İnternet-asılılıq (en. Internet аddiction) – psixi nasazlıq, daima İnternetə bağlanmaq arzusu və vaxtında İnternetdən çıxmanın istifadəçi üçün çox çətin olmasıdır. İnternet-asılılıq müasir dövrdə çox geniş müzakirələrə səbəb olsa da, onun statusu hələlik qeyri-rəsmidir. Belə ki, İnternet-asılılıq bir xəstəlik kimi psixi xəstəliklər təsnifatına (DSM-IV) daxil edilməmişdir.
İnternet-asılılıq anlayışı ilk dəfə 1994-cü ildə psixiator Kimberli Yanq tərəfindən söylənilmişdir. 1997-1998-ci illərdə bu problemlə əlaqədar tədqiqat və məsləhətçi-dioqnostik xidmətlər yaradılmışdır.