Məmmədov İqbal Nəriman oğlu (6 yanvar 1965, Rəzgov, Lerik rayonu) — Milli Məclisin deputatı.
İqbal Məmmədov | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum adı | Məmmədov İqbal Nəriman oğlu |
Doğum tarixi | 6 yanvar 1965 (59 yaş) |
Doğum yeri | |
Partiya | |
Təhsili | |
Fəaliyyəti | siyasətçi |
|
|
Təltifləri |
Məmmədov İqbal Nəriman oğlu 1965-ci ildə Lerik rayonunun Rəzgov kəndində ziyalı ailəsində anadan olub. 1982-ci ildə Azərbaycan Respublikası Xalq Təsərrüfatı İnstitutunun Mühasibat Uçotu və təsərrüfat fəaliyyətinin təhlili fakültəsinə qəbul olub və 1988-ci ildə təhsilini başa vurub. Elə həmin ildə Azərbaycan neft sənayesində gənc mütəxəssis kimi əmək fəaliyyətinə başlayıb. Onun əmək fəaliyyəti Neft Daşları, Nəriman Nərimanov və Qum adası neft-qaz çıxarma idarələrində operatorluqdan rəis müavini kimi yüksək bir pilləni əhatə edir. 1996-cı ildə "Kaspi-Yıldız" Azərbaycan-Türkiyə müştərək istehsal müəssisənin İdarə Heyətinin sədri seçilən İqbal Məmmədov az sonra baş direktor vəzifəsinə irəli çəkilib.
Asif Məmmədovun qardaşıdır.[1]
2010-cu ilin noyabrında IV çağırış Milli Məclisə keçirilən seçkilərdə 78 saylı Lerik seçki dairəsindən millət vəkili seçilib. 2015-ci il Azərbaycan Respublikası Milli Məclis(V çağırış) seçkilərində Yeni Azərbaycan Partiyasından namizədliyi irəli sürərək, 78 saylı Lerik seçki dairəsindən millət vəkili olaraq seçilmişdir.2020-ci ildə Azərbaycan Respublikası Milli Məclis(VIçağırış) seçkilərində Yeni Azərbaycan Partiyasından namizədliyi irəli sürərək, 78 saylı Lerik seçki dairəsindən yenidən millət vəkili seçilmişdir.