İranda ən böyük inzibati ərazi vahidi ostan sayılır.[1]
İranda konstitusional idarənin bərqərar olunmasını təmin edəcək məclisin qurulması naminə 1906–cı ildə xüsusi bir qanunla məclisə seçkilər üçün ölkə 4 əyalətə, onlar isə öz növbəsində 27 vilayətə bölündü; Dörd əyalətdən biri Azərbaycan idi.[2] Bu bölgü 1937-ci ildə dəyişdirildi və yeni islahata əsasən ölkə artıq 10 osatana və 49 şəhristana bölünürdü.[3]
Ostan — (fars. استان) — ölkə səviyyəsində vilayət və ya rayon kimi inzibati ərazi bölgülərinə yaxın bir bölgüdür. İran ərazisində 30 ostan var.
Şəhristan — (fars. شهرستان) — İranda ostan daxilində inzibati bölgü. Öz növbəsində baxşlardan və hər baxşa daxil olan bir neçə kəndistandan təşkil olunur. Bütün İran ərazisində 30 ostana daxil 324 şəhristan var. Şəhristanların icra səlahiyyətləri fərmandar tərəfindən yerinə yetirilir.
Şəhərlər —
Baxş və ya Bəxş (fars. بخش) — İranın şəhristanlarında inzibati ərazi vahidi. Hər baxşa daxil olan bir neçə kəndistan ibarət olur.
Kəndistan və ya Dehestan (fars. دهستان) — İranda inzibati ərazi vahididir. Hər kəndistan bir neçə kənddən ibarət olur.[4]
Kənd — İranda ən kiçik ərazi bölgüsü.
پس از برقراری حکومت مشروطه در ایران طبق قانون مخصوصی که در سال ۱۲۸۵ شمسی (۱۳۲۵ قمری) به نام قانون تشکیل ایالات و ولایات به تصویب مجلس شورا رسید، و آذربایجان یکی از ۴ ایالت کشور محسوب شد. در سال ۱۳۱۶ شمسی کشور ایران مرکب از ۱۰ استان بود و ایالت آذربایجان به دو استان غربی و شرقی تقسیم شد.
İran haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |