Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
İslam |
---|
İslamda iman |
Allah • Allahın varlığı və təkliyi • Mələklər • Müqəddəs kitablar • Məhəmməd peyğəmbər və digər peyğəmbərlər • İmamət • Axirət • Kəlmeyi-şəhadət |
Firuiddin |
Namaz • Zəkat • Xüms • Oruc • Həcc |
İslamda xüsusi günlər |
Besət bayramı • Ramazan bayramı • Qurban bayramı • Qədir-Xum |
Quran |
Sünni • Hədis • Təsəvvüf · Fiqh • Kəlam • Şəriət |
İslam tarixi |
Əhli-Beyt • Səhabə • Şiəlik • Sünnilik • Xaricilik • Dörd xəlifə • İmamət • Məhəmməd |
İnşallah (ərəbcə: انشاءالله) — "İn" (əgər) "şəa" (istəsə) və "Allah" sözlərindən əmələ gəlib, "Əgər Allah istəsə", qısası, "Allah qoysa" deməkdir.
Qurani-Kərimdə buyurulur: "Ancaq: "İnşallah (əgər Allah istəsə; Allah qoysa) edəcəyəm!" – de. (İnşallah deməyi) unutduğun zaman Rəbbini yada salıb: "Ola bilsin ki, Rəbbim məni bundan (əshabi-kəhfin əhvalatına dair xəbərlərdən) haqqa daha yaxın olan bir yola yönəltsin (peyğəmbərliyimə daha çox dəlalət edən bir möcüzə versin!)" – de." (Kəhf surəsi, 24)
"İnşallah" əhd bağlamaqdır, yəni mən Allahın izni ilə həmin işi əmələ gətirmək üçün bütün səbəbləri əmələ gətirəcəyəm və əgər Allah istəsə söz verdiyim şey baş verəcək.
"İnşallah" sözünün üzərinizə qoyduğu vəzifə əhd bağladığınız işlə əlaqədar mümkün olan bütün səbəbləri əmələ gətirməkdən ibarətdir. Əgər əmələ gətirmirsinizsə, deməli, "İnşallah" sözünü sadəcə dildə iqrar etmisiniz, yəni əməldə onu göstərməmisiniz. Bu isə möminə xas olan xüsusiyyət deyil.
Siz səbəbləri əmələ gətirmisinizsə və gözlənilməz bir hadisə üzündən söz verdiyiniz işi yerinə yetirə bilməyirsinizsə, bu zaman Allah verdiyiniz sözün məsuliyyətini üzərinizdən götürür.
Bu əhdin məsuliyyətini başa düşə bilməmiz üçün İslam Peyğəmbərinin (s) bu kəlamına diqqət yetirməmiz kifayət edər "Əmanətə xəyanət edənin imanı, əhdinə vəfa etməyənin isə dini yoxdur"!
Quranı Azərbaycan dilinə tərcümə edənlər: Z. M. Bünyadov və V. M. Məmmədəliyev
İslam haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |