Sürü psixologiyası

Sürü psixologiyası (ing. Bandwagon Effect) ifadəsi 1848-ci ildə Amerikanın siyasi sistemində istifadə edilməyə başlandı. Dan Rays adında bir təlxək o zamanların orkestr avtomobilini (Bandwagon) istifadə edərək siyasi turlara qatılmışdı. Orkestr avtomobili həvəsli musiqilərlə turlara çıxır və "orkestra qatıl" şüarıyla insanların diqqətini çəkirdi. Bunun sayəsində əldə etdiyi məşhurluğuna görə seçkilərdə böyük bir müvəffəqiyyət qazanmışdır. Bu ifadənin təməlində bu hadisə dayanır və buna görə sürü psixologiyası ingilis dilində "Bandwagon Effect" (Orkestr maşını təsiri) olaraq adlandırılır.

İngilis alimlər bundan illər əvvəl bir araşdırma edir. Yığdıqları qoyun sürülərini bir məkana həbs edib üzərlərində təcrübə aparırlar. Aralarından seçdikləri 10 qoyunu digər qoyunların içindən ayırıb tək istiqamətə dönmələrini təmin edirlər. Təkrar digər qoyunların içinə buraxılanda qoyunlar sürü halında, başdakı 10 fərqli qoyuna ayaq uydurmağa başlayır. Döndüyü istiqamətin doğru, ya da səhv olmağının bir əhəmiyyəti olmadan, öz fikirlərini əhəmiyyət vermədən, birliyə ayaq uyduraraq bu hərəkəti reallaşdırırlar. Bu da meydana sürü potensialında canlıların ağıllarını istifadə etmədən ətraf mühitə bir növ ayaq uydurmaqlarını göstərir. Bu təcrübə canlıların ayaq uydurma cəhdlərini sübut edən doğru bir təhlildir.

Sürü psixologiyasının altında gizlənən psixologiya[redaktə | mənbəni redaktə et]

Sürü psixologiyasının formalaşması təfəkkür meyllərinin təsiri və ya nəticəsi olaraq təyin olunur. Buradaki təfəkkür meylləri anlayışı, doğru bir qərara aparan yoldan azmaq mənasında ifadə edilə bilər. Sürü psixologiyası bütün yaş qruplarında yayılmışdır. Dünyadakı fərqli insanların ortaq xüsusiyyətlərindən biridir. Lakin, gənc nəsil buna qarşı daha qorumasızdır.

Məşhur olanı izləmək[redaktə | mənbəni redaktə et]

Müvəffəqiyyətli insanların vərdişlərini, davranış nümunələrini, inanclarını və s izləmək insan təbiətinin bir meylidir. Müvəffəqiyyətli bir insan ətrafında inam yaradır. Müvəffəqiyyətli bir insanın məşhurluğu və etibarlılığından təsirlənmiş bir insan, aydın düşünmə tələb edən mühakimə qabiliyyətini itirər.

Qorxu və sürü psixologiyası[redaktə | mənbəni redaktə et]

İnsanların cəmiyyətə ayaq uydurmasının ən böyük səbəblərindən biri, tənhalıq qorxusudur. Əgər zehinimiz qorxularla dolu olmasaydı hər zaman məntiqli və aydın düşünməyə istiqamətlənərdik. Əgər qərarlarımız tam olaraq məntiqli təməllərdə deyilsə, gözümüz bağlı olaraq digərlərini təqib etməyə istiqamətlənirik.

Sürü psixologiyasının zərərləri[redaktə | mənbəni redaktə et]

Sürü psixologiyası cəmiyyətdə insanlar üzərində zərərlərə səbəb ola bilər. Lakin, bu zərərli nəticələr dərhal hiss edilməyə bilər. Məsələn müəyyən bir düşüncəyə ya da irqə mənsub bir cəmiyyətə qarşı nifrət dolu ümumiləşdirmənin yayılması qorxunc nifrət cinayətlərinin işlənməsinə səbəb ola bilər.

Məlumat mövzusunda digərlərindən asılılıq[redaktə | mənbəni redaktə et]

Qərar vermə mexanizmamızda, düşüncə və duyğularımızdan başqa əhəmiyyətli bir digər məzmun "məlumat"dır. Erkən yaş dövründə uşaqlar valideynlərindən ətraf mühitə dair demək olar hər məlumatı alırlar. Bu məlumatlar, valideynlərin öz inacları üzərində əsaslandırılmış məlumatlardır. Onların düşüncələri zehinlərində gizlənmiş inanclar vasitəsilə formalaşır. Bu, tam olaraq sürü psixologiyası sayılmasa da, burada müstəqil düşünmə və zehinin azad axıcılığından bəhs edilə bilməz.

Sürü psixologiyası bəzi insanların və ya digər canlıların öz anlayışı və idrakı əsasında qərar vermə qabiliyyətinin yoxluğunun bir nəticəsidir. Əslində cəmiyyətin təzyiqi, cərəyanlar, təbliğatlar və s. içində tam mənasıyla təsirlənmədən qalmağımız mümkün deyil. Hamımız qərar vermək və irəliləmək üçün həyatın müəyyən həqiqətlərini mənimsəməliyik. Qərarlarımızın doğruluğundan tam əmin olmasaq belə, öz istinad nöqtəmizi yaratmalıyıq.

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]