Fuad Arif oğlu Ağayev (1961) — Azərbaycan Respublikasının Müstəqillik Aktının həmmüəlifi, Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının sabiq üzvü, Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının üzvü, hüquq müdafiəçisi, vəkil.
Fuad Ağayev | |
---|---|
7 aprel 1992 – 1995 | |
Təmsil etdiyi | Azərbaycan Milli İstiqlal Partiyası |
Sonrakı | Altay Hüseynov |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 1961 |
Partiya | |
Fəaliyyəti | vəkil |
Fuad Arif oğlu Ağayev 1961-ci ildə doğulmuşdur. 1992–1988-ci illərdə Azərbaycan Dövlət Universitetində təhsil almışdır. İngiliscə və rusca bilir.[1]
Fuad Ağayev 1987-ci ilin əvvəllərində Bəxtiyar Tuncay, rəssam Tofiq Aslan, İsfəndiyar Bərxu, Ənvər Yusif Börusoylu və Məhəmməd Hatəmi Tantəkin birlikdə "Çənlibel" Elmi-Ədəbi Birliyini yaratmışdır.
15 may dövlət çevrilişindən sonra yenidən təşkil olunan Mərkəzi Seçki Komissiyasında Azərbaycan Milli İstiqlal Partiyasından Fuad Ağayev Mərkəzi Seçki Komissiyasının üzvü seçilmişdir.[2]
3 iyul 1992-ci ildə Bakıda, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının binasında keçirilmiş Azərbaycan Milli İstiqlal Partiyası Təsis Qurultayında Fuad Ağayev[3] partiyanın ilk Mərkəzi Şurasına üzv, ardınca isə Mərkəzi Şura daxili seçkilərlə təşkil olunmuş Siyasi Şuranın üzvü seçmişdir.[4]
Daha sonra Yeni Azərbaycan Partiyası sədri Heydər Əliyevin Azərbaycan Ali Sovetinin sədri və prezidentin səlahiyyətlərini müvəqqəti icra edən şəxs vəzifəsinə seçilməsi Azərbaycan Milli İstiqlal Partiyası daxilində müzakirələrə səbəb olmuşdur. Heydər Əliyev isə qeyri-rəsmi olaraq partiya sədri Etibar Məmmədova və partiya üzvlərinə hakimiyyətdə təmsil olunmağı təklif etmişdir. Partiya daxili müzakirələr nəticəsində təmsil olunmağı dəstəkləyənlər — Babək Hüseynov, Vaqif Kərimov, Qabil Hüseynli, Mübariz Qurbanlı, Vilayət Quliyev, Eldar Salayev, Elçin Əfəndiyev və başqaları partiyadan istefa verərək Azərbaycan Demokratik İstiqlal Partiyasını təsis etmişdir.[5] Əleyhdarlar Nazim İmanov, Fuad Ağayev, İsa Məmmədov, Bəxtiyar Nəcəfov kimi şəxslər olmuşdur. Bu hadisələrdən sonra qurulan I Heydər Əliyev hökumətində Azərbaycan Milli İstiqlal Partiyası üzvləri təmsil olunmasa da, yeni qurulan Azərbaycan Demokratik İstiqlal Partiyası üzvləri müxtəlif vəzifələrə təyin olunmuşdur.[5]
1995-ci il parlament seçkilərindən sonra təşkil olunmuş Mərkəzi Seçki Komissiyasına Azərbaycan Milli İstiqlal Partiyası namizəd göstərməmişdir. Beləliklə, Fuad Ağayevin səlahiyyət müddəti bitmişdir. Partiya 1998-ci il prezident seçkilərindən əvvəl hüquqşünas Altay Hüseynovu üzvlüyə namizəd göstərmiş və yalnız onun 4 avqust 1998-ci ildə Mərkəzi Seçki Komissiyasının üzvü seçilməsindən sonra komissiyada təmsil olunmuşdur.[6]