əsgərzadə “Advances in Condensed Matter Physics’ jurnalının xüsusi buraxılışının baş elmi redaktoru təyin olunub.[6]
I. N. Askerzade, A. Bozbey, M. Canturk, Modern aspects of Josephson dynamics and superconductivity electronics, (monografiya), Springer, 210s., 2017 http://www.springer.com/la/book/9783319484327
I. N. Askerzade, Low Temperature Physics, (review) v.41, iss. 3, pp. 241–261,2015
I. N. Askerzade, A. Rakhimov, Phys. Rev. E 90, 032124, 2014
I. N. Askerzade, Unconventional Superconductors. Anisotropy and multiband effects (monografiya), Springer, 177 s., 2012 http://www.springer.com/physics/condensed+matter+physics/book/978-3-642-22651-9
I. N. Askerzade, R. T. Tagiyeva, Superconductor Science and Technology, 25, 095007, 2012
I. N. Askerzade, M. Canturk, IEEE Trans. on Applied Superconductivity, 21(5), 3541–3547, 2011
I. N. Askerzade, Ş. Emrah, CMES: Computer Modeling in Engineering and Sciences, 70(1)1–10, 2010
I. N. Askerzade, Успехи Физичеких Наук, 52(6) (review), 977, 2009
I. N. Askerzade, Journal Physics and Chemistry of Solids,68, 1311,2007
I. N. Askerzade, Успехи Физичеких Наук, 49(10) (review),1003, 2006
I. N. Askerzade, Письма в ЖЭТФ (JETP Letters), v.81, No11, pp. 717, 2005
I. N. Askerzade, Physica C, v.420, pp. 11, 2005.
I. N. Askerzade, Süperiletkenlik Fiziğine Giriş (derslik), Ankara, Gazi Kitab Evi, 200s,2005
http://www.pegem.net/kitabevi/335-Superiletkenlik-Fizigine-Giris-kitabi.aspx Arxivləşdirilib 2017-05-08 at the Wayback Machine
I. N. Askerzade, I. O. Kulik Modern Physics Letters B, v.17, No10,11,12, p. 649, 2003.
I. N. Askerzade, A. Gencer, Journal of Physical Society of Japan.v.71, N7,1637, 2002.
2012-ci ildən Ankara Universitetində kafedra müdiri