İskəndərun körfəzi

İskəndərun körfəzi[1] (türk. İskenderun Körfez) — Aralıq dənizinin şimal-şərqində, Türkiyənin cənub sahillərində, Hatay ilinin sahillərini yuyan körfəz. Körfəzin girişdəki dərinlik 99 m-ə qədərdir. Körfəzə Ceyhan çayı tökülür. Körfəzin əsas limanı - İskəndərun. Türkiyənin Aralıq dənizi sahilindəki üçüncü ən böyük limanıdır. Keçmişdə Yaxın Şərqdəki böhranlar səbəbiylə Beyrutun əvvəlki əhəmiyyətini itirməsi buxtaya və ətrafına dəyər qazandırmışdır.

İskəndərun körfəzi
tr/İskenderun Körfez
Ümumi məlumatlar
Tip Körfəz
Yerləşməsi
36°34′47″ şm. e. 35°49′48″ ş. u.HGYO
Ölkə  Türkiyə
Akvatoriyası
İskəndərun körfəzi xəritədə
İskəndərun körfəzi
İskəndərun körfəzi
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Qədim dövrlərdə İskəndərun körfəzi İss (q.yun. Ἰσσικὸς κόλπος, lat. Issicus Sinus, körfəzin şimal-şərq sahilindəki yunan şəhəri olan İss şəhərinin adı ilə adlandırılmışdır) və ya Miriandin olaraq adlandırılırdı. Körfəzin başqa bir adı Kilikiya olmuşdur. Makedoniyalı İskəndərin kampaniyaları zamanı körfəzin cənub-şərq ucunda Alexandretta şəhəri qurulur. Körfəz də Alexandretta adlanmağa başlanılır. Lakin Böyük Tiqranın bu sahildəki əraziləri fəth etməsindən bəri, Şərqi Kilikiyanın ermənilərin əlinə keçməsindən sonra bölgədə ermənilər də məskunlaşmağa başladılar. Bu səbəbdən körfəz bir müddət Erməni körfəzi kimi də tanınırdı. Körfəzin şimal sahilində bir vaxtlar Kilikiyanın əsas dəniz qapısı olan Ayas (indi Yumurtalıq adlanır) qala şəhəri var. Şərq sahil xəttində yunanların İss şəhərinin xarabalıqları və ermənilərin Çork-Marzpan (indiki Dörtyol adlandırılmışdır) şəhəri var. Sahil zolağının cənuba çevrildiyi yerdə eyni adlı şəhər yerləşir. Şəhər makedoniyalı İsgəndərin adı ilə bağlıdır. Daha cənubda, sahil xəttinə yaxın Amanus dağları uzanır. Burada bu günə qədər Sapiran, Şuqr və Karmir-vankdakı erməni monastırlarının xarabalıqları görmık mümkündür. Dağ silsiləsi cənubda, körfəzə girişin yaxınlığında alçalır. Məşhur yazıçı Frans Verfelin kitabında təsvir olunan hadisələrdən dünyaya yaxşı tanıdılan möhtəşəm Musa Dağdakı qırx gün romanı burada baş vermiş olayların əsnasında yazılması deyilir. Romanı yazan yahudi asıllı avstriyalı yazıçı Franz Verfelin 1933 yılında yayımladığı Musa Dağında 40 Gün əsərini ermənilər içərisində ən radikal və terorist eyləmlərin başıçıları olan Suriya ve Livan ermenilerini dinləyərək yazmışdır. Hazırda körfəz və onun nsahilində yerləşən şəhər Makedoniyalı İsgəndərin adı ilıə bağlı olaraq İsgəndərum adlanır.

İskəndərun körfəzi ətrafında bir çox ağır sənaye, o cümlədən beş sement fabriki, on poladəritmə fabriki və üç kömürlə işləyən elektrik stansiyası var. Havanın çirklənməsi açıq-aydın məlumdur. Su həm qurudan, həm gəmiçilikdən, həm də balıqçılıqdan çirklənir[2].

  1. "«Kilikiya» yelkənlisi". www.relga.ru (rus). 2007-09-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-11-26.
  2. Yilmaz, Hilal KARGIN; Sönmez, Hatice. "Environmental problems and precautions of Iskenderun Gulf in Eastern Mediterranean region". Acta Biologica Turcica (ingilis). 31 (3). 2018-05-11: 69–81. ISSN 2458-7893. Archived from the original on 2020-02-01. İstifadə tarixi: 2020-06-01.