Abaşidze İrakli Vissarionoviç (10 (23) noyabr 1909, Xoni, Kutaisi quberniyası, Rusiya imperiyası – 14 yanvar 1992, Tbilisi) — gürcü şairi, Gürcüstan SSR Elmlər Akademiyasının akademiki (1960), Gürcüstan SSR Dövlət mükafatı Laureatı (1966), Beynəlxalq Nehru mükafatı laureatı (1966), Sosialist Əməyi Qəhrəmanı (1979).[1].
İrakli Vissarionoviç Abaşidze | |
---|---|
ირაკლი ბესარიონის ძე აბაშიძე | |
Gürcüstan Ali Sovetinin sədri | |
12 iyul 1971 – 14 noyabr 1990 | |
Əvvəlki | Dvani Rafael Rafaeloviç |
Sonrakı | Qamsaxurdiya Zviad Konstantinoviç |
Şəxsi məlumatlar | |
Doğum adı | ირაკლი აბაშიძე |
Doğum tarixi | |
Doğum yeri | Xoni kəndi, Kutaisi quberniyası, Gürcüstan |
Vəfat tarixi | (82 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri | |
Partiya | Sovet İttifaqı Kommunist Partiyası |
Təhsili | |
Fəaliyyəti | şair, siyasətçi |
Elmi fəaliyyəti | |
Elm sahəsi | poeziya |
|
|
Təltifləri |
|
İrakli Abaşidzenin əsərləri 1928-ci ildən dövrü mətbuatda nəşr olunmağa başlamışdır. O, 1931-ci ildə Tbilisi Universitetinin filologiya fakultəsini bitirmişdir və 3 il sonra SSRİ Yazıçılar İttifaqının I qurultayında iştirak etmişdir. O, lavrenti Beriyanın əleyhinə şeir yazdığına görə qısa müddət Stalin repressiyasına məruz qalmış, İslah əmək düşərgəsinə göndərilmişdir. İrakli Abaşidze 1939-cu ildə Ümumrusiya Kommunist (bolşeviklər) Partiyasının üzvü olmuşdur. İrakli Abaşidze Böyük Vətən Müharibəsinin iştirakçısı olmuşdur və müharibə illərində hərbi-vətənpərvərlik mövzusunda bir sıra şeirlər yaratmışdır. O, sonralar "Mnatobi" jurnalının baş redaktoru (1946–1953), Gürcüstan Yazıçılar İttifaqı Rəyasət Heyətinin sədri (1953–1967), Gürcüstan SSR Ali Sovetinin sədri (1971–1990), Gürcüstan Sovet Ensiklopediyasının baş redaktoru (c. 1–12, 1975–1987) olmuşdur. 1960-cı ildə ona Gürcüstan Elmlər Akademiyasının akademiki adı verilmişdir. O, həmçinin 1958-ci ildə Amerika Birləşmiş Ştatlarının Livana təcavüzünə qarşı SSRİ-nin kommunist rəhbərliyinin ABŞ və İngiltərə əleyhinə təbliğatının fəal iştirakçısı olmuş və sonralar Xruşovun və Brejnevin səlahiyyətli nümayəndəsi kimi tez-tez həmin ölkərin rəhbərləri ilə aparılan danışıqların iştirakçısı olmuşdur. İrakli Vissarionoviç Abaşidze 1960-cı ildə Yerusəlimdəki Müqəddəs Xaç adlanan gürcü monastırı ekspedisiya təşkil etmiş, bu ekspedisiya zamanı monastırda Şota Rustavelinin freskası aşkar olunmuşdur. O, 1970-ci ildə Gürcüstan Elmlər Akademiyasının vitse-prezidenti vəzifəsinə seçilmişdir. İrakli Abaşidze 14 yanvar 1992-ci ildə, 82 yaşında vəfat etmişdir və dövlət səviyyəsində dəfn olunmuşdur.
İrakli Abaşidze "Rustavelinin izi ilə" (1959), "Fələstin, Fələstin" (1963), "Yaxınlaşma" (1966) şeir silsilələrinin müəllifidir. O, bir çox rus və xarici ölkə şairlərinin şairlərinin (A.S.Puşkin, İ.Vazov, X.Botev, V.Mayakovski, K.Çukovski, B.L.Pasternak, A.A.Tarkovski, Y.A.Yevtuşenko, A.P.Mejirov və b.) şeirlərini gürcü dilinə tərcümə etmişdir. Onun poeziyası gürcü mədəniyyətinin vətənpərvərlik dəyərlərinin inkişafına ciddi təsir göstərmişdir. İrakli Abaşidze Gürcüstanda sovet quruluşuna kifayət qədər loyal münasibət bəsləsə də, o, Zviad Qamsaxurdiyanın Gürcüstanın müstəqilliyi uğrunda mübarizəsinin qızğın tərəfdarı olmuşdur.