İnkit — Gürcüstanın şimal-qərbində, Abxaziya ərazisində yerləşən relikt göl. İnkit gölü Pisunda burnunda, Qaqra rayonu ərazisindədir.[1] Gölün hündürlüyü dəniz səviyyəsinə yaxındır. Su səthinin sahəsi 0,4 km², ən dərin yeri 3,2 metrdir. Ümumi su kütləsinin həcmi 810 min m³-dir. Əvvəllər göldən kiçik çay axırdı. Sahiz xətti çox az parçalanıb. Oval formaya malikdir. Sonralar göldə su səviyyəsi süni endirildi və nəticədə həm göl suyunun duzluluğu artdı, həm də çay axını dayandı. Suyun duzlaşmasına səbəb dəniz suyunun gölə daxil olması idi. Müasir dövrdə göl suyunun duzluluğu — 5 q/l-dir. Pisunda yarımadasında bu tip 8 göl var. İnkit bunlardan biridir.
İnkit gölü | |
---|---|
abx. Инкьыт | |
Ümumi məlumatlar | |
Mütləq hündürlüyü | −0,8 m |
Sahəsi | 0,4 km² |
Su tutumu | 0,00081 km² |
Dərin yeri | 3,2 m |
Yerləşməsi | |
43°10′25″ şm. e. 40°19′10″ ş. u.HGYO | |
Ölkə | Gürcüstan |
|
İnkit gölü 2-3 min il əvvəl, dəniz sularının geoloji işi nəticəsində formalaşmışdır. 1920-ci illərdə göl ətrafı ərazilər sürrətlə bataqlaşmağa başladı. Nəticədə bölgədə malyariya milçəklərinin artama təhlükəsi meydana gəldi. 1931-ci ildə gölə qambuziya balıqları buraxıldı və sonda xəstəlik törədən milçəklərin kökü tamamilə kəsildi. Sonrakı illərdə ərazidə Pisunda kurortu yaradıldı.
1943-cü ildə göl akvatoriyasında hidrotəyyarə bazası yerləşirdi. Baza Qara dəniz hərbi-hava qüvvələrinin 82-ci dəniz-aviasiya eskadrilinə daxil idi[2].
Göl ətrafı ərazi mülayim iqlim xüsusiyyətlərinə malik olsa da, subtropik zonaya daxildir. Orta illik hava temperaturu + 12,5 ° C-dir. Ən isti ayın (iyul) orta aylıq temperaturu təxminən + 23,0 ° C, ən soyuq ay (yanvar) təxminən + 2,5 ° C-dir. Orta illik yağıntı 1000 mm-dir. Gölün suyu qış aylarında donmur.
Əvvələr göl sularında 10-dan çox balıq növü yaşayırdı. Son illər növ müxtəlifliyi azalıb. Göldə olan əsas balıqlar: karp, xanı, Mugil cephalus və s. Balıqçılıq ətraf ərazi üçün xarakterikdir. Su səviyyəsinin dəyişməsi ilə əlaqədar balıqçılıqla məşğul olmaq üçün nəzərdə tutulan ərazilər su altnda qalır.