İsaq Əmənullayev

İsaq Avış oğlu Əmənullayev (1 iyul 1943, Günəşli, Lerik rayonu) — Azərbaycan Jurnalistlər Birliyinin üzvü.

İsaq Əmənullayev
İsaq Avış oğlu Əmənullayev
Doğum tarixi (81 yaş)
Doğum yeri Günəşli, Yardımlı rayonu, Azərbaycan SSR, SSRİ
Vətəndaşlığı Azərbaycan Azərbaycan
Milliyyəti azərbaycanlı
İxtisası Jurnalistika
Təhsili Ali
Fəaliyyəti jurnalist
Mükafatları "Qizıl Qələm", "Həsən bəy Zərdabi" mükafatları, "Veteranlar Şurası" medalı

İsaq Əmənullayev 1943-cü il iyulun 1-də Azərbaycan Respublikası Lerik rayonunun Azərbaycan (indiki Günəşli) kəndində anadan olub.

1967-ci ildə Bakının 72 №-li (M. Qorki adına 193№-li) fəhlə-gənclər məktəbində tam orta təhsil alıb. 1969-cu ildə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) jurnalistika fakültəsinin əyani şöbəsinə daxil olub, 1974-cü ildə həmin fakültəni müvəffəqiyyətlə bitirib.

1973-cü ildə istehsalat təcrübəsi zamanı "Xalq qəzeti" ("Kommunist" qəzeti) redaksiyasının ümumi işlərində fəallıq göstərdiyinə görə onu katiblikdə texniki işçi ştatına qəbul edilib.

1974-cü ildə Bakı Dövlət Universitetini bitirərkən fəal ictimaiyyətçi tələbə kimi və mətbuatda dərc olunmuş çoxsaylı yazılarına görə Azərbaycan KP MK-nın tövsiyəsi və universitet rektorluğunun təqdimatı əsasında təyinatı "Kommunist" ("Xalq qəzeti") redaksiyasına verilib. 1973-cü ildən indiyədək həmin qəzetdə oxucu, katiblikdə kiçik müxbir, daha sonralar müxtəlif şöbələrdə müxbir, baş müxbir, xüsusi müxbirlər bölməsinin və məktublar şöbəsinin müdiri vəzifəsində çalışıb. Bu gün İsaq müəllim "Xalq qəzeti"nin məktublar şöbəsinə rəhbərlik edir

Ai ləlidir. 1 qızı və 3 oğlu var.

Fəaliyyəti və yaradıcılığı

[redaktə | mənbəni redaktə et]

İsaq Əmənullayev 5 kitab və 1800-ə yaxın məqalənin müəllifidir. O, bir neçə kitabın o cümlədən Ümummilli lider Heydər Əliyevə həsr olunmuş "Minilliyin Zirvəsində" kitabın tərtibçisi və redaktorudur. Bakı Dövlət Universitetində təhsil aldığı illərdə elmi-tədqiqat işlərinə və ekoloji problemlərə xüsusi maraq göstərdiyinə görə müəllimi Nəsir İmanquliyevin tövsiyəsi ilə "Bakı", "Sovet kəndi" və s. qəzet və jurnallarla əməkdaşlıq etməyə başlayıb.

"Zavod həyatı","Astara", "Lerik", "Kommunist" qəzetlərində istehsalat təcrübəsi keçib. İlk məqaləsi 1969-cu ildə ADU-nun "Lenin tərbiyəsi uğrunda" qəzetində çıxıb. İlk elmi məqaləsi isə dosent Nəriman Zeynalovun tapşırığı ilə yazdığı "Üzeyir Hacıbəyovun publisistikasında sənətkarlıq xüsusiyyətləri" mövzusunda kurs işi idi. Həmin məqalə elmi şurada bəyənilib və braşura kimi çap olunub, sonra da 1972-ci ildə "Jurnalistika" jurnalında elmi iş kimi dərc olunub.

1975–1985-ci illərdə redaksiyada əsas işindən əlavə, onu qəzetin məktublar və ictimai rəy şöbəsinə cəlb etdilər. Yüzlərlə oxucu və zəhmətkeş məktubunu qruplaşdırıb, son poçt, icmal, xülasə, ictimai rəy, təklif, sorğu, xəbər, dəyirmi masa arxasında söhbət, bir məktubun izi ilə, reyd, tənqid və nəticəsi, replika, qısa sətirlər, kiçik müsahibə və s. hazırlayıb hər həftədə, bəzən də iki həftədən bir xüsusi oxucu məktubları səhifəsi buraxıblar. Redaksiya ilə vətəndaşlar arasında sıx əlaqə yaradaraq, ictimai rəyin formalaşmasına, ərizə və şikayətlərinə, rəy və təkliflərinə diqqətlə yanaşdığına görə "Kommunist"in tirajı 550–570 min nüsxəyə çatıb. Hətta bir neçə xarici ölkədən redaksiyaya məktublar gəlməyə başlayıb.

1991–1992-ci illərdə cəbhə bölgəsinə ezam olunub. Bölgə müxbiri Ziyəddin Sultanovla qaynar xəttdən- Kəlbəcərdən, Ağdamdan silsilə yazılar hazırlayıblar.

