İsfəndiyar Əli oğlu Bərxu və ya İsfəndiyar Coşqun - Azərbaycan Milli-azadlıq Hərəkatının fəallarından biri, Azərbaycan Milli Hökümətinin fədai dəstələrinin üzvü, dissident, ustad qarmon ifaçısı və şair.[1][2][3][4]
İsfəndiyar Bərxu | |
---|---|
Digər adı | İsfəndiyar Coşqun |
Doğum tarixi | |
Doğum yeri | Gəncə şəhəri |
Vəfat tarixi | (61 yaşında) |
Vəfat yeri | Bakı şəhəri |
Vəfat səbəbi | SSRİ təhlükəsizlik orqanları tərəfindən gördüyü işğəncələr nəticəsində səhhətində yaranan problemlər |
Vətəndaşlığı | Azərbaycan SSR |
Atası | Əli Bərxu |
Milliyyəti | Azərbaycanlı |
Fəaliyyəti |
Dissident Şair Qarmon ifaçısı Musiqiçi |
Fəaliyyət illəri | 1941–1991 |
İsfəndiyar Əli oğlu Bərxu 1929-cu il (pasportda 1925-ci il) sentyabrın 14-də Gəncə şəhərində, Cənubi Azərbaycandan olan mühacir ailəsində anadan olmuş, uşaqlıq illərini isə Şəmkirdə keçirmişdir.[3]
Sonradan Stalinin əmrinə əsasən İrandan və Cənubi Azərbaycandan olan mühacirlərin ölkədən çıxarılması zamanı İsfəndiyar Bərxunun da ailəsi Azərbaycan SSR-dən çıxarılmışdır.[4]
1941-ci ilin iyun ayının 22-də alman-sovet müharibəsi başladıqdan sonra Qızıl Ordu hissələri Sovet-İran müqaviləsinin (1921-ci il) 6-cı maddəsinə görə İrana daxil oldular. İranda siyasi iqlim yumşaldı və siyasi təşkilatlar fəaliyyətə başladı. 12 yaşlı İsfəndiyar Bərxu da bu təşkilatlardan birinə kömək edirdi.[4]
1945-ci ilin dekabrın 12-də Təbrizdə Azərbaycanın Milli Hökuməti elan edildikdə, onu qorumaq məqsədi ilə fədai dəstələri yaradıldı. 16 yaşlı İsfəndiyar Bərxu da əlinə silah alaraq fədailərə qoşulmuşdur. Azərbaycan Milli Hökumətinə savadlı hərbi kadrlar lazım olduğundan 1946-cı ilin iyulunda bir qrup gənc Bakıya hərbi məktəbə oxumağa gəldi. Onların arasında İsfəndiyar da var idi.[3]
1946-cı ilin dekabrın 21-də Azərbaycan Milli Hökuməti süqut etdi. Hökumət üzvləri və onları dəstəkləyən minlərlə insan qətlə yetirildi. 1947-ci ilin iyun ayında Milli Hökumətin rəhbəri S.C.Pişəvəri Yevlax rayonunda təşkil edilmiş sui-qəsd nəticəsində avtomobil qəzasında həlak oldu.
1948-ci ilin əvvəllərində İsfəndiyar Bərxu və İsmayıl Təriqpeyman Bakıda "Gənc Qvardiçilər" (Qvardiyaçılar) adlı təşkilat yaratdılar. Təşkilatın əsas məqsədi Cənubi azərbaycanlı gənclər arasında siyasi təşviqat aparmaq olmuşdur.
1948-ci ilin sonlarında Nəcəf adlı bir nəfərin xəyanəti nəticəsində təşkilatın əksər üzvləri, başda İsmayıl Təriqpeyma olmaqla tutulub Sibirə göndərildilər. İsfəndiyarın adı təsadüf nəticəsində siyahıda olmadığından o, həbs edilmədi.
Azərbaycan Demokrat Firqəsinin, başda Qulam Yəhya Danişyan olmaqla, sovetpərəst siyasətini İsfəndiyar Bərxu və Məhəmməd Hatəmi kimi inqilabçı gənclər xoşlamırdı və etiraz edirdilər. 1960-cı illərin əvvəllərində ADF-nin rəhbərliyinin M.Hatəmini partiya sıralarından çıxarmasına etiraz olaraq İsfəndiyar və bir qrup gənc partiya biletlərini təhvil verdilər.
