İnnfirtel (alm. Innviertel, hərfi mənası: «İnnin dörddə biri ») — Avstriyanın tarixi vilayəti. İnnfirtel vilayəti İnn çayının çənub-şərqində yerləşir. İnnfirtel Yuxarı Avstriya torpağının qərb hissəsidir. Şimal-qərbdən Almaniyanın Bavariya torpağı ilə həmsərhəddir. Vilayət Yuxarı Avstriya subreqionunun dörddə birini təşkil edir. Digər üç vilayət: Xausrukfirtel, Myulfirtel və Traunfirtel.
Tarixi Innbaiern əraziləri | |
İnnfirtel | |
---|---|
Ümumi məlumatlar | |
Ölkə | Avstriya |
İnternet saytı | innviertel.at |
Xəritədə yeri | |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
İnnfitel vilayəti özündə üç rayonu birləşdirir: Şerdinq, Rim-im-İnnkrays və Braunau-am-İnn. Zalsax, İnn, Dunay və Hausruk çayları bu vilayətin ərazisindən keçir. Vilayətin ümumi sahəsi 2250 km²-dir. Əhalinin ümumi sahəsi 215 min nəfərdir. Əhalisi Aşağı Bavariya dialektinə bənzər formada danışırlar. Əsas şəhərləri :Braunau-am-İnn, Şerdinq, Rim-im-İnnkrays, Mattoqofen, Althaym. Alp ön dağlarının ətəklərində yerləşən bu vilayət əsasən düzənlik relyefə malikdir. Qranit və daş kömür yataqları ilə zəngindir.
Erkən orta əsrlərdə vilayət alman hersoqluğu olan Bavariyaya aid edilirdi. Ərazi Innbaiern adlanırdı. 1779-cu ildə baş vermiş Bavariya torpaqları hakimliyi müharibələrində İnnfrtel Avstriya hakimiyətinin əlinə keçdi. Napoleon müharibələri zamanı vilayət Şenbrunnsk müqaviləsinə əsasən 1809-cu ildən yenidən Bavariyaya verildi. Ancaq bu müqavilə Xausrukfirtelə şamil olunmurdu. 1816-cı ildən isə Vyana konqresinin qərarına əsasən vilayət Avstriya imperiyasına birləşdirildi.[1]
Adolf Hitler — Üçüncü Reyx zamanı alman dövlət və siyasət adamı, diktator. Anton Saylinqer — avstriya fiziki, fotonların köməyi ilə ilk dəfə olaraq kvat teleportasiyasını həyata keçirmişdir. Frans Qruber — məktəm müəllimi, kompozitor, populyar "Sakit gecə" himninin müəllifi. Ernst Kaltenbrunner — Üçüncü Reyx zamanı tanınmış alman siyayətçisi.