İ. Əmənullayev 2009-cu il dekabrın 14–15-də Küveyt şəhərində Ərəb dövlətlərinin 30-cu samitində Azərbaycanı təmsil edib.

İ. Əmənullayev 1973–1975-ci illərdən Azərbaycan Milli Elmlər Akademiyasının Elmi-tədqiqat İnstitutları ilə yaradıcılıq əlaqəsi saxlayır. Müxtəlif vaxtlarda akademiklərdən – Həsən Əliyev, Firudin Köçərli, Mirəli Qaşqay, İbrahim Səfərov, Vasim Məmmədəliyev, professorlardan – Əjdər Ağayev, İsrafil Dəmirov, Seyidağa Onillahi, İzzət Rüstəmov, Şükür Həsənov, Məzahir Abbasov, Zahid Qaralov, Meşə Təsərrüfatı naziri Mehdi Mustafayev, bəstəkar Süleyman Ələsgərov, Xalq Yazıçısı Süleyman Rəhimov, şairlərdən – Məmməd Araz, Tofiq Bayram, Nəriman Həsənzadə, Hüseyn Arif, general Sərdar İsrafilov və başqa tanınmış alim və yaradıcı ziyalılarla fikir mübadiləsi aparıb, elmi-publisistik məqalələr və müsahibələr yazıb. Jurnalist İsaq Əmənullayev dünyanı narahat edən ekoloji problemlərə xüsusi maraq göstərir. O, ümumdünya səhiyyə təşkilatının 1967-ci ilin noyabrında Praqada keçirilən simpoziumun və 1969-cu ilin sentyabrında XIX Avropa Müşavirəsində deyilən təkliflərə böyük maraq göstərmiş və bu istiqamətdə sanballı məqalələr yazmışdır. Ekoloji problemlər və tarixi abidələrin tədqiqi və qorunması ilə onun yaradıcıığının əsas mövzusudur.

O, "Xalq qəzeti", "Sovet kəndi", "Azərbaycan gəncləri", "Vışka", "Azərbaycan müəllimi", "Azərbaycan pioneri", "Bakı", "İnşaatçı", "Zavod həyatı", "Lenin tərbiyəsi uğrunda" (BDU), "Ziyalı", "Lerik", "Astara", "Qələbə" (Salyan), "Neft kadrları uğrunda" (ANA), "İqtisadçı"(İqtisadiyyat Universiteti), "Elektron", "Qanun və həyat", "Respublika həyatı" və s. qəzetlərdə "Azərbaycan", "Kirpi", "Kənd həyatı", "Jurnalistika", "Kooperativ işçisi", "Təşviqatçı", "Müxbir", "Söz", "Məşəl", "Alov", "Yurd" jurnallarında, müxtəlif braşura və almanaxlarda çıxış edib. 1970–2010-cu illərdə şəxsi müşahidələri və mütəxəssislərin rəyi əsasında Bakının bədii tərtibatı, milli memarlıq görkəmi, yaşıllığı və ekoloji problemləri barədə silsilə məqalələrinə görə müsbət rəylər alıb.

  • 1967-ci ilin oktyabr ayında Bakı şəhər fəallar yığıncağında "Əmək zərbəçisi" döş nişanı ;
  • 1983-cü ildə "Sərxanla söhbət" oçerkinə görə pul mukafatı və təşəkkürnamə;
  • 1994-cü ilin fevral ayında "Kamil sənətkar" diplomu təqdim olunmaqla "Qızıl qələm" mükafatına layiq görülüb;
  • 2000-ci ildə "Dünya xali deyil…" və Ümummilli lider Heydər Əliyevlə sadə əmək adamı Xaniş Şahıyevin dostluğuna həsr etdiyi "Dağlardan güc alan dostluq" kitablarına görə Azərbaycan Respublikası "Ziyalılar" Cəmiyyətinin diplomu;
  • 2003-cü ildə Azərbaycan Jurnalistlər Birliyinin diplomu;
  • Azərbaycan Mədəniyyət İşçiləri Müstəqil Həmkarlar İttifaqı Respublika Komitəsinin fəxri fərmanı ilə;
  • 2005-ci ildə "Həsən bəy Zərdabi" mükafatı;
  • Gənclər arasında hərbi vətənpərvərlik, mənəvi tərbiyə mövzusunu "Təbiət haqqında düşüncələr" silsilə publisistik yazılarına- Respublikanın, eləcə də dünyanın ekoloji problemlərini müntəzəm işıqlandırdığına görə Respublika Birləşmiş Veteranlar Şurasının təqdimatı ilə "Veteranlar şurasının medalı" ilə təltif olunub.

