İrena Juozo Lipien-Navitskaite (lit. Irena Juozo Lipienė Navickaitė; 25 dekabr 1939 – 7 sentyabr 2016[1][2]) — Litva və Sovet vitraj rəssamı. Özbəkistanın əməkdar artisti (1989). SSRİ Rəssamlar İttifaqının üzvü. Özbəkistan SSR Komsomol Mükafatı laureatı.[3][4]
İrena Lipien | |
---|---|
lit. Irena Juozo Lipienė Navickaitė | |
Doğum tarixi | 25 dekabr 1939 |
Doğum yeri | Kaunas, Litva |
Vəfat tarixi | 7 sentyabr 2016[1] (76 yaşında) |
Vəfat yeri | Vilnüs, Litva |
Vətəndaşlığı |
SSRİ Litva |
Fəaliyyəti | incəsənət xadimi, vitrajçı, qravüraçı, glass artist |
Təhsili | Vilnüs İncəsənət Akademiyası |
İrena Lipien 25 dekabr 1939-cu ildə Kaunas şəhərində anadan olub. O, ilk təhsilini doğma şəhərində alıb. İrena Lipien interyerlər üçün şüşə, metal və çilçıraqlardan 100-dən çox vitraj və həcmli kompozisiyalar yaradıb.[2]
Lipien 1965-ci ildə Vilnüs İncəsənət İnstitutunu bitirib. Bundan sonra o, Vilnüsdə Tikinti Nazirliyinin layihə bürosunda işləyib.
1960-cı illərin əvvəllərindən Özbəkistana ezamiyyətə yola düşüb. Elə o, illərdən İrena Lipien bu Mərkəzi Asiya respublikasında xeyli müddət yaşayıb işləyib.[5][6] 1966-1985-ci illərdə Daşkənddə yaşayıb. 1966-1974-cü illərdə A.Ostrovski adına Teatr və İncəsənət İnstitutunda dərs deyib. İrena Lipien “Rassom” incəsənət fabrikində (özbəkcə: “Rəssam”) çalışırdı.[2] O, Daşkənd metrostansiyalarının bəzəyi üçün şüşə kompozisiyalar yaradıb. Onun işləri arasında Müstəqillik meydanı, Həmidə Alimjan və Puşkinskaya metro stansiyalarında olan şüşə dekorasiyalar və digəri var.[7]
İrena Lipien Daşkənd teleqülləsindəki “Koinot” restoranının şərq zalında “Küləklərin çiçəkləri” (1984), Kokand Musiqili Dram Teatrında “Yanan” (1986), həmçinin “Küləklərin çiçəkləri” çilçıraqlarının müəllifidir. “Günəş” elmi tədqiqat kompleksinin inzibati binasında "Günəş”, “Ay” və “Planetlərin paradı” (1987) və bir çox başqa əsərlər onun yaradıcılığında mühüm yer tutub.
İrena Lipien 1985-ci ildə Vilnüsə qayıdıb. O, 1985-1995-ci illərdə Litva Rəssamlar İttifaqında işləyib.
İrena Lipien 7 sentyabr 2016-cı ildə vəfat edib.
Lipienenin əsərləri monumental sənət elementlərini orijinal dekorativ formalar, innovativ şüşə lif və işıq effektləri ilə birləşdirir. Onlar məkan kompozisiyasının və onların quraşdırıldığı memarlığın harmoniyası ilə xarakterizə olunur. O, həmçinin yağlı və pastel boyalarla, kömür və sanqviniklə rəsmlər çəkib. İrena Lipienin əsas işlərini aşağıdakı kimi qruplaşdırmaq olar:[2]