1960-cı illərin əvvəllərində ADF rəhbərliyinin Məhəmməd Hatəmini partiyadan çıxarmasına etiraz olaraq İsfəndiyar Burxu və bir necə gənc partiyadan çıxdılar. Bundan sonra İsfəndiyar Burxunun SSRİ əleyhinə dissident fəaliyyəti başlamışdır.[5][6]
Bu illərdə İsfəndiyar Bərxu sovet sisteminə qarşı kəskin şeirlər yazmağa başladı və özünə təxəllüs də seçdi: "Coşğun". O, bu illərdə yazdığı "Yazmamışam, yazammaram", "Qorxulu heykəl", "Bəsdir daha yatdığımız", "Yest takaya partiya", "Vəzirov", "Hökmdar" və b. əsərlərində Kommunist Partiyasını və sovet rejimini tənqid etmişdir.
1987-ci ilin əvvəllərində Bəxtiyar Tuncay, rəssam Tofiq Aslan, hüquqşünas Fuad Ağayev, Ənvər Yusif Börusoylu və Məhəmməd Hatəmi Tantəkin birlikdə "Çənlibel" Elmi-Ədəbi Birliyini yaratmışdır.
1989-cu ilin mayın 21-də İ.Coşğunun ümumi rəhbərliyi altında "Birlik" Cəmiyyətinin təsis yığıncağı keçirildi.
1989-cu ilin iyunun 4-ü və 11-də "Spartak" stadionunda keçirilən mitinqin təşkilatçısı olan İsfəndiyar Bərxunun iyulun 8-də təşkil etdiyi mitinq əsgərlər tərəfindən dağıdıldı. İsfəndiyar Bərxunun da daxil olduğu 31 nəfər həbs edildi.[4]
Ustad qarmon ifaçısı olan İsfəndiyar Bərxu radio üçün "Hümayun" muğamını qarmonda ifa edən ilk musiqiçidir.[1] 1960-cı illərdə ən məşhur qarmon ifaçılarından olan İsfəndiyar Bərxu, bu musiqi alətində öz üslubunu yaratmışdır.[7]
1960-cı illərdən şair kimi Sovetləri tənqid edən şerlər yazmağa başlayan İsfəndiyar Bərxunun şerləri ("Yazmamışam, yazammaram", "Qorxulu heykəl", "Bəsdir daha yatdığımız", "Yest takaya partiya", "Vəzirov", "Hökmdar" və b.) Azərbaycan Milli-azadlıq hərəkatı zamanı xeyli məşhurluq qazanmışdır. Meydan hərəkatı zamanı məşhur olan şerlərindən bəziləri bunlardır:[2]
Ay İvan, sən gəl inan, biz daha o xamlar deyilik,
Babanın aldatdığı o keçmiş adamlar deyilik! Bilmədik ki, sizi kim etdi böyük qardaşımız, Bu qohumluqda yaman işlərə düşdü başımız, Doğrudur, hələ var ortada beş-on naşımız, Ancaq hər halda tamam cahili-biar deyilik, Babanın aldatdığı o keçmiş adamlar deyilik! Bəs deyirdin ki, zavod fəhlələrin olmalıdır, Nə qədər olsa gəlir, işçilərə qalmalıdır, De niyə indi nə var, hamısı dövlət malıdır, Görürük aşkar, açıq, hamı rusun hambalıdır, Qanmışıq indi sən öl, baxma tələbkar deyilik, Babanın aldatdığı o keçmiş adamlar deyilik! Mən bilən ay camaat bəsdir daha yatdığımız, Əli qoynunda qalıb, dərdə, qəmə batdığımız, Yığılın bir yerə, əyri oturaq, düz danışaq, Çağırın gəlsin İvan, burda üzbəüz danışaq, Yetmiş ildir o deyir, bir kərə də biz danışaq! Məlum olsun ona da, əqli-huşa çatdığımız, Mən bilən ay camaat bəsdir daha yatdığımız! Fəhlənin işlədiyin büst-bütün ondan qoparır, Kəndlinin işlədiyin kolxoz adı ilə aparır, Üstəlik kim danışır, xox eləyir, bağrı yarır, Belədir, bəli bizim rus verən azadlığımız! Mən bilən ay camaat bəsdir daha yatdığımız! Rusiyanın