İslam Məmməd oğlu İslamzadə (14 (27) mart 1910, Bakı – 30 avqust 1998, Moskva) — Azərbaycan mühəndisi və dövlət xadimi, Mingəçevir SES-in tikinti rəisi, RSFSR əməkdar inşaatçısı.
İslam İslamzadə | |
---|---|
1957 – 1959 | |
Əvvəlki | Həsən Seyidov |
24 mart 1947 – 7 fevral 1949 | |
Sədr | Teymur Quliyev |
24 sentyabr 1940 – 1942 | |
Sədr | Teymur Quliyev |
1940–1942-ci illərdə Azərbaycan SSR Xalq Komissarları Soveti sədrinin müavini kimi | |
1942 – 24 mart 1947 | |
Sədr | Teymur Quliyev |
1942–1946-cı illərdə Azərbaycan SSR Xalq Komissarları Soveti sədrinin birinci müavini kimi | |
5 may 1938 – 1942 | |
Sonrakı | Geğam Antelepyan |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 14 (27) mart 1910 |
Doğum yeri | |
Vəfat tarixi | 30 avqust 1998 (88 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri | |
Partiya |
|
Fəaliyyəti | siyasətçi |
|
|
Təltifləri |
|
Vikianbarda əlaqəli mediafayllar |
İslam Məmməd oğlu İslamzadə 1910-cu ildə Bakı şəhərində əkinçi ailəsində anadan olmuşdur. Erkən yaşlarında məktəb təhsilini yarımçıq qoyaraq "Qırmızı oktyabr" tütün fabrikində işləmiş, sonra isə elektrik mexaniki ixtisası üzrə texnikum təhsili almışdır. 17 yaşında komsomol təşkilatına daxil olmuşdur. 1931-ci ildə ÜİK(b)P üzvü olmuş və tütün fabrikinin partiya komitəsinin xətti ilə Leninqrad Sənaye İnstitutuna oxumağa göndərilmişdir.[1]
1937-ci ildə təhsilini başa vurduqdan sonra Leninqraddan Bakıya qayıdan İslam İslamzadə Azərbaycan SSR Dövlət Plan Komitəsinin sədrinin müavini, sonra isə sədri vəzifəsinə təyin olunmuşdur. 1940-cı ildə paralel olaraq Azərbaycan SSR Xalq Komissarları Soveti sədrinin müavini, 1942-ci ildə isə birinci müavini təsdiq edilmişdir.[1]
İslam İslamzadə Mingəçevir şəhərinin inşasına rəhbərlik etmişdir. Onun yaxından iştirakı ilə Azərbaycanın həmin dövrdəki ən böyük tikintilərinin — Mingəçevir su-elektrik stansiyası, Daşkəsən mədənləri layihələrinin hazırlanması, Sumqayıtda yeni sənaye mərkəzinin yaradılması baş tutmuşdur.[2]
1955-ci ildə İslam İslamzadə Rusiyanın Krasnoyarsk diyarına göndərilmiş və burada dünyanın ən iri su-elektrik stansiyalarından olan Krasnoyarsk SES-in inşasında iştirak etmişdir. 1957-ci ildə SSRİ Nazirlər Soveti yanında Azərbaycan SSR Nazirlər Sovetinin daimi nümayəndəsi vəzifəsinə təyin edilmiş və 1959-cu ilədək bu vəzifədə çalışmışdır. 1960-cı ildə Birləşmiş Ərəb Respublikasında Asuan su elektrik kompleksinin tikintisi üzrə SSRİ Elektrik Stansiyalarının Tikintisi Nazirliyinin "Asuanspetsstroy" idarəsi rəisinin birinci müavini, rəisi işləmişdir. 1970-ci ildən SSRİ Energetika və Elektrikləşdirmə Nazirliyinin yeni yaradılmış "Qlavzaqrenerqo" idarəsinin rəisi, 1975–1985-ci illərdə isə Ümumittifaq "Zarubejenerqostroymontaj" Birliyi rəisinin birinci müavini, rəisi vəzifələrində çalışmışdır. 1985-ci ildən ittifaq əhəmiyyətli fərdi təqaüdçü olmuşdur.
İslam İslamzadə 30 avqust 1998-ci ildə Moskvada vəfat etmiş, Kuntsevo qəbiristanlığında dəfn olunmuşdur. Mingəçevir şəhərində adına küçə vardır.