Əsas məqalələri

[redaktə | mənbəni redaktə et]
  • İ. Əmənullayev. Müstəqil Azərbaycan Respublikası Heydər Əliyev dühasının təntənəsidi // Xalq qəzeti. — 2004. — 5 sentyabr. — S. 6.
  • İ. Əmənullayev. Təbiət insandan qayğı umur // Xalq qəzeti. — 2005. — N:64. — S.9.
  • İ. Əmənullayev. Qələbənin 60 illiyinə həsr edilmiş elmi konfrans // Xalq qəzeti. — 2005. -N:92.- S. 4.
  • İ. Əmənullayev. Qarabağın ilkin adları və ermənilərin tarixi saxtalaşdırma cəhdləri // Xalq qəzeti. −2006.- N:266. — S. 4 . — Qeyd: Tarix emləri doktoru, professor Əsədulla Cəfərovun müsahibəsi.
  • İ. Əmənullayev. Lənkəran Dövlət Universitetində beynəlxalq elmi-praktik konfrans // Xalq qəzeti. −2006. — N:293. — S. 5.
  • İ. Əmənullayev. Qarabağ arxeoloji və tarixi mənbələrdə // Xalq qəzeti. — 2007.- N: 40. — S. 7 . −21.10.2014 Web İRBİ Qeyd: Azərbaycan MEA Arxeologiya və Etnoqrafiya İnstitutunun şöbə müdiri, tarix elmləri doktoru, professor Əsədulla Cəfərovla müsahibə.
  • İ. Əmənullayev. Ermənilər işğal etdikləri torpaqlarımızı talayırlar // Xalq qəzeti. — 2007.-22 iyun. — N: 135. — S. 7 . — Qeyd: Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ekologiya və Təbiəti Mühafizə siyasəti şöbəsinin müdiri Arif İsgəndərovla söhbət.
  • İ. Əmənullayev, Q. Piriyev. Küveytdə üç gün // Xalq qəzeti. — 2009. — N: 284. — S. 10.
  • İ. Əmənullayev, A. Həmidoğlu, R. Kəngərli, R. Salmanov. Seçicilər şəffaf və demokratik şəraitdə öz iradələrini ifadə etdilər // Xalq qəzeti. — 2009. — N:286. — S. 6.
  • İ. Əmənullayev. Azıx paleolit düşərgəsində aparılan tədqiqatlar dünya arxeologiyasına və Qarabağın ən qədim tarixinə gur işıq salır // Xalq qəzeti. — 2011.-N:8. — S. 4.
  • İ. Əmənullayev. Tarixin "üzqarası" — erməni saxtakarlığı // Xalq qəzeti. — 2014. -N:27. — S. 6.
  • İ. Əmənullayev / Azərbaycanın qaçqın və məcburi köçkünlərinə dövlət qayğısının təşkilini xarici müşahidəçilər də yüksək qiymətləndirirlər // Xalq qəzeti. — 2014.-N: 109. — S. 3 .
  • İ. Əmənullayev. Akademik Həsən Əliyev adına Zəngəzur Milli Parkı // Xalq qəzeti. — 2014. -N: 154. — S. 7.
  • İ. Əmənullayev. Azərbaycanda dağ turizmi: imkanlar, perspektivlər… // Xalq qəzeti. — 2014. — N:194. — S. 5.
  • İ. Əmənullayev. Paytaxtımızda qürur duyulan yeni ünvan // Dövlət bayrağı meydanı Xalq qəzeti. — 2014.- N: 212. — S. 7.
  • İ. Əmənullayev. Xəzəryanı ölkələr dənizin ekoloji problemlərinin həllinə xüsusi diqqət yetirməlidirlər // Xalq qəzeti. – 2014 .-2 noyabr. — № 239. — S.5.
  • İ. Əmənullayev. Ekoloji problemlərin həlli diqqət mərkəzindədir Xalq qəzeti. — 2014.-18 noyabr. — № 252. — S. 5.
  • İ. Əmənullayev. Zəlzələnin tarixi barədə "proqnozlar" verilməsi böyük məsuliyyət tələb edir / Xalq qəzeti. — 2015.-25 oktyabr. — № 233. — S.6.
  • İ. Əmənullayev. İşğal olunmuş Azərbaycan ərazisində erməni ekoloji terroru // Xalq qəzeti. — 2015.-10 fevral. — № 31. — S. 10.
  • İ. Əmənullayev. Azərbaycan dövlətinin iqtisadi qüdrəti artdıqca ekoloji problemlər daha sürətlə həll edilir // Xalq qəzeti.- 2015.- 20 dekabr.- № 281.- S. 5.
  • İ. Əmənullayev. "Metsamor" böyük bir regionun başı üzərində asılmış "Domokl qılıncı"dır // Xalq qəzeti. — 2015.-9 sentyabr. — № 196. — S. 7.
  • İ. Əmənullayev. Dünya nə üçün qlobal istiləşmə ilə üz-üzə qalıb? // Xalq qəzeti.- 2016.- 24 noyabr.- № 260.- S. 6.
  • İ. Əmənullayev. Ekoloji problemlərin diqqət mərkəzində saxlanılması uğurlu perspektivlərdən xəbər verir // Xalq qəzeti.- 2016.- 18 avqust.- № 179.- S. 6.
  • İ. Əmənullayev. Azərbaycanda meşələr təkcə qorunmur, həm də artırılır // Xalq qəzeti.- 2016.- 6 avqust.- № 169.- S. 5.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]