ağalığından bəhs etdiyi şeri Söylə hardandır sənə bu qədər şan-şöhrət İvan, Şan və şöhrət olar, kimdə ki, var sərvət İvan, Hələlik istəmirəm çox şeyi aşkar eləyim, Əl atıb tarixinə varlığını xar eləyim, Sübut olsun deyə qoy bir neçəsin car eləyim, Get oxu Çexov ilə Qorkidən al ibrət İvan, Axı onlar da yazıb Rusiya bir vaxt nə imiş, Əcdadın it və pişik, qurbağa, siçan da yemiş, Babanız Lenin özü "Rusiya virandır" demiş, Ancaq odlar diyarı daim olub cənnət İvan, Siz bu odlar elinə qardaş adı verdiz ədə, Qardaşın var-yoxunu hərraca döndərdiz ədə, Bizi yox, kosmosa da yadları göndərdiz ədə, Belə qardaşlığa, yoldaşlığa min lənət İvan. Kim biqeyrət sizi dəvət elədi biz tərəfə, Hansı babam ağız açdı sizin tək bişərəfə, İşləyən indi bizik, daxmadayıq, sizsə kefdə, Üstəlik boynumuza qoymusunuz minnət, İvan. |
İsfəndiyar Bərxunun Sovetpərəst şairlər haqqında şeri:[2]
İxtiyar olsa əlimdə bu şeir məktəbini,
Bağlaram, ləğv edərəm bir kərə yazmaq dəbini, Ay canım, köhnə zamanlarda da şair var idi, Sərf edirdilər bunlar doğruluğa öz təbini, Yaradarkən "hop-hopu", bilmədi Sabir nədi pul, İndi isə şeir yazanlar güdür ancaq cibini, Vardısa sözlərimə bir balaca şübhələnən, Oxusun Müşfiqi, Cabiri, ya da Nəbini, Qoca kaftardır Süleyman, yenə də ar eləmir, Yetmiş ildir elə hey tərif edir əcnəbini, Elə bil ki, yaramaz lap bu rusun arvadıdır, Bir o çatmır ki, gedib kəsdirə rəsmən kəbini, Korlamaqdansa bu xalqın, bu mürəkkəb kağızın, Bir kərə ləğv eləmək yaxşıdır yazmaq dəbini! |
İsfəndiyar Bərxu 1979-cu ildə yazdığı şeri:[3]
Oyanın, ay camaat!
Bəsdir daha yatdığımız! Əli qoynunda durub, Dərdə - qəmə batdığımız. Yığılaq bir yerə biz. Düz oturub, düz danışaq. Çağıraq gəlsin İvan, Burda üzbəüz danışaq. 60 ildir o deyir, Bir kərə də biz danışaq. Məlum olsun ona da, Əqlə, huşa çatdığımız! Oyanın, ay camaat! Bəsdir daha yatdığımız! Əcəba, söylədiyin Cənnəti-rizvan bumudur? Qəm, kədər bilməyəcək. Qayğısız insan bumudur? Hər şeyə sahib olan. Fəhlə və dehqan bumudu? Daha artıqdır susub, Başımızı qatdığınız! Oyanın, ay camaat. Bəsdir daha yatdığımız! Fəhlənin işlədiyin, Büsbütün ondan qoparır. Kəndlinin var-yoxunu, Kolxoz adıynan aparır. Üstəlik kim danışır, "Xox" eləyib bağrın yarır. Belədir, bəli, bizim Rus verən "azadlığımız"! Oyanın, ay camaat! Bəsdir daha yatdığımız. |
İsfəndiyar Bərxunun 1982-ci ildə yazdığı və Kommunist partiyasını tənqid etdiyi şeri:[3]
Yest takaya partiya
