İpoteka krediti

İpoteka krediti – qədimdə borc verən borclunun torpağına, üzərində bu əmlakın, torpağın borc öhdəliyi olduğunu bildirən yazı olan sütun bərkidirdi. Bu sütun ipoteka adlanırdı. İpoteka və daşınmaz əmlakın girovu, demək olar ki, sinonim kimi götürülür və eyni məna kəsb edir. Dəqiq desək "ipoteka" termini daşınmaz əmlakın girovu, "ipoteka krediti" isə bu növ girovun təminatı ilə verilən borcdur.

İpoteka kreditinin atributları dedikdə kredit müqaviləsi, girov müqaviləsi və girovnamə başa düşülür

İpoteka krediti bazarında dörd subyekt fəaliyyət göstərir. Bunlardan hər biri müəyyən funksiyanı yerinə yetirir:

1. borcalan;

2.-kreditor-bank;

3. Investor

4. kommersiya banklarından ipoteka kreditinin alıcısı funksiyasını yerinə yetirən struktur.

İpoteka kreditləri sərfəli kredit formasıdır. Kredit və kreditə görə faizlər az məbləğlərlə cari gəlirlər hesabına ödənilir ki, bu da borc alan üçün sərfəli vəsait əldə etmə mənbəyidir. Məsələn, icarəyə veriləsi mənzil fondu tikintisinin maliyyələşdirilməsi zamanı ipoteka borcu yalnız kirayə haqqı müqabilində ödənilir.

Kreditlərin verilmə mənbəyi onların buraxdıqları borc öhdəlikləridir.

Bankın borc öhdəlikləri onları alana faiz formasında möhkəm, etibarlı gəlir gətirir. Buraxılan borc öhdəlikləri bank tərəfindən təqdim olunan zəmanətli ipoteka ilə təmin olunurlar.

Kreditin təhlükəsizliyi girov qoyulan obyektin qiyməti ilə müəyyən edildiyindən hər hansı bir torpaq sahəsi ipoteka bankının obyekti hesab edilməyə bilər.

Bütün ölkələrdə ipoteka banklarının fəaliyyəti xüsusi qanunçuluqla və xüsusi normativ aktları ilə nizamlşadırılır.[1]

Müxtəlif ölkələrdə

[redaktə | mənbəni redaktə et]

Avropa İttifaqında 2007-ci ilin sonunda təminatlı istiqrazlar bazarı (dövriyyədə olan təminatlı istiqrazlar) təxminən 2 trilyon avro,[2] Almaniya, Danimarka, İspaniya və Fransanın hər birinin ödənilməmiş məbləği 200,000 milyon avrodan çox idi. Pfandbrief kimi başlıqlar 25-dən çox Avropa ölkəsində, son illərdə də ABŞ-də və Avropadan kənarda olan digər ölkələrdə hər birinin öz qanun və qaydalarına malik olmaqla təqdim edilmişdir.

ABŞ-də ipoteka kreditlərinin əvvəlcədən təsdiqlənməsi də qeyri-adi deyil.[3] İpoteka üçün, ev almaqda maraqlı olan insanlar tez-tez kredit tarixçələrini yoxlayan və gəlirlərini yoxlayan və daha sonra müəyyən bir məbləğə qədər kredit ala biləcəklərinə zəmanət verən kreditorlara müraciət edə bilərlər.[4]

İsraildə 80-ci illərin ortalarında baş verən hiperinflyasiyadan bəri sabit faiz və inflyasiyaya uyğunlaşdırılmış faizlərin eyni vaxtda müstəqil hesablanması (Statistika Nazirliyi tərəfindən hər ay dərc olunan rəsmi qiymət indeksinə əsasən indeksləşdirmə) ilə ipoteka kreditləşməsinin forması geniş yayılmışdır.[5]

2021-ci ildə dünyanın ən ucuz ipoteka bazarlarından biri kimi tanınan Danimarka maliyyə sektoru ipoteka üzrə faiz dərəcəsini 0%-ə qaldırıb.[6]

  1. "Bank Fəaliyyətinin Əsasları,Zahid Məmməd" (PDF). 2022-03-03 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-12-04.
  2. "Covered bonds in the EU financial system" (PDF). ecb.europa.eu. 2023-06-15 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2023-06-15.
  3. "5 Things You Need to Be Pre-Approved for a Mortgage". investopedia.com. 2023-05-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-06-15.
  4. "What Is Mortgage Preapproval?". findhomeincolumbus.com. 2023-06-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-06-15.
  5. "Israel Mortgage Information". aliyahnet.com. İstifadə tarixi: 2023-06-15.
  6. "Danish 20y Mortgage Rates at Record Low but Not as Low as 0%". fitchratings.com. 2022-10-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-06-15.