İqor Yevqeneyviç irodov (rus. Игорь Евгеньевич Иродов; 16 noyabr 1923, Murom, Vladimir quberniyası[d] – 22 oktyabr 2002, Moskva) – Sovet Rus fiziki və İkinci Dünya müharibəsi veteranı. Əsasən Moskva Fizika və Mühəndislik İnstitutunun fizika professoru kimi tanınmışdır və bir neçə ölkədə fizika üzrə mühazirə kursuna çevrilən ümumi fizika üzrə bir sıra kitabların müəllifidir.[2]
İqor İrodov | |
---|---|
rus. Иродов, Игорь Евгеньевич[1] | |
Doğum tarixi | 16 noyabr 1923 |
Doğum yeri | |
Vəfat tarixi | 22 oktyabr 2002 (78 yaşında) |
Vəfat yeri |
İrodov Russiyada Vladimir vilayətinin Murom şəhərində anadan oldu. Səkkiz yaşında ikən ailəsi Moskvaya köçdü. II Dünya Müharibəsi dövründə 1-ci və 4-cü Ukrayna Cəbhələrində müxtəlif piyada birləşmələri ilə vuruşdu, eyni zamanda drrafçı və kartoqraf kimi fəaliyyət göstərdi. Şücaətinə görə "Vətən müharibəsi" ordeninə (II dərəcəli, 1945), "Qırmızı ulduz" ordeninə (1944), "İgidliyə görə" (1943), "Döyüş xidmətlərinə görə" (1944) və "Almaniya üzərində qələbəyə görə" (1946) medalına layiq görüldü.[2]
1945-ci ilin oktyabr ayında İrodov tərxis olundu və müalicə alması üçün Moskvaya göndərildi. 1946-cı ilin fevral ayında Moskva Fizika və Mühəndislik İnstitutunun Fizika fakültəsinə daxil oldu. 1950-ci ilin noyabr ayında dizayner və fizika cihazlarının operatoru ixtisası üzrə fərqlənmə dərəcəsi ilə məzun oldu. Sonra Xüsusi maqnit sahələrinin fokuslanma və dispersiya xüsusiyyətləri (rus. ИИсследование фокусирующих и диспергирующих свойств некоторых вариантов магнитных полей) adlı PhD tezisi üzərində işlədi və 1956-cı ilin may ayında akademik Lev Artsimoviçin rəhbərliyi altında müdafiə etdi. 1954-cü ildən başlayaraq Moskva Fizika və Mühəndislik İnstitutunun ümumi fizika şöbəsində, əvvəlcə müəllim olaraq və 1976-cı ildən isə tam professor olaraq fəaliyyət göstərdi. 2002-ci ilin 22 oktyabr ayında 78 yaşında vəfat etdi.[2]
1957-ci ildə İrodov ilk kitabını - 1959-cu ildə təkrar nəşr olunan və sonralar Polyak, Rumın və İngilis dilinə tərcümə edilmiş Atom və nüvə fizikası üzrə məsələlər toplusu kitabını nəşr etdirdi. 2002-ci ildə yayımlanan səkkizinci və genişləndirilmiş nəşri İrodovun son əsaslı əsəri oldu. Həmçinin 1968 və 1979-cu illərdə Ümumi fizika üzrə məsələlər toplusunu nəşr etdirdi, bu kitab hələ də dünyanın bir çox tələbəsi tərəfindən fizika bacarıqlarının mənimsənilməsi və müxtəlif Mühəndislik Giriş imtahanlarına hazırlaşmasında istifadə olunur.[2]
İrodov ömrünün 27 ilini ümumi fizika üzrə universitet kursunu tam əhatə edən bir sıra dərsliklər hazırlamağa sərf etmişdir. Birinci hissəsini (mexanika) 1975-ci ildə, ikinci hissəsini (elektromaqnetizm) 1983-cü ildə və 1999-2001-ci illərdə isə tam dəstini nəşr etdirmişdi.
İrodovun kitabları, pdf formatında