Diqqətsizlik, hiperaktivlik (yetkinlərdə isə istirahətsizlik), pozucu davranış və impulsivlik DÇHP-nın əsas simptomlarıdır.[2][3]
Uşaq böyüyəndə, bariz hiperaktvlik yox olan birinci simptomlardan ola bilər. Halbuki o, həmçinin daha az aşkar formalara da keçə bilər. Məsələn, DÇHP ilə yeniyetmələr qurdalana, ayaqnan taqqıltı edə bilər. Həmçinin, DÇHP ilə yeniyetmələr istirahətsiz, uzun zaman ərzində bir yerdə otura bacarmayan və sakit yox, enerjili fəaliyyətinə üstülük verən ola bilər. Hiperaktivlikdən başqa olan simptomlar daha uzun ömürlü ola bilər.[4]
DÇHP başqa pozuntular ilə müşayiət oluna bilər, məsələn maddə istifadəsi pozğunluğu ilə. DÇHP ilə şəxslər tərəfindən maddədən sui-istifadəsi riski ümumi əhalidən artıqdır. Bu ən çox alkohol və ya marixuanadan sui-istifadəsi şəkildə baş verir.[5]
DÇHP travma ilə yüksək dərəcədə müşayiət olunur.[6] DÇHP-nın Posttravmatik stress pozuntusu (PTSP) ilə davranış simptomları ciddi dərəcədə üst-üstə düşür. Xüsusi ilə, motor istirahətsizlik, diqqətlə çətinliklər, qıcıqlanma, qəzab, emosional daralma və ya nizamsızlıq, zəif impuls idarəsi və unutqanlıq hər iki qrupda müşahidə olunur.[7]
DÇHP ilə uşaqların nisbətən aşağı səviyyəli əl yazması olmağı ümumi haldır.[8] Bunun səbəbi DÇHP-dən gələn aşağı səviyyəli diqqət ola bilər, amma bu problem daimidirsə, səbəbi disleksiya və disqrafiya ola bilər. Həm disleksiya[9][10] həm də disqrafiyası olan şəxslərdə ümumi əhali ilə müqayisədə DÇHP daha çox aşkar olunur.[11] Disleksiyası olan şəxslərin 10-dan 3-də DÇHP də var.[12]
2017 və 2020 illərdə aparılan sistematik resenziyalar DÇHP-nın bütün yaş qruplarda artan intihar riski ilə bağlıdır. Həmçinin, uşaqlıq və ya yeniyetməlik dövründə DÇHP diaqnozu gələcəkdə də intihar riskini artdığını göstərən sübutlar çoxalmaqdadır.[15][16]
Hesab olunur ki, DÇHP 18 yaşdan cavan olan, DSM-IV kriteriyalarına görə diaqnostikanı keçənlərin 6-7%-ə təsir edir.[17] Diaqnostika Xəstəliklərin Beynəlxalq Təsnifatının kriteriyalarına görə aparılanda, həmin yaş qrup üçün bu göstərici 1-2%-dir.[18]
DÇHP uşaqlıqda başlayan və həyat boyu davam oluna bilən xronik bir pozuntudur. Hesab olunur ki, DÇHP olan 33-66% arası uşaqların mühüm DÇHP simptomları yetkinlikdə var olmağa davam edərək, onların təhsilinə, məşğuliyyətinə və şəxsi münasibətlərinə mühüm təsir edəcək.[19]
Keçmişdə uşaq psixiatorların çoxu hesab edirdi ki, DÇHP simptomları yaşnan azalıb, yox olur. Halbuki, artıq 1970-ci illərdən bəri aparılan araşdırmalar bunun həmişə belə olmadığını göstərir.[20]
↑ADHD: A GUIDE TO UNDERSTANDING SYMPTOMS, CAUSES, DIAGNOSIS, TREATMENT, AND CHANGES OVER TIME IN CHILDREN, ADOLESCENTS, AND ADULTS. Fifth Edition s. 16
↑Racine MB, Majnemer A, Shevell M, Snider L. "Handwriting performance in children with attention deficit hyperactivity disorder (ADHD)". Journal of Child Neurology. 23 (4). April 2008: 399–406. doi:10.1177/0883073807309244. PMID18401033.
↑Sexton CC, Gelhorn HL, Bell JA, Classi PM. "The co-occurrence of reading disorder and ADHD: epidemiology, treatment, psychosocial impact, and economic burden". Journal of Learning Disabilities. 45 (6). November 2012: 538–564. doi:10.1177/0022219411407772. PMID21757683.
↑Nicolson RI, Fawcett AJ. "Dyslexia, dysgraphia, procedural learning and the cerebellum". Cortex; A Journal Devoted to the Study of the Nervous System and Behavior. 47 (1). January 2011: 117–127. doi:10.1016/j.cortex.2009.08.016. PMID19818437.
↑Valdizán JR, Izaguerri-Gracia AC. "[Attention deficit hyperactivity disorder in adults]" [Attention deficit hyperactivity disorder in adults]. Revista de Neurología (ispan). 48 (Suppl 2). February 2009: S95–9. PMID19280582.
↑ADHD: A GUIDE TO UNDERSTANDING SYMPTOMS, CAUSES, DIAGNOSIS, TREATMENT, AND CHANGES OVER TIME IN CHILDREN, ADOLESCENTS, AND ADULTS. Fifth Edition s. 2, 159-160