Eşidin, ey insanlar! Eşidin, ey cavanlar! Belə bir partiya var, Böyükdür müddəası. Deyir – birləşməlidir Zəhmətkeşlər dünyada. Deyir – dağılmalıdır Zalımlığın yuvası. Deyir ki, marksizmin, Ədalətdir mənası. Deyir – gərək qələbə, Çalsın Lenin dühası. Deyir, deyir, hey deyir, Deyir, peydərpey deyir. Gah bağırtı salır hay, Gah edir giley deyir. Fəqət bu deyirlərin, Əgər düşünsək dərin, Hələ bu günə qədər Görən yoxdur səmərin. Budur, düz 150 il Çalınır bu boş təbil. Bəşəriyyət elə bil, Qayıtmış körpəliyə. Kommuna deyə - deyə, 150 il durmadan Axıdır nahaq qan. Adi bir yəhudinin Uydurduğu oyundan, Ölkələr olur viran. Yest takaya partiya! İnsanları o, guya, Azadlığa aparır. Durmadan hay qoparır, Bəli, bir partiya var, Hər şeyi edir inkar. Marksın uydurduğu Və Leninin qurduğu Kommunist Partiyası. Adi terror yuvası, Çaşdırır insanları Çaşdırır cavanları. Ölməyə, öldürməyə. Təşviq edir onları. Məzlumların qanıyla Boyanmış bayrağı var. Kreml meydanında Tilsimli çırağı var. Başçıdır sarı iblis, Hər yerdə casusu var. Hər yerdən sorağı var. Tiryəki əvəz etmiş Bolluca arağı var. Beyinləri qurudur, Məhv edir ağılları. Əməldə ancaq budur Kommuna nağılları. Bu gün bütün ölkələr, Dəyibdir bir-birinə. Dərin düşünsək əgər, Kommunizm yerinə Bəlaya düşüb bəşər, "Kommuna" adlı bu şər. Varlığı təhdid edir, Dünya kommunizmə yox, Məhvinə doğru gedir. Belə deyilsə əgər. Bəs bu qorxunc raketlər, Və atom bombaları. Cənabi Reyqanların, Neyçün olub şüarı? Onun da bəhanəsi, Qorxulu bayquş səsi Dəm vurur kommunadan. Məgər bilmir o nadan, Nə kommuna, nə filan? Bəli, bəli Rusiya, "Kommuma" deyə - deyə, Öz qanlı ordusunu Yeridir bir ölkəyə. Moskva yayır şayiə. Əgər biz olmasaydıq, Qonşu Əfqanıstanı O rduyla almasaydıq, Kommuna mənafeyi Orda əldən gedərdi. Var belə bir partiya! Hərbi bazalar qurur. Amma sülhdən dəm vurur. Dünya kommunistləri Ona havadar durur. Moskvanın səsinə Uyub inanmış onlar. Yest takaya partiya! İnsanları o, guya. Sakit sülhə çağırır. Fasiləsiz bağırır, Amma "sülh" deyə - deyə Artıq neçə ölkəyə, Yerləşdirib raketlər. Onlar işə salınsa, Dünyadan qalmaz əsər. Bəli, bir partiya var, Özü də etmir inkar. Lazım sayarsa hər an, Qorxulu knpkadan, İstifadə edəcək. Canlı, cansız nə varsa, Məhv olacaq, gedəcək. Eşidin, ey insanlar! Nə qədər ki, gec deyil. Nə qədər ki, imkan var, Kommunist Partiyası, O xəyanət yuvasın Tərk edin hər ölkədə, Beləliklə bəlkə də, Moskva və Vaşinqton, Atom yarışmasına Birdəfəlik qoya son. Susdurun Reyqanı da, Bəli, bəli onu da. Ağ Evdən edin kənar. Eşidin, ey insanlar! Nə qədər ki, Kreml var, Dünyamız qorxuludur. Bu qorxunu yaradan, Marksizmin təlimi, Leninizmin yoludur. |
Həbs edildikdən sonra ona qarşı Azərbaycan SSR Cinayət Məcəlləsinin 188-ci maddəsinin 3-cü və 4-cü bəndinə və 189-cu maddəsinin 1-ci bəndinin 2-ci yarımbəndinə əsasən cinayət işi qaldırıldı. İyulun 21-də onu və digər dustaqları Şüvəlandakı 3 saylı istintaq təcridxanasına köçürdülər. Buradakı kameraya qaz buraxılması İsfəndiyar Bərxunun pisləşməkdə olan səhhətini daha da ağırlaşdırdı. Avqustun 9-da onu həbsxanadan buraxdılar. Həbsxana həyatı onun səhhətinə ağır təsir göstərdi və o, bir daha siyasi mübarizəyə qayıda bilmədi. 1991-ci ilin avqustun 23-də 62 yaşında (pasport üzrə 66) dünyasını dəyişdi.[3][4]