İosif Qoslavski

İosif Vikentyeviç Qoslavski (1865, Varşava, Polşa çarlığı30 yanvar 1904, Bakı) — polyak memar, mühəndis. Onu "Qafqazın Rastrellisi" adlandırırdılar. Rastrelli kimi Qoslavski də binaların əzəmətini romantizm və plastika ilə bacarıqla uyğunlaşdırırdı.[1]

İosif Qoslavski
pol. Józef Gosławski
Şəxsi məlumatlar
Doğum tarixi 1865
Doğum yeri
Vəfat tarixi 30 yanvar 1904(1904-01-30)
Vəfat yeri
Vəfat səbəbi vərəm
Vətəndaşlığı
Təhsili
  • İnşaat Mühəndisləri İnstitutu[d] (–1891)
İşləri və nailiyyətləri
İşlədiyi şəhərlər Bakı
Memarlıq üslubu qotika, klassisizm, barokko memarlığı
Əsas tikililəri
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

1865-ci ildə Varşava şəhərində zadəgan ailəsində anadan olmuşdur. 1890-cı ildə I Nikolay adına Peterburq mülki mühəndislər institutunu bitirdikdən sonra onu Daxili İşlər Nazirliyinin Texniki İnşaat Komitəsinə işləməyə göndərirlər.

30 yanvar 1904-cü ildə Bakı şəhərində vəfat edib.

Milliyətcə polyakdır.

Bakı şəhəri, Mirzə İbrahimov küçəsi 11 ünvanında yerləşən xatirə lövhəsi

1891-ci ilin oktyabrında Qoslavski memarlıq akademiki keçmiş bakılı R. R. Marfeldin layihəsi ilə Aleksandr Nevski Başkilsəsinin inşası üçün Bakıya ezam edilir.[2] Bakıya gələn Qoslavski dərhal neft sənayesinin inkişafı ilə əlaqədar şəhərin keçirdiyi tikinti həyəcanı atmosferinə düşdü. Bu həm də şəhər memarlığının formalaşması, ucaldılan tikililərin keyfiyyətinə tələbatın artmasının başlanğıcı idi.

Aleksandr Nevski Başkilsəsinin inşası üzrə iş icraçısı olan Qoslavski, 1892-ci ildən Bakı şəhər memarı vəzifəsini yerinə yetirməyə başlamışdı. Baş memarın lap ilk yaradıcılıq addımları şəhərin inkişafında dönüş nöqtəsi olmuş, küçə və məhəllələrin abad edilməsinə geniş təsir göstərmiş və nəhayət ki, Bakıya əsl Şərqi Avropa şəhərinə xas olan incə zövq, keyfiyyət və səciyyəvi xüsusiyyətlər vermişdir. O dövrdə nəşr olunan "Zodçiy" jurnaiı yazırdı: "Qoslavskiy tikintiyə elə bədii elementlər gətirib ki, onlar onun memar yoldaşlarını daha yaxşı niyyətlərə meyl göstərməyə və bu ideyaların icrasına can atmağa vadar edir, əhali isə estetik tələbatlara daha həssaslıqla yanaşmağa sövq edilir".[3]

Arxitektor Şamil Fətullayev-Fiqarovun fikrincə, Aleksandr Nevski Başkilsəsinin memarlıq cəhətdən işlənməsində Qoslavskinin iştirakı o dərəcədə böyükdür ki, onu kilsənin ikinci müəllifi qismində tanımaq lazımdır, çünki Marfeldin layihəsi ümumi idi, heç bir çertyoj və işçi cizgilər cızılmamışdı.[1]

1893-cü ildən 1900-cü ilə qədərki yaradıcılıq fəaliyyəti ərzində o, 1898-ci ildə tamamlanmış Aleksandr-Nevski Başkilsəsindən əlavə, 12 əsaslı obyekt layihələndirmiş və tikmişdir.

Bakı şəhərində layihələndirdiyi binalar

[redaktə | mənbəni redaktə et]
  • Aleksandr Nevski kafedralı (Bakı) (indiki Bülbül adına musiqi məktəbi, 189 və 190 saylı məktəblərin yerində yerləşirdi, 1888–1898);
  • Məlikovun üçmərtəbəli yaşayış evi, Vorontsovski küçəsi (Əzizbəyov küçəsi, 19, 1897);
  • H. Z. Tağıyevin sarayı, Qorçakovski küçəsi (Tağıyev küçəsi, 4, Tarix muzeyinin binası, 1893–1902);
  • Üçmərtəbəli yaşayış evi, Nikolayevski küçəsi (İstiqlaliyyət küçəsi, 5, 1895);
  • Üçmərtəbəli yaşayış evi, Nikolayevski küçəsi (İstiqlaliyyət küçəsi, 7, 1893–95);
  • H. Z. Tağıyevin ikimərtəbəli yaşayış evi, Poçtovı küçəsi (Tağıyev küçəsi, 70, 1893–95);
  • H. Z. Tağıyevin Abşeronun Mərdəkan kəndindəki villası (1893–95);
  • H. Z. Tağıyevin Abşeronun Zığ kəndindəki toxuculuq fabriki (1896–99);
  • İmperator texniki cəmiyyətinin Bakı şöbəsinin binası, Torqovı küçəsi (Nizami küçəsi, 1898–99);
  • Bakı texniki məktəbinin binası, Stanislavski küçəsi (Azadlıq prospekti, 20, 1898–99);
  • Tağıyevin müsəlman qızlar məktəbinin binası (Tağıyevin qızlar məktəbi), Nikoiayevski küçəsi (İstiqlaliyyət küçəsi, 8,1898–1901);
  • Bakı şəhər dumasının binası, Nikolayevski küçəsi (İstiqlaliyyət küçəsi, 4, 1899–1900-1904);
  • H. Z. Tağıyev teatrının binası, P. Koqnovitskilə birgə, Merkuryev küçəsi (Zərifa Əliyeva küçəsi, 8, 1899–1904).

Maraqlı faktlar

[redaktə | mənbəni redaktə et]
  • Kinorejissor Ziya Şıxlinski Qoslavskinin sənətində musiqi "eşitmişdi". 1998-ci ildə "Azanfilm" studiyasında çəkilmiş "Şopenin qayıdışı" sənədli filmi Qoslavskinin tikdiyi binalara həsr olunmuşdur. Film Şopenin XIII etüdünün musiqisi ilə müşayiət olunur.[2]
  1. 1 2 "Гославский Иосиф Викентьевич- архитектор". 2015-11-28 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2021-09-26.
  2. 1 2 ""Поэма в камне" архитектора Гославского". 2011-01-22 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-04-17.
  3. "Józef GOSŁAWSKI". 2021-09-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-04-17.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]
  • Georgi Zapletin, "İosif Qoslavski. Bakı şəhərinin tarixindəki memar" ("Şərq-Qərb", 2013)