İriqanadlar

İriqanadlar (lat. Pteropodidae) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yarasalar dəstəsinə aid heyvan fəsiləsi.

İriqanadlar
Elmi təsnifat
Beynəlxalq elmi adı

Bu yarımdəstəyə yeğanə iriqanadkimilər (Pteropidae) fəsiləsi daxildir. Fəsilənin PteropusRousettus cinslərini, bəzən isə bütün nümayəndələrini uçan itlər adlandırırlar.

Yarasalardan fərqli olaraq, iriqanadlar böyük ölçülərə malik olurlar. Onların bədənləri 42 sm, qanadlarının ölçüləri 1,7 m-ə (iriqanad) çatır. Buna baxmayaraq, bədənləri 5-6 sm, qanadlarının uzunluğu 24 sm-ə çatan kiçik ölçülü növləri də var. Kütlələri 15-900 q arasında dəyişir. Quyruqları qısa, inkişaf etməmiş olur, yaxud, ümumiyyətlə olmur. Ancaq uzunquyruq iriqanadda (Notopteris) quyruğu nisbətən uzun olur. Qanadın II barmağı uc hissəsi olmaqla, adətən caynaqlı olur.