İran Milli Muzeyi

İran Milli Muzeyi (fars. موزه ملي ايران Mūze-ye Millī-ye Irān və ya موزه ایران باستان Muze-ye Irân-e Bâstân‎) Tehranda yerləşən arxeologiyatarix muzeyidir. Burada qədim Fars əsərləri, saxsı qablar, metal işləri, kitablar və sikkələr nümayiş olunur. 1937-ci ildə açılmışdır. İki kompleksdən təşkil olunmuş bir muzeydir; növbə ilə 1937 və 1972-ci illərdə açılan Qədim İran Muzeyi və İran İslami Arxeologiya və İran Sənəti Muzeyindən ibarətdir.

İran Milli Muzeyi
موزه ملی ایران
Xəritə
Əsası qoyulub 1937
Açılış tarixi 1937
Ölkə
Yerləşir Tehran şəhristanı
Telefon +98 2166702061[1]
35°41′13″ şm. e. 51°24′52″ ş. u.
nationalmuseumofiran.ir/…
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Muzey iki binadan ibarətdir. Bir nömrəli binada İslamdan əvvəlki dövrlərdən yığılmış əsərlər təqdim edilərkən, iki nömrəli bina İslamdan sonrakı əsərləri təqdim edir.

Birinci binada üç zal var. Bu üç zalda alt, orta və yuxarı qədim daş dövrü, yeni daş dövrü, mis dövrü, erkən və son tunc dövrləri, I-III Dəmir dövrləri, Midiya, Əhəmənilər İmperiyası, Selevkilər imperiyası, Parfiya imperiyasıSasanilər İmperiyası dövrünə məxsus artefaktlar nümayiş etdirilir.

  1. https://irannationalmuseum.ir/en/.